Məktəbdə ilk günüm - Catwoman666 (1)

Məktəbdə ilk günüm - Catwoman666 (1)
Qadınlar.Co
10.09.2017 10
Salam saytımızın gözəl qızları.  

Sizlər üçün yeni bir layihə hazırladım və layihəmin qonağı Catwoman666  nikidir.
 



Hər kəsə salam  Layihəni o qədər
çox sevdim ki, tez qatılmaq istədim)) Çünki məktəbdə ilk günümlə bağlı
maraqlı təəsüratlarım var. Buyurun, hamınız axıra kimi oxuyun:Mən 7
yaşda məktəbə başlamışam. O qədər çox sevincli və həyəcanlı idim ki,
məktəbə gedirəm deyə. Səhər budilnik çalan kimi dik atıldım yerimdən 
Hazırlaşdıq mamayla getdik məktəbə. hamı məktəbin qabağında sıraya
düzülmüşdü. Mənim də əlimdə digər uşaqlar kimi bir dəstə gül varıydı.
Sinif rəhbərimizi gördüm həmin vaxt. Mama dedi ki, bu gülləri müəllimə
verərsən. Bir az keçəndən sonra müəllimimizin koftasından geyinən bir
qadın gördüm yan tərəfimdə. (həmin qadın da paralel sinifdən bir qızın
valideyni imiş). Elə bildim ki, odu müəllimim. Gülləri həmin arvada
uzatdım Mama dedi, az o müəllim deyil. Hər nəysə. Sonra s.rəhbərimiz
bizi sinifə apardı. İlk günüydü deyə valideynlər də sinifdə arxada
durmuşdular. Müəllim bir-bir uşaqların adını familyasını soruşurdu.
(Hələ neçə dənə uşaq atasının adını yadından çıxarmışdı). Sıra mənə
çatanda avtomat kimi, işıq sürətilə ayağa qalxıb: "Əliyeva Nərmin Ş....
qızı!" dedim. Sonra müəllim uşaqlardan soruşdu ki, "uşaqlar, məktəbi
qurtarandan sonra hara daxil olurlar?" Mən tez yüksək səslə dedim ki,
"İnustuya" İnustu haa özde Hahaha. Sonra müəllim dedi ki, indi hamınız
bir şəkil çəkin. Mən də uşaqlıqdan həvəsli idim şəkil çəkməyə. evdə yüz
cür şəkil çəkirdim. (əsas da rusalıçkalar yəni dəniz qızları). Amma
nədənsə məktəbdə ağlıma həyəcandan çəkməyə bir şəkil gəlmədi. Mamamın
yanına getdim ki, mənə şəkil çək))) Mamamın da çəkə bildiyi ən "gözəl"
şəkil göyərçin şəklidi həmin göyərçini 2 dəqiqədə çəkdi mənə dedi ki
indi bunu mavi rəngdə rəngləyərsən. Keçdim yerimə. Sonra tam dəqiq
bilmək üçün yanımdakı uşağın mamasından soruşdum ki, bunu nə rəng edim? O
da dedi ki narıncı mamama baxdım. Mama dedi ki mavi elə Mən də mavi
elədim. Sonra müəllim həmin şəklimi çox bəyənmişdi)))))) (Bəlkə bu
məsələ sizə güməli gəlməyə bilər. Amma hal-hazırda mən bunları yazarkən
gülməkdən gözümdən yaş gəldi).

Vəəəə beləliklə məktəbə mənim kimi cin gəldi İndi həmin hazırcavab cin kimi uşaq böyüyüb 10cu sinifdə oxuyur)))

Layihəsində iştirakıma şərait yaratdığı üçün Zenka nikinə təşəkkür edirəm 


 

P.S. Lahiyəyə qatılmaq istəyən mənə müracət edə bilərскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!