Bakcell Music Gallery ilə birgə Ulduzum müştəriləri üçün...

Bakcell Music Gallery ilə birgə Ulduzum müştəriləri üçün...
Qadınlar.Co
10.09.2017 11
Bakcell Music Gallery ilə birgə Ulduzum müştəriləri üçün Yeni İl kampaniyasına start verir

Azərbaycanın
İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell
şirkəti Music Gallery mağazalar şəbəkəsi ilə birlikdə Ulduzum
müştəriləri üçün BONUSLARIN təqdim olunmasını nəzərdə tutan Yeni İl
kampaniyasına başlayıb.

31 yanvar 2016-cı ilədək davam edəcək
Bakcell şirkətinin bu yeni kampaniyası çərçivəsində, Ulduzum kodunu əldə
edən hər bir müştəri Music Gallery mağazalarından 20 AZN BONUS əldə
etmələri barədə təbrik mesajı da alacaqlar.

20 AZN BONUSDAN
faydalanmaq üçün Ulduzum müstəriləri Music Gallery mağazalarında
alış-veriş etdikləri zaman *5555#YES yığaraq və ya Ulduzum mobil
proqramından istifadə edərək Ulduzum kodunu almalı və SMS-lə aldıqları
həmin kodu mağazanın kassirlinə təqdim etməlidirlər.

Qeyd olunan
20 AZN BONUS Music Gallery mağazalarından Ulduzum müştərilərinə Yeni İl
kampaniyasının keçirilmə müddətində yalnız bir dəfə təqdim edilir.



Music Gallery mağazalarının ünvanları:

1) 28 Mall Ticarət Mərkəzi (1-ci mərtəbə)

2) Ə. Əliyev küçəsi 9

3) Azadlıq prospekti 114, H. Əliyev küçəsi

4) Azadlıq prospekti 14, 28 May küçəsi

5) F.X. Xoyski küçəsi 118A

6) M. Hadi küçəsi 27

7) Ş. Bədəlbəyli küçəsi 98



1
milyon 700 min nəfərdən çox müştərisi ilə, Yaxın Şərq, Mərkəzi və
Cənubi Asiya və Şimali Afrika bölgələrində telekommunikasiya sahəsində
bu gün ən yaxşı istehlakçı xidməti olan Bakcell şirkətinin Ulduzum
proqramı abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edir,
şirkətin öz müştəriləri və Ulduzum proqramının tərəfdaşları olan
müəssisələrin müştəriləri üçün faydalar verərək müştəri sadiqliyini
təşviq edir. Bu yaxınlarda istifadəyə verilmiş xüsusi mobil tətbiqetmə
vasitəsilə Bakcell abunəçiləri, mövcud SMS və USSD əsaslı məlumat
mübadiləsi ilə yanaşı, həm iOS, həm də Android platforması üzərindən
Ulduzum endirimlərindən faydalana bilirlər.



***



Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə
geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı
altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti
göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell,
ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları
vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda
davam edir.

5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin
99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna
olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti
öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən
yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell”in
3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olamqla əhalinin
93%-ni əhatə edir. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və
bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell
abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.

Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini
tapmış 3G Sü[email protected] xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell
özünün 4-cü Sü[email protected] brendinin - 4G LTE xidmətininkommersiya istifadəsinə
verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə
artmasını təmin edən 4-cü Sü[email protected] xüsusilə mobil olmaq və bütün məkanlarda
internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər
üçün nəzərdə tutulub.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlərскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!