Uşaqlığımdakı Yeni il - lili (3)

Uşaqlığımdakı Yeni il - lili (3)
Qadınlar.Co
10.09.2017 11
Həəəə mənim canlarım, ciyərlərimmmm... :heart:
necəsiz? Neçə vaxtdır düşünürəm ki, sizlərə yeni nə layihə hazırlayım
ki, maraqlı olsun... :salakpc: oxuyan zaman üzünüzdə gülüş yaradacaq,
sizi o illərə aparacaq bir layihə olsun.. :128: Dekabr da öz gəlişi
ilə mənə gözəl bir fikir verdi... :zquestion: 



Dekabr gəldi, demək ki, hər kəs Yeni ilin gəlişinə gün saymağa
başlayır... :zded: bayram hazırlıqları görür... hər kəs bu günü, Yeni
ilin gəlişini gözəl dəqiqələrlə qarşılamaq istəyir... :zelka: indi
düşünürsüz ki, niyə Yeni ildən yazıram sizə... və bəlkə də, bəziləriniz
başa düşdünüz, söhbəti hara gətirəcəyimi... :bookiz: 



 Başa düşənlər elə düz biliblər ki, o fikirləşdiyim yeni layihə məhz yeni ilə bağlı olacaq...



,,Uşaqlığımdakı Yeni İl,, :zelka: :zded: :zelka: bu da qarşınıza çıxdığım növbəti
layihəmin adı... ümid edirəm ki, sizlər üçün maraqla oxuyacağınız bir
layihə olacaq... Artıq bu xəbərimdə növbəti qonağımın uşaqlığındakı Yeni
il ilə tanış olmuş olacaqsınız... Buyurun , oxuyub bu dəfəki qonağımın
kim olduğunu bilin...

 

Uşaqlığımdakı Yeni il - lili (3) lili Uşaqlığımdakı Yeni il - lili (3) 

 




Ilk öncə
Qadinlar.biz-liləri qarşıdan gələn Həmrəylik günü və yeni il münasibəti ilə təbrik
edirəm . qoy bu il hər ailəyə bolluq, bərəkət gətirsin, sevincli hadisələrlə
yadda qalsın. körpə səsinə həsrət ailələr var, inşallah bu il sevindirsin Rəbbim,
hər kəsə də can sağlığı, ən vacibi budur, bayramımız mübarək.
 
 Uşaqlığımdakı Yeni il - lili (3)



Bayram yaxınlaşırdı,  bacım dedi ki, gedək
yolkamızı gətirək quraq, yolkamız da hündür yolkadı, böyükdü, sürüyə  sürüyə gətirib qurmağa calışdıq. Nəysə, indi
ulduzu qalıb ki, taxaq, işıqları yandıraq, mən bacımı qaldırdım ki, ulduzu
taxsın, taxıb düşəndə yıxıldıq yolkanın üsdünə, bu vaxt da qardaşım qapıdan girəndə
yolka onun üsdünə,  biz də yolkanın. Nəysə
qaqam bir az əzildi, yolkanın bəzəkləri  o vaxt şüşədən idi çoxsu sındı, mamam da bizi
yaxşıca döydü.

 

Uşaqlığımdakı Yeni il - lili (3)



Atam hər bayram gecə 12 də yolkanın dibinə hədiyyə alıb qoyardı ki, şaxta baba
gətirib, gecə biz tez yatardıq, əvvəlcədən də, soruşardı ki, Şaxta  babadan nə isdəyirsiniz, biz də arzularımızı
deyərdik,  uşaq nə isdəyər, gəlincik,
qardaşım  yaman çox isdəyərdi,  nəysə, səhər dururduq ki, ahhaaa  Şaxta baba hədiyə gətirib, sevinərdik, amma
merak edirdik ki, bir dəfə də  görə bilsəydik, bir bayram bacıma dedim ki, yatmayaq, güdək
görək bu kişi bizim evə necə girir ki, güddük  və hayallerimiz suya düşdü,  gördük atam xəlvətcə hədiyyələri qoyur, bacım
qışqırdı,  ata sən şaxta babasan hədiyyə
qoyursan, sonra artıq bildik ki, gəlmiyəcək şaxta  baba. Indi qızımı elə aldadıb qoyuram hədiyyəsin
yolkanın altına.
 
 
Uşaqlığımdakı Yeni il - lili (3)

 

Həəəəə,
qızlar... sizlər də uşalığınızdakı Yeni il xatirələrinizi bizimlə
bölüşmək istəsəniz azəri şrifti ilə yazıb şəxsi mesajla mənə göndərin...
qızlarla bölüşmək mənim boynuma...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!