Qadınlar.Biz'lilərin Yeni il təbrikləri (1. hissə) :)

Qadınlar.Biz'lilərin Yeni il təbrikləri (1. hissə) :)
Qadınlar.Co
10.09.2017 4

 

 

Salam əziz Qadınlar.bizin şirin şəkər userləri. Bu dəfə ki xəbərimdə sizlərə Qadınlar.biz bacılarımın Yeni il təbriklərini; Bu gözəl bayramda ən çox nəyi arzuladıqlarını öyrənəcəyik;  Ən
gözəl yeni ili nə vaxt və harda keçiriblər   bizə arzularını
təbriklərini maraqlı hadisələrini   biləcəksiz.
 Buyurun başlayaq. 

 

 

 

 

 




 

Arzum-aysun

 




 

Ay
Gülərim, canım gözüm, bu gözəl bayram vaxti belə gözəl xəbər
hazırlayıb, mənə də yer verdiyin üçün sənə çoxxxxx sağ ol deyirəm. Amma
xəbərin yoxdu ki, məni nətər çətin bir vəziyyətə salmısan. İndi
düşünürsən ki, niyə? Vallah bayaqdan ha fikirləşirəm, hardan
başlayacağımı, necə başlayacağımı bilmirəm. Yalan olmasın, bəlkə bir on
dəfə yazıb pozmuşam. Nədən başlayıb nədə qurtaracağımı bilmirəm. Ondan
başlayım ki, mən bütün bayramları sevirəm. Hər bayramın öz yeri, hər
bayramın öz

mənəvi
dəyəri var mənim üçün. Yeni ilin də həmçinin. Sevirəm bu bayramda yolka
bəzəməyi, bəzədiyim yolkanın altına sevdiklərimə hədiyyələr düzməyi.
Artıq 31ci yeni ildi yaşayıram, dönüb geriyə baxdıqda xüsusi gözəl
keçirdiyim Yeni il hansıdı ayırd edə bilmirəm. Çünki keçirdiyim hər
bayramın öz gözəlliyi, öz özəlliyi var mənim həyatımda. Ata evində bir
başqa olur bayramın dəyəri, ər evində bir başqa. Allahdan diləyim mənə
bəxş etdiyi bu həyatım boyunca bütün sevdiklərim yanımda olsun. Bu günə
qədər hər yeni ildə Tanrıdan gözlədiyim və istədiyim çox şey olub. Bu il
də Allahımdan çox arzularım var ki, gerçəkliyə çevrilməsini çox
istəyirəm. O arzularımın ən böyüyünü sizlərlə bölüşmək istəyirəm. Şablon
sözlərlə yazmayacağam ki, can sağlığı, xoşbəxtlik. Bu təbii ki, hər gün
dəfələrlə Tanrıya əl açıb etdiyimiz duadır. Bütün bunları çox
istəyirəm, amma Tanrıdan bu yeni ildə istədiyim, bir səbəb salsın, bir
yol açsın gələn il bayramı öz evimdə keçirim.

Sevdiklərimi,
yaxınlarımı öz evimdə yığım bir yerə. Ümidim çox böyükdür, inşallah
Tanrı səsimi eşidər və xəyalımda canlandırdığım o evə sahib olmağı bu il
nəsib edər mənə və ailəmə. 

Mənim
əzizlərim, sizlərə də bu yeni ildə ən böyük arzunuzun gerçək olmasını
diləyirəm. Gəlişi ilə hər gününü sevinc və səadətin , bolluq və bərəkət
içində keçirəcəyiniz daha bir 365 gün gətirsin ömrünüzə. Elə bir 365 gün
ki, yaşadığınız hər günü xoşbəxt olduğunuz üçün Tanrıya minlərcə dəfə
şükr edərək keçirəsiniz. Sağlıq, sevgi, xoşbəxtlik, əmin amanlıq, bolluq
və bərəkət əskik olmasın evinizdən. Körpə səsinə, körpə gülüşünə həsrət
olan bütün evlərdən o xoş səda yayılsın inşallah aləmə. amin... Nişanlı
qızlar gələn il öz sevdiklərinin evində, məzun olub tələbə adını
qazanmaq istəyənlər isə istədikləri universitetdə qarşılasın yeni ili.
Bir sözlə kimin nə arzusu varsa, kim hansı xəyalın həsrəti ilə yaşayırsa
Uca Rəbbim bu yeni ilin gəlişi ilə gerçək etsin... amin... öpürəm hər
birinizi, bərk bərk qucaqlayıram, mənim bacılarım... və başda
adminlərimiz olmaqla bir daha hər birinizə deyirəm ki, GəLəN YeNi
iLiNiZiN QəDəMLəRi MüBaRək OlSuN... AMİN...

