Mənim toy günüm - duymecik (19)

Mənim toy günüm - duymecik (19)
Qadınlar.Co
10.09.2017 32
:toy: ...Mənim Toy Günüm... :toy: layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın duymecik-dı..

bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı,
əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın
cavablarını oxuyaq..


 

 Mənim toy günüm - duymecik (19)

 


1.Canım mənim, ilk öncə burdan
başlayaq ki, necə tanış oldunuz?

Əvvəllər
tanımamışıq bir-birimizi o rusiyada olurdu. Azərbaycana gələndən sora məni mağazaya
gedəndə görüb bir qohumumuzla xəbər göndərmişdi, neçə dəfə yox demişdim, axirda
o məndən inad çıxdı
 
2.
Sevdiyinin evlənmə təklifi necə olmuşdu?

1 aya yaxın
danışdıq telefonla, sonar da elçi göndərdi nişanlandıq
 
3. Neçə
müddət nişanlı qaldınız?

1 il 3 gün
 
4. Toy
hazırlıqları necə irəlilədi?

Yaxşı, hər şey öz yolunda gedirdi
 
5.
Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var
idimi?

Hazırlıqlara
3 ay əvvəl başladıq mayda. hə vardı vaxtımız
 
6. Bütün
hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?

Anam tikiş
üzrə qabiliyyətlidi, maşını ilə demək olar hər şeyi tikməyi
bilir və məndə bir az ondan öyrənmişdim deye bəzi bir iki şeyi ozüm tikmişdim
maşınla. Bu məne xoş gəlmişdi
 
7. İndi dəb
halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?

yox canım
getməmişik,  amma toyda bir
mahnıya oynamışdıq qəşəyde olmuşdu
 
8. Adını çəməmək
şərti ilə, toy məkanına necə qərar verdiniz?

onu
qaynatamla atam həll etmişdi
 
9. Toy
fotoşəkillərinizi kimə çəkdirdiniz?

restoranın fotoqrafı vardı, bir də yoldaşım bir qohumuna aparatını
vermişdi
 
10. Toy
günündən əvvəl fotosessiya etdirmişdiniz?

Yox canım, heyif ki, o arzum ürəyimdə qaldı, çünki
yoldaşım işlə əlaqədər tez gələ bilməmişdi toya bir həftə qalmış gəlmişdi Azərbaycana
 
11. Bilirəm
ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə
sahib ola bildinizmi?

hə, tamamilə ürəyimcə
olmuşdu, hamının da xoşuna gəlmişdi
 
12. Gəlinlik
axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...

sadəcə 1
gün,  çünkü axtardığımı tez tapmışdım
 
13. Bəs
nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?

Yox,  amma elə don seçmişdim ki, onun da bəyənəcəyini bilirdim
 
14. Əvvəlcədən
gəlin saçı və makiyajı seçmişdiniz?

hə,  seçmişdim, sadə saç və makyaj
 
15. Saçınız
və makiyajınız ürəyiniz istəyən kimi idimi?

pis deyildi, amma tam üreyimcə
olmamışdı
 
16. Biz tərəflərdə
belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?

yox canım, bizdə belə adət yoxdu
 
17. Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin
ki, ömür boyu unutmarsınız...

heç
unudaram  - 17.08.2014
 
18. Toy
günü başınıza gələn komik bir hadisə oldumu?

hə, toy axsamı toydan sonra tək oldugum üçün qəşəng yuxlamşdım, ayılanda elə bilmişdim evimizdəyəm.  Əynimdə gəlinliyimi və başımın üstündə dayanıb
məni cağıran yoldaşımı görüb anlamışdım toyum olduğunu.
 
19. Toy
günü unutduğunuz bir şey oldumu?

hə, başımın tacını qoymağı unutmuşduq, oğlan toyu günü nəysə ki, sonradan yada
düşdü
 
20
Toyunuzun ən gözəl anı nə idi?

toyumun hər
anı mənimçün gözəl idi
 
21. İlk rəqs
parçanız hansı idi?

Gəl xoşbəxt
olaq
 
22.
Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.

ilk rəqsimiz
və tort kəsmə
 
23. Bir tərslik
yaşandımı toy günü?

hə, artıq oğlan evindəydim,  təzə evimə baxirdim, gəzəndə ayağıma saxsı girmişdi, toyda da
rahat gəzə bilmirdim
 
24.Ən çox nə
vaxt həyəcanlandınız?

ən çox ilk
dəfə qız toyu günü səhər yodaşım məni salondan götürməyə gələndə gəlinliylə qabğına çıxmağa utanırdım, sag olsun o da maşallah ağznı ayırıb elə baxmışdi ki, daha da həyəcanlanmışdım
 
25. Toy
üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?

yox canım
 
26. Bal
ayınızı harada keçirdiniz?

evimizdə, amma qəşəy keçirdi, 1 ay sonar da rusiyaya gəldik
 
27. Artıq nə
qədər vaxtdır ki, evlisiniz?

 artıq 1 il 4aydı evliyik
 
28.
Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?

tövsiyəm
odur ki, bacardiqlari qədər tanımağa calışsınlar bir-birilərini, çünki nişanlılıq və sevgililik dövrü şirin
anlardı, yəni şirin sevgiyə qapılıb aldanıb
getməsinlər.  sevməklə yanaşı  xasiyyətini də hər
gün bir az daha öyrənməyə cəhd göstərsinlər.  hamınıza xoşbəxtlik arzuluyuram
Sən də
çox sag ol bacım, məni də layihənə dəvət etdiynçün.  gözəl layihələrin bol olsun, amma məni də dəvət
etmək şərti ilə. zarafat eliyirəm, həqiqətən layihələrin də uğurlar arzulayıram
tsk.
 
Mənim toy günüm - duymecik (19)

 

Canım
mənim, evliliyinizin hər bir anında məhəbbət və səadət sizlələ olsun...
evlilik yolunda hər zaman əl-ələ, bir birinizi böyük sevgi ilə sevə
sevə addımlayasanız... amin...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!