Bakcell şirkəti uşaq və gəncləri dəstəkləməkdə davam edir...

Bakcell şirkəti uşaq və gəncləri dəstəkləməkdə davam edir...
Qadınlar.Co
10.09.2017 21
Bakcell şirkəti uşaq və gəncləri dəstəkləməkdə davam edir. Şirkət üç
kateqoriya üzrə yüksək nailiyyətlərə görə AmCham təşkilatının mükafatını
aldı


Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet
Provayderi Bakcell şirkəti ölkədə təhsil və idman sahələri üzrə həyata
keçirdiyi layihələr çərçivəsində uşaq və gənclərin inkişafına daim
dəstək göstərməkdən qürur hissi duyur. Bakcell şirkətinin həyata
keçirdiyi üç layihə Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham
Azerbaijan) Korporativ Sosial Məsuliyyət (KSM) sahəsində əldə olunan
nailiyyətlərə görə (CSR Excellence Award) Təhsil, Korporativ
Filantropiya və Dayanıqlılıq kateqoriyaları üzrə mükafatına layiq
görülüb. Şirkətin Təhsil və Korporativ Filantropiya kateqoriyaları üzrə
layihələri 1-ci yerlərə, Dayanıqlılıq kateqoriyası üzrə layihəsi isə
3-cü yerə layiq görülmüşdür.

AmCham təşkilatının "CSR Excellence
Award” mükafatı Azərbaycanda KSM mədəniyyətinə töhfəsini vermiş üzv
şirkətlərin ötən aylar ərzində gördüyü mühüm işləri tanıtdırmaq üçün
verilən əsas mükafatdır. İctimai və özəl sektorlardan olan mütəxəssislər
qrupu 31 şirkətin təqdim etdiyi 55 layihəni qiymətləndirərək, bu
mükafata namizəd şirkətləri seçmişdir.

"TOPs Proqramı – müasir
təhsil texnologiyalarının tətbiqi ilə şagirdlərin fiziki sağlamlığı,
psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi”
layihəsinin icrasına 2014-cü ilin dekabr ayından başlanılıb. Bakcell
şirkəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council və
"İnkişaf naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata
keçirilən bu layihənin məqsədi orta ümumtəhsil məktəblərində və ibtidai
təhsil müəssisələrində bədən tərbiyəsi üzrə müəllimləri fəal tədris
metodikası ilə dəstəkləməkdir. TOPs proqramı ilə əlaqəli keçirilmiş bir
sıra təlim kurslarından 200 nəfərdən artıq bədən tərbiyəsi və ibtidai
sinif müəllimi faydalanıb. Şən, təhlükəsiz və inklusiv oyunlardan ibarət
TOPs proqramı və milli kurrikulumun uğurlu tətbiqi nəticəsində müxtəlif
yaş qruplarına daxil olan 23,000 nəfərdən artıq şagird daha maraqlı və
aktiv fiziki tərbiyə dərsləri, həmçinin dərsdənkənar fəaliyyətlərdən
faydalanacaq. Bu dərslər Bakı və Sumqayıt şəhərlərində fəaliyyət
göstərən 34 orta ümumtəhsil, internat məktəbləri və liseylərdə
keçiriləcək.

Korporativ Filantropiya nominasiyası üzrə 1-ci yerə
layiq görülmüş Bakcell şirkətinin Mançester Yunayted Futbol Məktəbi
(MUSS) layihəsinin həyata keçirilməsində məqsəd Azərbaycan gəncləri
arasından istedadların üzə çıxarılması və gələcək futbol ulduzlarının
yetişdirilməsi üçün imkan yaratmaqdır. Azərbaycanda həyata keçirilən
Mançester Yunayted Futbol Məktəbi layihəsi gənc insanları, məşhur
brendləri, peşəkar futbolu və möhtəşəm yerləri bir araya gətirən nadir
layihədir. Dünyanın ən məşhur futbol klublarından biri olan "Mançester
Yunayted” futbol klubunun tərəfdaşı olaraq, Bakcell Azərbaycan
futbolunun inkişafına investisiya yatırmaqda davam edir.

Bakcell
şirkətinin 3-cü yeri tutmuş "AppLab” layihəsinə ötən il start verilıb.
Bu innovativ mobil developer layihəsi gələcək nəsil mobil texnologiyalar
sahəsində dünya lideri olan "Qualcomm” şirkəti ilə birgə əməkdaşlıq
çərçivəsində hazırlanıb. Sözügedən layihənin məqsədi sahibkarların və
proqram tərtibatçılarının öz ideyalarını daha sürətlə həyata
keçirmələrinə və Azərbaycan və

beynəlxalq bazarlar üçün
istifadəyə tam hazır mütərəqqi mobil tətbiqetmələrini yaratmalarına
kömək edən effektiv alətlərin təmin edilməsidir. "AppLab” ideyaların,
mobil tətbiqetmələrin və texnologiyaların pilot variantından istifadəyə
buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş
developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra
modelidir.



***



Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə
geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı
altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti
göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell,
ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları
vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda
davam edir.

5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin
99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna
olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti
öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən
yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell”in
3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olamqla əhalinin
93%-ni əhatə edir. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və
bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell
abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.

Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini
tapmış 3G Sü[email protected] xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell
özünün 4-cü Sü[email protected] brendinin - 4G LTE xidmətininkommersiya istifadəsinə
verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə
artmasını təmin edən 4-cü Sü[email protected] xüsusilə mobil olmaq və bütün məkanlarda
internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər
üçün nəzərdə tutulub.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!