 

                

 




 

Yasemin

 




 

Men
yeni ili cox sevirem.Cox gözel bayramdir.Men deye bilmerem ki,o birisi
yeni il bayramim digerinden daha gozel kecib cunki her birinin ozune
gore gozelliyi,maragi vardi her biri maraqlidi en cox maraqli olanda
bizde yeni ilde her kes bir yere yigisir ve cox gozel kecir.Indi ise
kecek arzularima.. Yeni
ilde saytimiza arzularim sonsuzdur.Ilk once arzu edirem ki,qarsidan
gelen bu yeni il her kese ugur getirsin.2016-ci il o qeder
gozellikleriyle yaddaqalan il olsun ki,her yeni ilimizin 2016-ci il kimi
kecmesini arzulayaq.insALLAH butun arzularimiz bu yeni ilde
gerceklessin.Saytimizda onsuzda reytinqli saytdir,lakin her zaman
reytinqinin zirvesinde olsun. Şəkər kimi şirin, nağıl kimi gözəl bir il
diləyirəm....

 

                    

 

                                                     

 

_Mira_Yaman_

 

 

 

Butun sayt əhlini salamlayıram!! Hər birinizi qarşıdan gələn YENİ İL və Həmrəylik günü münasibəti ilə təbrik edirəm!! Neçə
belə gözəl illərə çıxasız ailəniz,sevdikləriniz,
sevgililəriniz,nişanlılarınız,evli olanlar həyat yoldaşınız və
uşaqlarınızla birlikdə♡♡♡ 2016cı il hamımıza düşərli olsun inşaAllah..
Mən hər il yeni ili çox maraqlı keçirirdim..Ən əsası ailəm yanımdadırsa
bundan gözəl bayram ola bilməz..Amma bu il demək olar ki,keçırməyəcik
çünki babamı itirdik..Ona görədə yolka qurmamışıq vəə bayram əhval
ruhiyəsində deyiləm..Mənim fikrimcə bu ildən başka bütün yeni il
bayramlarım maraqlı keçıb...Nəysə çox uzatmayım hamınızı bir daha təbrik
edirəmm.Öpürəmm!!!♡♡♡♡♡

 

                    

 

 

 

 Svetoklana

 

 

 

Salam olsun Qadınlar.Biz saytının şirin-şəkər,xanım-xatun,tşk-mşk yazan,canım-cicimlə danışan xanımlarına(Şablon cümləm yenə hərəkətə keçdi).Əvvəla,hər
birinizi bu şən abu-havalı bayram münasibətilə təbrik
edirəm.İnşAllah,2015-ci ildə yaşadığınız bütün xoşagəlməz hadisələr elə
məhz bu ildə də qalar.2016-cı ilin hər birimizə düşərli olması diləyi
ilə...))



Gülerim
çox yazmadim))çünki orda sen qeyd etmisen ki,maraqlı axrinci defe ne
vaxt olub falan filan))hamisi mende eyni olub))onçün ferqli olmadigı
üçün o hisselerini yazmadim)sadece qisa tebrik deyek))

 

 

 

                 

 

 

 

Catwoman666

 




 

Yeni
il əslində sevdiyim, eyni zamanda sevmədiyim bayramdır)) artıq nəinki
yeni il, hətta bütün bayramları sevmirəm... Çünki bayramlar
maraqsızlaşıb, adiləşib... Yeni il üçün arzum falan yoxdur. Hər gecə
etdiyim duaların 2016da da reallaşmasını istəyirəm sadecə. 2015ci ilə
nifrət etdim... Amma bilmirəm niyə, 2016 sanki mənim üçün düşərli
olacaqmış kimi hiss edirəm.. 

Yeni ili isə hər il ailəmlə birgə qeyd etmişəm. Yəni, mənim üçün xüsusi, yadda qalan bir gün olmayıb.

Dualarımı yazım: İnşallah Dünyada sülh bağlanar! Aclıq, səfalət yox
olar! Kasıb atalar uşaqlarının istədiklərini ala bilmədiyi üçün boynu
bükük durmaz! Ən əsası, yetim uşaqlar daha "ana, ata" deyib ağlamasın!
Heç kimin evindən ruzi bərəkət əskik olmasın! Qızlar uşaq yaşda
evləndirilməsin!!! Xəyalları məhv olmasın!.. Dualarım əslində çoxdu.
Amma yeni il üçün bu kimi dualarımın qəbul olunmasını istəyirəm
Allahdan!!!

Təbrikə keçim: Hər kəsi, bütün Qadınlar.Biz əhlini təbrik edirəm!
Sizin üçün sadecə ən xeyirli olan arzularınız gerçəkləşsin bu ildə! 

 

                              

 

   

 

 


Dosta_inam

 

 

 

Salam Qadınlar.biz'in gözəl göyçək və ağıllı xanımları necəsiniz? 

