Mənim toy günüm - ehliman (22)

Mənim toy günüm - ehliman (22)
Qadınlar.Co
10.09.2017 35
:toy:  ...Mənim Toy Günüm... :toy: layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın ehliman-dı..

bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə
bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın
cavablarını oxuyaq..

 

Mənim toy günüm - ehliman (22)

 

1. Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?


öncəliklə salam.

görücü yolu ilə görmüşəm bəyənmişəm. amma bir il sevdikdən sonra nişanlanmışıq.

 

 

2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu?

Desəm ki, hə, yalan olar. Atasıgil elçi gəlirblər.



3. Neçə müddət nişanlı qaldınız?

Bir il.



4. Toy hazırlıqları necə irəlilədi?

Yaxşi. hər şey öz axarında gedirdi.



5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var idimi?

Demək olar nişanlanandan başladıq. cehiz almağa, yorğan döşək hazırlamğa.



6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?

Atam anam hər nə alsa məni aparırdı. öz isdədiklərimi alırdım. bu da mənə zövq verirdi.



7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?

Yox. həyat yoldaşımın kitabında belə şeylər yoxdur.



8. Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?

Atam qərar verdi.



9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?

Restoranın fotoqrafına və yaxınlarım çəkdi.



10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?

Xeyr.



11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?

Hə, həm də çox gözəl idi. əsas da oğlan toyu gəlinliyi.



12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...

Desəm inanmazsız. bir gün içində seçmişdim.



13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?

Belə də, çox qarışmırdı. sadəcə açıq olmasın demişdi.



14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?

Saç və makyajı hə.



15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?

Oğlan toyu hə, amma qız toyu heç isdədiyim kimi deyildi. indi də peşmanam.



16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?

Xeyr. bizde hamam dəsti, alt paltarı. bir de sebet alırlar



17.Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...

O günü heç unutmuram. unutmaram ki.



18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?

Hə. ayaqqabımı gətirməmişdilər. bəy gələndə özü ilə gətirdi ayaqqabımı.



19. Toy günü unutduğunuz bir şey oldumu?

Elə ayaqqabım



20 Toyunuzun ən gözəl anı nə idi?

Ilk tans eləməyimiz.



21. İlk rəqs parçanız hansı idi?

Mustafa ceceli. sevgilim.



22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.

Hər an nişanlımın mənə gözəlsən deməsi.



23. Bir tərslik yaşandımı toy günü?

Xeyr.



24.Ən çox nə vaxt həyəcanlandınız?

Ata evindən çıxanda. əsas da vağzalı səsini eşidən də.



25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?

Demək olar xeyr



26. Bal ayınızı harada keçirdiniz?

Heç yerdə elə evimizdə.



27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?

1il 5ay



28. Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?

çalışın ərinizlə yola getməyi bacarın. və bir söz var gözünə girin ərinizin. qaynanaya qaldıqda boş verin, danışar da susar da.

 

Mənim toy günüm - ehliman (22)

 

Canım
mənim, Allah evinizdən sevgini, məhəbbəti, ruzi bərəkəti heç bir zaman
əskik etməsin... inşallah tezliklə o isti yuvanız körpə səsi ilə
şənlənər... amin...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!