Qadınlar.Biz'lilərin başına gələn gülməli və maraqlı hadisələr - düyməcik (1)

Qadınlar.Biz'lilərin başına gələn gülməli və maraqlı hadisələr - düyməcik (1)
Qadınlar.Co
10.09.2017 9
Salam qizlar necəsiz? Az fikirləşdim çox fikirləşdim birdən ağlıma
bir fikir gəldi başınıza gələn ən gülməli və ən maraqlı hadisələrin
yazsın userlər. Gəlin düyməcik userin başına gələnləri birlikdə
oxuyaq:

 

Öncə hər birinizə salam qızlar.
Sənədə Günay bacım təşəkkürlər mənidə layihənə dəvət etdiyinçün. indi
keçim əsas məsələyə. deməli belə təxmini hardasa 10-11 yaşım
olardı,bidənə əmim qızı var(məndən 6 yaş böyükdü). bi gün bu gəlib mənə
dediki bəs mən ağzımda spiçka söndürə bilirəm,gəl sənədə öyrədim. bu
əvvəl bir ikisin ağzında söndürüb(guyada) mənə göstərdi. sora dedi al
indi sən elə. odaki birin yox iki üçünü birden yandırdı verdi əliməki
söndür ağzında. Məndə eləmə təmbəllik buların hamısını birdən saldım
ağzıma,paa elə bil od qoydular mənə,həyət uzunu qaçıram ay yandım
demişəm. bu vaxt gözümə nənəmin aftavası sataşdı,indi aftavaya elə
soxulmuşam ki az qala suyla bir yerde onuda udum. Elə bu vaxtı anam
gəldi,toyda bundan sora başladı. nə yemisən turşuluqlu aş,arvad mənim
tozumu elə qəşəy aldıki, indi dilimin agrısı yadımdan çıxıb,qolumu
qıçımı tutmuşam anqırıram. Aravad az qala dilimi,ağzımı paraşokla
yuyurdu mundar su icdiyimə görə.birtəhər qaçdım əlindən. nəysə sagolsun
əmimqızı sayəsində belə aglamalı hadisələrim çox olub. Bir dəfədə
hamilə vaxtı yoldaşımla ultrasona getdik,ikinci dəfə idi. birinci dəfə
başqa həkim yoxlamışdı.o türkiyəyə getdiyiçün indi başqası yoxluyacağdı.
nəysə növbəmiiz gəldi keçdiy içəri uzandım,həkim başladı baxmağa,bir
azdan belə elədi maşallah qızınızda oğlunuzda yaxşıdı,sağlamdı
əkizləriniz. indi yoldaşımla məndə ağzımızı ayırmışıq həkimə baxırıq.
həkim gördü nəsə birtəhər baxırıq.dedi niyə elə baxırsız nolub. dedik
axı bizim uşagımız birdənə idi,əvvəl yoxlayan elə deyib,özümüzdə
görmüşdüy. Ama iş orasındaydı ki həqiqətəndə ultrasonda iki uşaq
görünürdü. nəəysə həkim dedi biz dedik,axırda durdu getdi əvvəl
yoxlayana zəng vurmaga. indi həkim gedib men hələdə ağzımı ayırıb
aparata baxıram. birdən ağlıma hardan gəldisə yoldaşıma dedim yəqin
uşağımız icəridə bölünüb(fikrə bax a ) yazig yoldaşım bilmir indi mənim
sözümə ağlasın yoxsa gülsün. sora həkim gəldiki bəs o biri həkimdə siz
deyəni deyir.bəs bu necə ola bilər,axı iki dənə uşaq görürüy. nəysəki
sonradan anlaşıldı ki məndən əvvəl girən qadının bəbişləri əkiziymiş.
onların görüntüsü qalıb aparatda,həkimi silmiyibmiş yadından çıxıb nəsə
bele bir şey(o qədərdə başa düşmədim). Ama onuda deyimki içimdə
sevinmişdimdə(inanmasamda)əkizim olacagına. Bu qədər. bir daha
dəvətinçun təşəkkür canım,bu layihən birincidi inşallah axırıncı yox
axarıncı olar gözəl,maraqlı layihələrin. bol-bol uğurlar sənə




Kim qatılmaq isdəsə şəxsi smslə müraciyət ede bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!