Tanıyaq sizi... - arzum-aysum (7)

Tanıyaq sizi... - arzum-aysum (7)
Qadınlar.Co
10.09.2017 3
Salam saytımızın xanımları layihəmin bugünki qonağı arzum-aysum nikli userimizdir :20:

Keçək suallara:



1.Adınız və soyadınız?

Məmmədova Türkan



2. Doğum tarixiniz?

20 noyabr 1984



3.Həyatdan razısınızmı?

Həyatımdan razıyam, bəli. Niyə?... Çünki mənim bəxtimə atam kimi
Ata, anam kimi ana, və bidənəm kimi məni çox sevən həyat yoldaşı
yazılıb. Atam, anam olmasa idi bu gün mən bu ağılda, bu tərbiyədə
olmazdım. Bidənəm olmasa idi bu gün mən bəlkə də bu qədər sevilməzdim,
və xoşbəxt olmazdım. Bir birimizə dəhşət bağlı olduğumuz bacılarım, öz
balam qədər çox istədiyim bacım qızları olduğu üçün həyatımdan çox
razıyam. və ən əsası da bütün bu sevdiyim insanların canları sağlamdı.
İnşallah da hər zaman belə olar.




4.Saytdakı ən yaxın dostunuz?


Saytda danışdığım, xarakteri xarakterimə yaxın olan çox qızlar var.
Hər birinin mənim üçün ayrı yeri var, amma Gülərim tam başqadı mənim
üçün. Heç kimlə bölüşə bilmədiyim kədərimi onunla rahatlıqla bölüşə
bilirəm.
Sonam da var idi bir zamanlar, amma ailə qurduqdan sonra bura girmir
neçə vaxtdi. Onun üçün də çoxxxxxxxxxx darıxıram :-(

 

5.Hansı mahnının sizin həyatınızla bağlı olduğunu düşünürsən?

Mənim həyatımı ancaq sevgi mahnıları əks etdirir. Çünki mən sevgi
insanıyam, sevmək və sevilmək mənim üçün bu həyatda hər şeydi. ,, bir
şarkısın sen,, Muazzez Ersoyun bu mahnısı hisslərimin, sevgi dolu
həyatımın aynasıdır...

 


6.Hansı geyimlər xoşunuza gelir?


Dəbli və zövqlü geyinmək... Geyimdə ilk meyar budu mənim üçün.
Hansı tərz geyinirəmsə geyinim, ilk öncə gözəl görünməsinə önəm verər.
Bir də rahat olmasına. Tərz barədə isə , daha çox qarışıq tərzdə
geyinirəm. Yəni nə tam idman tərzi, nə də klassik. Cins şalvarı hündür
daban ayaqqabı ilə də geyinə bilərəm, və ya əksi. Gözəl, klassik bir
paltarı sport ayaqqabı ilə də kombin edə bilərəm. Bir də tərzləri
qarışdırsam da, geyimdə rəng uyğunluğuna çox fikir verirəm.

 


7.Sevdiyiniz müğənni?(qadın və kişi)


Konkret olaraq sevdiyim müğənni yoxdu. Mən mahnını sevirəm,
mahnının sözlərini sevirəm. Belə Mustafa Cecelinin, Ferhat Göçerin
mahnıları hər zaman qəlbi titrədən olur.
Qadınlardan isə ağlıma heç kim gəlmir.

 


8.Xoşladığınız reper?


Oyyy bu barədə heç soruşma . Repi ümumiyyətlə sevmirəm deye, sevdiyim reper də yoxdu.

 

9. Məşğuliyyətiniz? yəniki hobbiniz

Çox sevirəm dadlı və fərqli şirniyyatlar bişirməyi. Bişirdiklərimin
dadı qədər görünüşünə də önəm verirəm. Görünüşü iştah açıcı olmalıdı
bişirdiyim təamların. Allah qismət eləsə nə vaxtsa şirniyyat butiki
açmağı çox istəyirəm.
Bir də ənnnnnnn sevdiyim məşğuliyyətim qadinlar.biz saytına xəbər
göndərmək :-)

 


10.Saytda kiminlə küssünüz?


Saytda heç kimlə küsülü deyiləm. Bura mənim ikinci ailəmdi, boş
vaxtlarımı burda keçirirəm. İnsan da heç ailəsindən biri ilə küsülü
olarmı...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!