Əvvəla
Gülər bacı dəvətin üçün təşəkkür edirəm, başda sən olmaqla bütün
bacılarımı qarşıdan gələn yeni il münasibəti ilə səmimi qəlbdən təbrik
edirəm. İnşaAllah bu il sizlərə Yaradan bol ruzi, bərəkət, sevgi,
hörmət, xoşbəxtlik nəsib etsin, hər biriniz ürəkdən xoşbəxtəm deyə
biləcək illər yaşayasınız, ən əsası Tanrı sizlərə uzun ömür can sağlığı
versin, çünki can sağlığı varsa, bir çox şeyləri əziyyət çəkərək də olsa
həyata keçirmək olur, mənim üçün ən gözəl keçirdiyim bayramlar ata
evində keçirdiklərim oldu, çünki bir çox qohum əqraba yığışar bayram
edərdik, bütün ailə deyib gülər xoş günlər keçirərdik, insan yaşa
dolduqca valideynlərdən uzaq düşdükcə ötənlərdə qoyduğu uşaqlıq illəri
üçün darıxır, o illərdə keçirdiyi bayramlar üçün darıxır, yaşlandıqca
ərköyünlük etmək istərsən ama bir baxarsan o yaşın deyil artıq,hərdən
düşünürəm bayram etmicəm deyə, çünki burda o qədər qərib ki, insan,
Onsuzda bir kimsəm yox gələsi, sadəcə uşaqlar nə qanır deyə, hər bayramı
keçirməyə çalışıram, ancaq o, qədər də maraqlı olmur, rusların öz
vətəni olduğu bunlara daha maraqlı gəlir, məs,
məndə öz Vətənimdə olsaydım mənədə maraqlı olardı, mənim ən maraqlı
yeni ilim nənəmin yanında qalanda oldu, 6-7-sinifdə oxuyurdum, nənəmlə
keçirəsi oldum bayramı, hər şeyi hazırladıq, nənəm ocaqda aş dəmləyirdi
məndə qonşu qızlara qoşulub nənəmin yanına o partlayan olur eee bayramda
hamı qorxudur, ondan qoydum, yazıq qorxudan necə hoppanıb düşdüsə,
nəisə hər şeyi hazırladıq, özüdə iki nəfər olduğumuz üçün hər yeməyi iki
nəfərlik etdi nənəm, axşam oldu, biraz yaşlı idi deyə gözləmədi, dedi
gəl yeyib yataq, məndə dedim biraz gözlə gələn, mənə dedi bəy-xan
qonağım gələsi deyil ya, nəisə yedik yığışdırıb yatmalı olduq, bu dəfə
qapı döyüldü, nənəm biraz ağır eşidirdi, özümü öldürürəm ki, qapı
döyülür elə deyir işığı söndür yat gecədir, bir təhər başa saldım ki,
bəs gələn var, Bakıdan dayım xalam ailəli gəlibmiş sən demə, mənim dayım
da polisdir,geyimdə idi zehmli idi, bunlarda qapını qıracaq dərəcədə
döyürdülər, mənim orda olduğumdan xəbərsiz idilər elə bildilər yoxam
orda, nənəm də eşitmir, nəisə qapını dayım məni görən kimi təbrik
etməkəvəzi  başıma
bir şillə, bəs sən burdasan niyə açmırsan qapını bəyaqdan döyürəm, mən
formanın qorxusunu yaşamamış vurdu, bir sözlə keçdik, dayım dedi plov
iyi gəlir, mən dedim bişirməmişik, çünki nənəm elə bişirmişdi ki, iki
qablıq olmuşdu, onuda mən yemişdim elə, nənəm dedi bu dəyqə oğul, yük
düşdü mənə ocaq yandırıb hər şeyi hazır etdim, nənəm birdə plov dəmlədi,
yeyib içib yatdıq, həqiqətən uşaqlıqda keçən bayramları böyüdükdə
yaşamaq olmur, hər yaşın öz gözəlliyi var, uşaq vaxtı bəzi şeyləri
bəyənmirik, hey giley edirik, ancaq böyüyəndə dərk edir ki, insan, o
illər əvəzolunmaz illəri olur bizlərin, dilərim Allahdan hər bir kəsə
gözəl sevincli bayramlar keçirmək nəsib olsun. Gözəl bacılarım hər
birinizə gözəl günlər yaşamağı arzu edirəm, uşaq həsrətində olan
bacılarıma gələn il Tanrım özü sevindirsin, bilirəm uzun oldu,
yoruldunuzsa üzürlü hesab edin, 

 

Bir daha hər birinizə təşəkkür edirəm, hər birinizə qadın xoşbəxtliyi arzu edirəm,öpürəm hər birinizi.




 

 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!