Qadınlar.Biz'lilərin Yeni il təbrikləri (2. hissə) :)

Qadınlar.Biz'lilərin Yeni il təbrikləri (2. hissə) :)
Qadınlar.Co
10.09.2017 19

 

 


Salam əziz Qadınlar.bizin şirin şəkər userləri. Bu dəfə ki xəbərimdə sizlərə Qadınlar.biz bacılarımın Yeni il təbriklərini; Bu gözəl bayramda ən çox nəyi arzuladıqlarını öyrənəcəyik;  Ən
gözəl yeni ili nə vaxt və harda keçiriblər bizə arzularını
təbriklərini maraqlı hadisələrini   biləcəksiz.
 Buyurun başlayaq. 

 

 

 

 

 

 

 

                     

 

Antikvar

 

 

 

Salam
Qadınlar.bizin şirin, şəkər, gözəl, mamlimatan xanımları:) İlk növbədə
gülərimə təşəkkür edirəm mənidə dəyərli vaxtını ayırıb lahiyəsinə dəvət
etdiyi üçün. Və sonra başlancığı xanımlarımızı təbrik etməklə start
vermək istərdim. Qadınlar.bizin gözəl xanımları sizin yeni ilinizi
təbrik edirəm səmimi qəlbdən, neçə belə gözəl illərə ailənizlə birgə
keçirtmək diləyi ilə. Hər birinizə ilk növbədə can sağlığı arzu edirəm,
kimlərin həyatda istək arzuları varsa inşallah hər biri yeni ildə həyata
keçər, üzünüzdə,qəlbinizdən gülüş əksik olmasın. Uniyə daxil olmaq
istəyənlər inşallah-tələbəlik adını qazanar, Övlad arzusunda olanlar
inşallah-Analıq hissini yaşayar, Sevgi acısı çəkənlər inşallah-sevdiyinə
qovuşar, İş barəsində əziyyət çəkənlər inşallah-yeni işlər əldə edib
uğur qazanar, əsasda Allah hər birimizin süfrəsini bol bərəkətli
etsin.Arzularım bitməz tükənməzdir bu səbəbdən qısaca Allah hər kəsin
arzularını həyata keçirsin deməklə digər yazılara keçim:) 



Yeni
ildə öz arzum nədir? Sülh əmin-amanlıqla ölkələr arasında müharibələrə
son verilməsidi. Bəlkədə kimlərəsə gülünc gələ bilər ən çox arzuladığım
diləyim, inanın hansısa telaristlərə görə günahsız insanların məhv
olması məni çox incidir. Hələ o balaca körpələrin aclıq çəkməsi, canını
qurtarmaq üçün qaçarkən suda boğulub canından olması, anaların -
ataların fəryadı, neçə insanlar öldürüləndən sonra bir birilərinin
üzərinə bir əşya kimi atılması baxın bunlara artıq son qoyulmasını
istəyirəm,ilk arzum budur inşallah yeni ildə belə hadisələr yaşanmaz.
Özümə ailəmə aid arzular sadəcə qısaca deyə bilərəmki, yürüdüyümüz
yollarda inşallah yolumuz hər zaman açıq olsun

 

                                                                                                

