Mənim toy günüm - İnci (17)

Mənim toy günüm - İnci (17)
Qadınlar.Co
10.09.2017 17
:toy: ...Mənim
Toy Günüm... :toy:  
layihəmin növbəti qonağı
artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın İnci -dı..
 bacıma bir xeyli suallar verdim həyatının ən
gözəl hadisəsi ilə bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir
yerdə bacımızın cavablarını oxuyaq..
 
Mənim toy günüm - İnci (17)

 
1. Canım
mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?

Qohum idi, anası, atası, Bacısı qızı və özü məni görməyə iş yerimə gəlmişdi))))))))

2.
Sevdiyinin evlənmə təklifi necə olmuşdu?

Çox möhtəşəm, hər zaman getdiyimiz restoranı bağlatdırıb yerə gül zad düzdürmüşdü, orda rəqs etdik, qulağıma pıçıldadı, mən də qışqıra qışqıra hə dedim, sonra da venetsiya şəhəciyində qayıqda üzük taxdı və dedi bir ömür mənimləsən, mən də yox dedim,  sonra dedim səninlə yox səninəm

3. Neçə
müddət nişanlı qaldınız?

5ay
 
4. Toy
hazırlıqları necə irəlilədi?

Super, çox Xoşbəxt idim

5.
Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var
idimi?

Elə nişanımız olan kimi yox, çətin idi işləyirdim deyə  YALNIZ
6-bazar gedirdik, amma sədərəyin bütün satıcılarını artıq tanımışdım

6. Bütün
hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?

Cici şeylər almaq

7. İndi dəb
halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?

Yox, çox istəyirdim amma


8. Adını çəməmək
şərti ilə, toy məkanına necə qərar verdiniz?

Atam getdi, zəng vurdu ki,  filan restoranı, qiyamət qopardim ki, yox ora uğursuzdu sonra başqasına gedib seçmişdi

9. Toy
fotoşəkillərinizi kimə çəkdirdiniz?

Restoranın fotoqrafı , bacım, baldızım, tələbələrim,  1 sözlə fototoqraflarım
çox idi
 

10. Toy günündən
əvvəl fotosessiya etdirmişdiniz?

Hava sağ Olsun, imkan vermədi amma toyda sonra etdirdik

11. Bilirəm
ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə
sahib ola bildinizmi?

Hə, ən çox qız toyununkunu sevdim

12. Gəlinlik
axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...

Oooooo
yalan olmasın, 3-4 həftə  çəkdi,  bəyənmirdim
daaaaaaa neynəyim axi)))))

13. Bəs
nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?

Əvvəl çox qarsisirdi ama 4_3hefteye sece
bilmediyimi gorub bezdi axirda en cirkni Bele gorende deyirdi eladi

14. Əvvəlcədən
gəlin saçı və makiyajı seçmişdiniz?

Yox,  Ustaya çox güvənirdim


15. Saçınız
və makiyajınız ürəyiniz istəyən kimi idimi?

Hə, super idim

16. Biz tərəflərdə
belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?

Yox yoxdu, bizdə alt paltarı, corab, dəsmal, hamam xalatı və kosmetika yığılır

17. Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin
ki, ömür boyu unutmarsınız...

Əlbətdə ki  26.10.13. və 02.11.13

18. Toy
günü başınıza gələn komik bir hadisə oldumu?

Sağ olsun tamada adımı düz demirdi

19. Toy
günü unutduğunuz bir şey oldumu?

Yox

20
Toyunuzun ən gözəl anı nə idi?

Iş yoldaşlarımın çoxlu OYNAMAĞI, qohum əqrəbanın üzündəki sevinc hissləri,  evdən çıxanda fişənglərin atılmasi, restoranda bacım uşaqlarının başıma gül ləçəyi tökmələri və s
 
21. İlk rəqs
parçanız hansı idi?

Gəl Xoşbəxt olaq


22.
Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.

Rəqs edərkən alnımdan öpməyi

23. Bir tərslik
yaşandımı toy günü?

OOOO tərsliküstünə tərslik, donuma qol tikdirməmiş maşınnan düşməyə qoymamağı,  toy boyu da dalaşa dalaşa oturduq, niyə oynadın, niyə güldün,  hətta fotoqraf mənim tək şəkilmi çəkirdi deyə dava saldı, qoymadı çəkməyə

24.Ən çox nə
vaxt həyəcanlandınız?

Ata evindən çıxanda
 
25. Toy
üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?

Toydan sonra evi gözəl bəzəmişdi,  yerə güllər, şamlar falan (sağ olsun mebellərimdə  yaniq izi qalıb hələ də) əvvəl evi tanış etdi, sonra rəqs edib şampan içdik, mənə bir ömür Xoşbəxt olacağımız barədə sözlər Verdi  (YALNIZ
Soz olaraq qaldı amma) bunların hamısı  şam işığında çox romantik idi

26. Bal
ayınızı harada keçirdiniz?

Guya gedəcəkdik son anda
alınmadı

27. Artıq nə
qədər vaxtdır ki, evlisiniz?

2il 1ay
 
28.
Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?

 Əziz bacılar, sevdiyinizə gedin , nişanlı
vaxtı nə istəsəniz aldırın,  toydan sonra
almırlar çünki, çoxlu gəzin veriləcək hər sözə inanmayın, mümkünsə baldız
olmasın, olsa da uzaqda Olsun, qaynana o qədərdə ziyanli deyil, uşaq zad
saxlamaq üçün əlverişlidi, evi olmayana getməyin. Təbii olaraq hamısı
zarafatdı, necə Xoşbəxt olacaqsız elə də yaşayın
 

 Mənim toy günüm - İnci (17)

 

Canım mənim, inşallah sevgi ilə qurduğunuz bu ailəniz bir ömür boyu da elə sevgi və səadət içində keçər... amin...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!