Bakcell Xalq Bank pul köçürmə sistemlərinin xidmətlərindən...

Bakcell Xalq Bank pul köçürmə sistemlərinin xidmətlərindən...
Qadınlar.Co
10.09.2017 23
Bakcell Xalq Bank pul köçürmə sistemlərinin xidmətlərindən istifadə edən abunəçilərinə pulsuz danışıq dəqiqələri təklif edir

Azərbaycanın
İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell
şirkəti Xalq Bank ilə birlikdə "Daha çox köçür, daha çox qazan!” adlı
yeni kampaniyaya start verildiyini böyük məmnuniyyətlə elan edir.

Bu
kampaniyanın məqsədi Xalq Bankın potensial müştəriləri tərəfindən
həyata keçirilən pul köçürmə əməliyyatlarını həvəsləndirməkdir.

Kampaniya
10 dekabr 2015-ci ildən başlanacaqdır. Kampaniyanın davam etdiyi
müddətdə Xalq Bankın filiallarında fəaliyyət göstərən Western Union,
Contact, Privat Money, LİDER, UPT, Blizko, Monex pul köçürmə
sistemlərindən istifadə edən müştərilərə Bakcell mobil operatorundan
danışıq dəqiqələri hədiyyə ediləcəkdir.

Xalq Bankın
filiallarında qeyd olunan təcili pul köçürmə sistemləri vasitəsilə
Bakcell abunəçiləri dünyanın 200-dən artıq ölkəsinə asanlıqla pul
göndərmək və ya almaq imkanına malikdirlər.

Xalq Bankın
filiallarında təcili beynəlxalq pul köçürmə sistemləri vasitəsilə 100
AZN-dən 500 AZN-ə qədər təcili pul köçürməsi edən və ya alan Bakcell
abunəçilərinin balansına pulsuz 10 danışıq dəqiqəsi yüklənir.

500
AZN-dən 1000 AZN-ə qədər pul köçürməsi edən və ya alan müştərilərə 20
dəqiqə bonus dəqiqələri verilir. Əgər pul köçürməsinin məbləği 1000
AZN-dən yuxarıdırsa, abunəçiyə Bakcell şirkətindən 30 pulsuz danışıq
dəqiqələri hədiyyə verilir.

Bu kampaniya çərçivəsində, Monex pul
köçürmə sistemi vasitəsilə 101 AZN-dən 500 AZN-ə qədər təcili pul
köçürməsi edən müştərilərə 5 dəqiqə hədiyyə verilir. 501 AZN-dən 1000
AZN-ə qədər təcili pul köçürməsi edən müştərilərə Bakcell şirkətindən 10
dəqiqə, 1001 AZN-dən yuxarı təcili pul köçürməsi edən müştərilərə isə
15 pulsuz danışıq dəqiqələri hədiyyə verilir. Daha ətraflı məlumat üçün http://ulduzum.az/partner/XalqBank səhifəsinə daxil olmağınız və ya 138
nömrəsinə zəng vurmağınız xahiş olunur.



***



Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə
geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı
altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti
göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell,
ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları
vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda
davam edir.

5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin
99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna
olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti
öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən
yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell”in
3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olamqla əhalinin
93%-ni əhatə edir. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və
bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell
abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.

Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini
tapmış 3G Sü[email protected] xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell
özünün 4-cü Sü[email protected] brendinin - 4G LTE xidmətininkommersiya istifadəsinə
verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə
artmasını təmin edən 4-cü Sü[email protected] xüsusilə mobil olmaq və bütün məkanlarda
internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər
üçün nəzərdə tutulub.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlərскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!