Xatirə dəftəri - yarpaq33 (26)

Xatirə dəftəri - yarpaq33 (26)
Qadınlar.Co
10.09.2017 11
Salam saytımızın dəyərli xanımları.Yəqinki xəbəri görəndə
təccübləndiniz çünki zamanında ruzgargülüm xanım müəllif olaraq
hazırlayırdı bu xəbəri.Bu gündən mən davam etdirəcəm.Davam etdirdiyim
layihədə ilk müsahibim yarpaq33-dür. Buyurun cavablarla tanış olun.

 

1. Soyadınız Adınız?

Məmmədova Nigar

 

2. Doğum Tarixiniz?

03.10.1981



3. Bürcünüz/iliniz?

Tərəzi bürcü-xoruz ili

 

4. Ən böyük arzunuz?

Ən böyük arzum evladlarımı sag salamat böyüdüb onlara tehsil verib ugurlarinı görməkdi



5. Ən yaxın dostunuz sizi haçansa satıb/yalan deyib?

Yox dost tərəfindən heç vaxt satılmamışam çünkü üreyimi sirrimi heç kımlə bölüşməmişəm o kı qaldı yalana yalanlar çox olub 



6. 5-inci sinifi hansı qiymətlərlə qurtarmısınız?

5-ci sinifi əla qiymətlərlə bitirmişəm



7. Həyat sizcə maraqlıdır?

Hərdən maraqlı olur hərdən maraqsız olur əhvalımdan asılı olan bir şeydi



8. Möcüzəyə inanırsınız?

Allahdan gələn möcüzələrə əlbəttəkı inanıram

 

9. Yenidən uşaq olmaq istərdinimzi?

Anam yanımda olsun deyə istərdim yalnız anama görə çünkü onsuz çox darıxıram



10. Dünyaya yenidən gəlməy istərdiniz?

Həyatda o qədər çətinlıklərim olub kı,bəlkədə istəməzdım həyatın qanunu budur hər kəs bir dəfə dogulur istəsəmdə alınmaz



11. Həyatda kimə və nə üçün minnətdarsınız?

Həyatda yalnız valıdeyinlərimə minnətdaram məni boyüdüb boya başa çatdırıb əziyyətimi çəkdikləri üçüm

 

12. Necə insanları xoşlayırsınız?

Dürüst insanlari xoşlayıram nə olur olsun yalan danışmasınlar



13. Sizcə gözəllik nədən başlayır?

Gözəllik qəlbdən başlayır insanın qəlbi gözəl olmalıdır ki üzünə yansısın gözəlliyi



14. Dünyanın hansı şəhərlərində olmaq istərdiniz?

Ən böyük arzum Məkkəyə getməkdi o birilər olsada olar olmasada çünkü bir çox şəhərləri gəzmişəm



15. Sayta girən kimi ilk kimin saytda olub-olmadıgına baxırsınız?

Elə birisi yoxdu



16. Saytda özünüzü ən çox kimlə yaxın hesab edirsiniz?

Mənimçun bütün userlər birdi sadecə bir necəsiylə şəxsidə yazışıb
dərdləşirik onlar yaxındı hamısının adını yazmıram özləri bilir



17. Saytda kimin xəbərlərini boyük maraqla oxuyusunuz?

Düzünü desəm xəbərin müəllifinə baxmıram çalışıram bütün xəbərləri oxuyum vaxtım olduqca



18. Kimin bu saytda olmasi sizi qıcıqlandırır?

Elə birisi yoxdu

 

19.Saytda ən çox sizi nə cəlb edir?

Maraqlı xəbərər, layihələrdini xebərlər və.s



20. Nə kimi təklifləriniz var saytda?

Hec bir təklifim yoxdu bu saytin işçiləri nəyin necə olacagını məndə yaxşı bılır hər halda pdurkı mənə söz düşməz



21. Kimin şərhlərini hər xəbərdə oxuyursunuz?

Bir xəbərə şərh yazarkən çalışıram bütün şərhləri oxuyumki təkrar yazmayım əyər şər çoxdursa oxumasamda gözdən keçirirəm



22. Nə üçün məhz Qadınlar.biz?

Burda tək qadınlar oldugu üçün

 

23. Bu saytda sizə nə maraq doğurur?

Bu saytda hər şey maraqlıdı



24. Saytdakı ən yaxın dostlarınız?

Ən yaxın dostum inci,pessemist grl,miss angel və .s adların yazmadiqlarım inciməsinlər



25. Özünüz haqda qısa və tam!

Özüm sade mehriban səmimi biriyəm heç kımlə işim olmaz her zaman haqqın tərəfindəyəm yalanı və yalançıları sevmirəm



26. Burada hansısa bir haqsızlıq görmüsüz?

Yox görməmişəm



27. Saytda başınıza gələn maraqlı bir hadisə

Elə bir hadisə olmayıb



28. Sayta olan ürək sözləriniz

Saytimiz her zaman var olsun bizlərlə birlikdə ugurlari bol olsun uzun ömürlü olsun her zaman birinci olsun

 

29. Baş Admindən Razısız ?

Burda heç kimdən narazı deyiləm

 

30. Həyatda ən çox kimə inanırısınız?

Ən çox atama və ailəmə



31. İki dostun hakimi olardınız,yoxsa iki düşmənin(fikirləşməyə dəyər)

Dosta hakim lazım deyil düşmənədə mən lazım deyiləm

 

32. Həyatınızda əsas məqsəd nədir?

Həyatımın məqsədi ailəmlə xoşbəxt mehriban yaşamaq

 

33. Gələcəydə özünüzü kim görürsünüz?

İndi neceyəmsə gələcəkdədə özümü elə görürəm bir az yaşlanmiş



34. Bir gün Sayt bağlansa (ALLAH ELƏMƏSİN) kim(lər) üçün darıxarsız və kim(lərlə) münasibətiniz həmişə qalar?

Allah
eləməsin belə olarsa hami üçün darıxaram çünkü az çox hamimiz bor
birimizi taniyiriq virtual olsa beləartıq qadinlar.biz ailəsı olmuşuq 

Ezizim
Asya xanım mənidə layihənə dəvət etdiyinçun təşəkkür edirəm belə
maraqlı layihələrin bol olsun gələcək işlərindədə ugurlar

 

Çox
sağolun ki,dəvətimi qəbul etdiniz.Cavablarda açıq və səmimi olduğunuz
üçün öz adımdan və digər respandetlər adından təşəkkür edirəm
sizə.Həyatınızda uğurlar diləyirəm.



Layihədə iştirak etmək istəyənlər mənə şəxsidə müraciət edə bilərlərскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!