CNBC telekanalı “AppLab” layihəsinin qalibini 2015-ci ilin 20 ən yaxşı...

CNBC telekanalı “AppLab” layihəsinin qalibini 2015-ci ilin 20 ən yaxşı...
Qadınlar.Co
10.09.2017 29
CNBC telekanalı "AppLab” layihəsinin qalibini 2015-ci ilin 20 ən yaxşı startapından biri elan edib

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti həyata keçirdiyi "AppLab” layihəsinin qaliblərinin
uğurlu startap ideyaları arasında "ən yaxşılarından biri” seçildiyini
qürur hissi ilə elan edir. Bu ilin yayında "AppLab” layihəsinin məzunu
olmuş BethClip tətbiqi "CNBC” telekanalı tərəfindən 2015-ci ildə dünya
üzrə yaradılmış ən yaxşı və parlaq 20 startap layihəsindən biri elan
edilib.

"AppLab” innovativ mobil developer layihəsinə Bakcell
şirkəti tərəfindən 2014-cü ilin sentyabr ayında gələcək nəsil mobil
texnologiyalar sahəsində dünya lideri olan "Qualcomm” şirkəti ilə birgə
əməkdaşlıq çərçivəsində start verilib.

Bu il keçirilən "Qlobal
Sahibkarlıq Həftəsi” (Global Entrepreneurship Week) 160 ölkəni və
təxminən 10 milyon insanı əhatə edir. Bu tədbirin ən önəmli
hadisələrindən biri kimi hər il dünyanın əsas şəhərlərində keçirilən
"Açıq Startap Yarışı” (Startup Open competition) sahibkarlara öz
ideyalarını irəli sürməyə imkan yaradır. Bu ilki müsabiqəyə 89 ölkədən
800-dən artıq startap ideyası təqdim olunub. Müraciətlərin yetmiş faizi
ABŞ hüdudlarından kənardan olub.

Parlaq ideyaları həyata keçirən,
iqtisadi inkişafa təkan verən və insanların rifahını yüksəldən bu
yenilikçilər ABŞ-ın mikroelektronika sənayesinin mərkəzi olan Silikon
(Silisium) Vadisindən çox-çox uzaqlarda – Uqanda, Kamerun, Filippin,
İsrail, Çili və Ukrayna kimi ölkələrdə yaşayıb yaradırlar.

Bethclip
hər hansı bir kontentin (mətn, şəkil, media, fayl) istənilən
platformalar (Android, iOS, Windows, Mac OSX) arasında bir cihazdan
digərinə tək toxunuşla köçürülməsinə imkan yaradır. Bethclip mobil
tətbiqini Android platformalı cihazlar üçün Google Play Store daxil
olaraq https://play.google.com/store/apps/details?id=com.bethclip.android
linkindən, Apple Store-dan isə https://itunes.apple.com/us/app/bethclip-clipboard-sync/id957669022
linkindən yükləmək olar. Mübadilə buferinin ani sinxronlaşdırılması
xassəsinə malik olan bu tətbiq gündəlik işlərimizə rahatlıq və komfort
gətirə biləcək birklikli inqilabi həllərdən biridir.



***



Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə
geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı
altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti
göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell,
ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları
vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda
davam edir.

5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin
99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna
olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti
öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən
yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell”in
3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olamqla əhalinin
93%-ni əhatə edir. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və
bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell
abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.

Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini
tapmış 3G Sü[email protected] xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell
özünün 4-cü Sü[email protected] brendinin - 4G LTE xidmətininkommersiya istifadəsinə
verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə
artmasını təmin edən 4-cü Sü[email protected] xüsusilə mobil olmaq və bütün məkanlarda
internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər
üçün nəzərdə tutulub.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!