Birdə
maraqlı hadisə yazaraq - yazıma son qoyum:) Əslində çox fikirləşdim
başıma gələn maraqlı hadisə və keçirdiyim maraqlı yeni il anlarımı.Ən
çox maraqlı yeni il anım ailəmlə keçirdiyim anlar olub papamın bizi hər
yeni ildə ailəlikcə aparıb şəhəri gəzdirməyi olub, yolka ətrafında şaxta
babayla çəkdirdiyimiz fotolar günün sonunda məni xoşbəxt edib:) Maraqlı
hadisə isə yoldaşımla burda yolkaya getdikdə o zaman övladlarım hələki
yoxuydu təzə gəlmişdim bu tərəflərə)) Buz üstə yeriməyə elədə
alışmamışdım) İndi şaxta babayla yolka ətrafında şəkil çəkdirmək üçün
hündür buzla düzəldilmiş kubukların üzərinə çıxdım yoldaşımın köməyi
ilə, nəsə görürəm dayanmaqla günlük çəkirəm hələ bir özümüdə sındırmıram
əlimi burax özüm çıxa bilərəm, yeriyə bilərəm deyə deyinirəm, sağolsun
etiraz belə etmədən razı oldu)) Kaş olmayaydı şəkil çəkib qurtardıqdan
sonra düşmək istədikdə bütün millətin içində yapışdım yerə)))) Dəhşət
dərəcədə utandım yanaqlarım qızardı utandığımdan, hələ bir kənardan
deyilənlər ay vay edilməsi necədi deyilməsi məni dahada utandırdı))
Yoldaşımda ya gülür yada Buda özündənrazılığın sonu deyə danışır,))
Yıxılanda sonra çox qalmağa fikrim yoxuydu düz çıxıb gəldik evə))) Belə
qızlar belə hadisələr başıma çox gəlib yazsam dastan olacaq)) Məndən bu
qədər bir daha hər birinizin yeni ilini təbrik edirəm)

 

 

 

                 



Asya Müslümova
  

 

 

 

Hər
kəsi,ailəniz,böyükləriniz başda olmaqla ürəkdən təbrik edirəm.Hər
birinizin ailəsində firavanlıq,ruzi-bərəkət can sağlığı əksik
olmasın.Deyirlər ili necə başladınsa sona kimidə elə gedir.İlin nəyinki
başlanğıcı,bütün günləri,ayları hər birimiz üçün düşərli,gözəl bizləri
xoşbəxt edəcək dərəcədə gözəl olsun.Bu il bizim üçün nə dərəcdə düşərli
və uğurlu keçdi deyə bilmərəm amma Allahın nəzəri,diqqəti xalqımızın
üstündən əksik olmasın.Keçirdiyimiz ağır günlərimiz son olsun.2016-cı
ilə bütüb dərd-sərimizi qoyraq başlıyaq.Hər zaman üzümüzdən
təmizlik,saflıq çöhrəsi əksik olmasın.Hər birimizin ürəyimizdə
tutduğumuz bütün "xoş" arzularımız real olması diləyi ilə....

 

 

 

              

 

 

 

canr

 

 

 

Saytımızın
şirin-şeker qızlarını YENİ İL münasibetile ürekden tebrik edirem.Qoy bu
2016-cı il her birimizin heyatına xoşbext qedemlerle addımlasın.Men
Allahdan isteyirem ki,bu il öz gelişiyle aileme ve ezizlerime bol
ruzi,can sağlığı,mehribançılıq,xoşbextlik getirsin.Özüme ne arzu
ediremse,saytımızın gözellerine de onu arzulayıram.Qoy saytımızın
sakinleri ilden-ile çoxalsın.Canım
bacım İnşallah bu 2016 -cı il sene de düşerli olar.Senin de,miss
oxatanın da ailesinden körpe sesi eşidiler.Bir daha bütün bacılarımı
Yeni il münasibetile tebrik edirem.

 

 

 

              

 

 

 

my_angel

 

 

 

"Əziz
və hörmətli Qadınlar.Biz istifadəçiləri, bu Qadınlar.Biz`də keçirdiyim
ikinci yeni ildir. Bunun üçün çox xoşbəxt hiss edirəm özümü. Öncəliklə
sayt rəhbərliyinə minnətdarlığımı bildirirəm. Diləyirəm ki, 2016 hər
birimiz üçün düşərli olsun, bu yeni ildə həyatınızda müsbət
dəyişikliklər olsun. Bütün mənfilərinizi 2015-də qoyub, 2016-ya
müsbətlərlə keçin. Neçə belə gözəl illərimizi Qadınlar.Biz`lə birgə qeyd
edək inşaallah. Yeni iliniz mübarək!"
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!