Ona sevqi məktubum - arzum-aysum (3)

Ona sevqi məktubum - arzum-aysum (3)
Qadınlar.Co
10.09.2017 8
Dəyərli Qadinlar.biz ailəsi indi "Ona sevgi məktubum" adlı
layihəmlə sizin qarşınızdayam. Ona eşqinizi ən qözəl və romantik
sözlarlə izah edən məktubunuzı yazın. Bu layihəyə hər kəs qatıla bilər.
Həyət yoldaşınıza, sevgilinizə, nişanlınıza və hətta sözlünüzə eşq
məktubunuzu şəxsi mesajla mənə yazaraq bu layihəyə qatıla bilərsiz.
Qonağımız arzum-aysumdur.



Sənə olan sevgimi yazmağın gözəlliyini
yalnız mən bilirəm və mən anlayiram, çünki səni sənə izah edərkən
sevgimi, sevgini və arzılarımı yazdım.



Mən səni kimsənin bilmədiyi, görə bilmədiyi uzaqlardan sevdim, dərin,
sirrli, əl çatmaz bir okeanın dərinliyində tapdım da sevdim.



Tutmağa cəsarət edə bilmədiyim, sevginlə alov alov yandığım parlaq bir
incisən mənim üçün. Mən səni yağışlı bir gündə, səni düşünərkən
istiliyinin içimi yandırdığı anlarda sevdim.



Bəzən yuxusuzluğumda, bəzən dərin yuxularımda, bəzən yoxluğunda, bəzən də yanımda olduğun anlarda səni sevdim.





Sən yatarkən gözlərinin dərinliklərinə daldım, və mənə olan sevginlə
yandım, Heç yorulmadan səni yazdım bu məktubda, yazmağı səni izah
edərkən, oxumağı da sənə yazdıqlarımı hecalayarkən öyrəndim.



Səni yalnız şux qamətin, saçların ya da gözlərin, gözəl bir yüzün var
deyə deyil, fikirlərinlə, danışmağındakı gözəlliyin, duruşun və mənə
ürəyində olan sevginlə sevdim.



Səni əllərindən tutub qanımın qaynadığı, ürəyimin yerindən atılacağını
hiss etdiyim anlarda, o yaş dodaqlarınla məni sevdiyini söylədiyin
anlarda sevdim.



Sən bədənimin dörd bir hissəsinə yayıldığında, məni qucaqladığın və hər
nəfəs alışımda ciyərlərimə ilıq ilıq işlədiyini hiss edtdiyimdə sevdim.



Səni qış gecələrinin o soyuq yatağında birlikdə yatıb məni isti
nəfəsinlə istilətdiyində və nəfəslərimizin görüşdüyü gecələrdə sevdim.



Səni sevdim, bezmədən, səni sevdim yorulmadan... 



Sənin ətrinlə yazdım sətirlərimi heca heca, Səni yazdım nəfəs belə vermədən, içimdəki istiliyini, qoxunu itirmədən.



Çünki səni nəfəs kimi yaşayıram, nəfəs alar kimi səni sevirəm.



Və Sən yaxşı ki varsan! Və Sən Yaxşı ki, mənimsən! Və MƏN YAXŞI Kİ, SƏNİNƏM.




Layihədə iştirak etmək istəyən mənə şəxsi mesaj ilə yazsın qöndərsin. :envelope:скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!