Mənim toy günüm - Nazlinci (18)

Mənim toy günüm - Nazlinci (18)
Qadınlar.Co
10.09.2017 8
:toy:  ...Mənim Toy Günüm... :toy: layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın Nazlinci-dı..

bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı,
əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın
cavablarını oxuyaq..


 

Mənim toy günüm - Nazlinci (18)

 

1.Canım mənim,
ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?

Başlayaq
da bacı)). bizim ilk tanışlığımız mənim 10 onun 14 yaşı olanda olub. Sadəcə
sonra bir müddət ara olub. sonra da mənim 16 yaşım olanda görüşdük ilk dəfə. ən
gözəli isə həmin gün yağış yağırdı. ona görə indi ikimiz üçün də yağışın mənası
çox böyükdü...
 
2.
Sevdiyinin evlənmə təklifi necə olmuşdu?

bele
konkret demiyib evlənmək sözünü. Mənə yalandan demişdi ki,  gedək elə belə  Şəhərə. bir də ayıldım ki, qızıl dükanındayam
(nişan üzüyü  almaq üçün)))
 
3. Neçə
müddət nişanlı qaldınız?

düz 2 gözəl
il.
 
4. Toy
hazırlıqları necə irəlilədi?

normal. yaxşı rahat olmuşdu çox şükür
 
5.
Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var
idimi?

iyun
ayına yazılmışdı oğlan toyu.  dekabrdan
başlanmışdı  hazırlıqlar.
 
6. Bütün
hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?

restoran
və gəlinlik seçmək.
 
7. İndi dəb
halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?

yoooo , sizcə
bir hərbiçini rəqs kursuna yazdırmaq olar?))))))
 
8. Adını
çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?

Atam,  anam və mən üçümüz də  axtarırdıq. Elə üçümüzün də  bəyəndiyimiz oldu . geniş, ən əsas açıq rengli
zal.
 
9. Toy
fotoşəkillərinizi kimə çəkdirdiniz?

tanış
fotoqrafımız var idi, ona.
 
10. Toy
günündən əvvəl fotosessiya etdirmişdiniz?

Təəssüf
ki, xeyir.
 
11. Bilirəm
ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə
sahib ola bildinizmi?

Bəli, ürəyim
istəyəni  yoldaşım hədiyyə aldı mənə.
indi də əzizləyib saxlayıram gəlinliyimi.
 
12. Gəlinlik
axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...

dekabrdan
may ayına kimi. Mənim üçü ən əsası geyinilməmiş olması idi. o da oldu çox şükür.
 
13. Bəs
nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?

Xeyirr,  qəti qarışmamışdı. çünki bilirdi mənim sərhədli
geyindiyimi.
 
14. Əvvəlcədən
gəlin saçı və makiyajı seçmişdiniz?

Təbii ki,  axtarırdım. Istədiyim  də olmuşdu.
 
15.
Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?

çooox hətta.
 
16. Biz tərəflərdə
belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?

Bəli,  qız toyuna ayrı,  oğlan toyuna ayrı.
 
17. Gələk
o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...

Heeeeeeeç vaxt, heç bir dəqiqəsini
 
18. Toy
günü başınıza gələn komik bir hadisə oldumu?

Təsəvvür
edin,  iyun ayında birdən birə toyun
axırına yaxın necə leysan yağış yağdısa, restorandan cıxıb maşına çatana qədər suya dönmüşdük.
 
19. Toy
günü unutduğunuz bir şey oldumu?

Yox,  hər şey qaydasında idi.
 
20.
Toyunuzun ən gözəl anı nə idi?

restoranın
bizə xüsusi hədiyyəsi idi, şamları  ürək
formasında düzmüşdülər, biz də içində tans oynadıq. superrr idi...yada salıb kövrəldim((((
 
21. İlk rəqs
parçanız hansı idi?

ilk rəqs
parçasını xüsusi olaraq seçməmişdik,  müğənni
nə oxumuşdusa ona da rəqs etdik))
 
22.
Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.

ən
romantiki bayaq yazdım,  şamların içində
rəqsimiz. bir də ki, toy başlayandan qutarana qeder əl ələ tutmağımız...
 
23. Bir tərslik
yaşandımı toy günü?

Xeyir çoooox şükür.
 

24.Ən çox nə
vaxt həyəcanlandınız?

Təbii ki, toyun sonuna yaxın)))))))
 

25. Toy
üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?
sürpriz
bir dənə o idi, rəqsimiz...
 
26. Bal
ayınızı harada keçirdiniz?

Şəkidə)))
çünki Şəkiyə gəlin küçmüşdüm.
 
27. Artıq nə
qədər vaxtdır ki, evlisiniz?

5 il 7 ay
 
28.
Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?

ən
birinci sevgidən də qabaq hörmət. Əgər qarşılıqlı hörmət olmasa, o ailədə
sevgidən danişmaq boş şeydi. biz qadınlara ən ağır yük bəlkə də səbr etməkdi, amma
qızlara tövsiyyəm odu ki, vallah səbr edin. yüngül bir söhbətdə  ana atanı qarışdırıb sevginizi ucuzlaşdırmayın.
Nə baş versə  səssiz öz aranızda olsun
bitsin. Mən özüm çox səbirliyəm və  bunun
da bəhrəsini çoox şükür görürəm. sözünüzü də deməyi bacarın təbii ki. amma
qaydasında:) hər birinizə xoşbəxtlik və çoox gözəl ailə arzu edirəm.. təşəkkürlər
məni bu layihəyə  dəvət etdiyiniz üçün. 
 
Mənim toy günüm - Nazlinci (18)

 

Canım
mənim, dilərəm sevgi dolu ailəniz hər zaman söz söhbətlərdən uzaq
olsun... ömür boyu mehriban, şad xürrəm günlər yaşayın inşallah...
amin...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!