Qadınlar.Biz qızlarının gerçək adları və mənaları (2. hissə)

Qadınlar.Biz qızlarının gerçək adları və mənaları (2. hissə)
Qadınlar.Co
10.09.2017 12
Salam  çox sevdiyim sayt olan Qadınlar.biz-in şirin şəkər mehriban userləri.    Deməli bu lahiyəmin adı  "Qadınlar.Biz qızlarının gerçək adları və mənaları".    Bu
dəfə ki xəbərimdə sizlərə Qadınlar.biz  bacılarımın;
 profil yox gerçək adlarını adlarının mənasını və o adı kim qoyub necə
ağlına gəlibdir o adı qoymaq bax bunları biləcəyik.

Buyurun başlayaq.  





Miss_Oxatan :bye:

Salam  Adım Gunaydir.
Menasi melumdur mence. Adımı xalam qoyub.  Bir çox nece ad qoymaq
isteyibler, Konul, Çinare, Aygun, Gunel. axirda Gunayda stop
eliyibler.ama men insanin adinin wexsi heyatina ve xarakterine
qeyri-ixtiyari yansimasina inaniram. Adimın
Gun ve Aydan ibaret olmasinin arada menfi tereflerininde yansimasini
hiss edirem. O da teklikde bagli. eslinde icden cox yalnizam,gun ve ay
kimi.cox kederli anlarim olur ki,o zaman meni heckim anlamir bax o zaman
deyirem ki,heqiqetende adimin menalari kimi yalqizam. Bir sozle insanin
adi insanin heyatina,xarakterine cox vaxt hem yaxwi hemde pis
tereflerden yansiyir. Gun
ve Ay bir denedir,ailede tek qizam (2 qardawim var),ilk neve
oldum,hemiwe nece deyim size xususi olmuwam ailede.belke kimse ilk
qiz,ilk neve olmusan,nolub beyem deyer mene.ancaq heqiqetende ozel
olmuwam.eyni zamanda bu tek heyatima yox xarakterimede yansiyib
sanki.oldugum yerde tekem yekem deye ampula yaradiram. inanin bunu
qesden elemirem, ne de elimi qolumu sallamiram sadece
bacariqliyam,heyatda oz desti xettim var,iwde,ailede,heyatda oz
dogrularimla haqsizlari susdururam,subut edirem ki,maskalari cixartmaqda
nomre birem adimdaki Gun ve Ay kimi.neter deyerler duz hemiwe eyrini
keser)))hemde heyatimdaki insanlari gunduz gunew kimi gece ay kimi
yollarina iwiq saliram.ama yene o da baxir adamina da)))mene pislik
insanlarin heyatina qaranliq kimi çökmeyimde var bunu etiraf
edirem.neyse yene cox olduee)))



Asya Müslümova :02: [b][/b]


Çox sağol Gülər bacım dəvətin üçün.Deməli mənim adım-Tomrisdir Adımı
atam qoyub.Tək mənim adımı yox üç uşağıq üçümüzündə adını atam qoyub.
 Üçümüzndə adı qəribədir,fərqlidir.Adım tarixi addır.Atamda tarixi söküb
yığa bildiyi üçün məhz bu adı seçib  .Mənası isə nəsil verən,nəsil artıran deməkdir.

Secret Love :kiss3:  


Qadınlar.Biz-in bütün xanımlarını salamlıyıram Deməli
belə mənim adım elədə planlı şəkildə qoyulmayıbdı, çünki heç qız
olacağımı bilmirmişlər) neçə dəfə mamam yoxlatdırsada məlum olmayıb
merakta qoymağı o vaxtdan sevmişmişəm  düz
olan günümə kimi hamı elə bilibki oğlan olacaq (ürəyinə hamının elə
damıbki oğlan olacaq), sözün düzü nənəm gil elə atamda qız olmasını
istəyib..Çünki, nənəm nə qədər qız arzusunda olsa da, bu arzusuna çata
bilməyib 4 oğlu olub) mənim olacağım gün demək olarki heçkim sevinməyib
elə hamı normal qarşılayıb uje olacaq olacaqda heç oğlan adıda
düşünməyiblər) ilk nəvəyəm qız olmamı istəyiblər.. mənim qız olduğumu
düşünəndə hamı toy bayram edib sevinclərindən 6 günümə kimi ad
seçmiyiblər mənə  6 günlüyümdə qonaqlıq falan ediblər video çəkilibdi kaset hələdə durur çox qəribə oluram ona baxanda əllərindən düşməmişəmeyy  videoçu
gəlib soruşandakı bəs uşağın adı mə olacaq onda başlıyıblar ad seçiminə
elə həmin gün düşünüblər düşünüblərki uşağa ad qoyulmalıdı, gah
deyiblər Aytac gah Aydan gah Arzu gah Aytən sora Jalə axırki gəlib J-nı L
edib qoyublar Lalə  adımnan məmnunam gül adıdır mənası var mənası olmayan adları elədə sevmirəm) Oxuyan xanımlara təşıkkür 

Zenka :star:  

Demeli bele..

Menim adimi ata nenem qoyub. Anam "Ayise" atam ise "Nermin" qoymaq isteyirdi. Lakin nenem adimi "Zeyneb" qoydu.
Adim menseyi Erebdir. Menasi "Gul" demekdir. Eyni zamanda da Muhammed
s.v qizinin,yoldasinin ve nevesinin adi olmusdur "Zeyneb" adi. Men
eslinde usaq vaxti adimin "Seide" "Sevgi" "Nuray" "Sebine" ve s.kimi
olmagini isteyerdim. Amma zamanla adimi sevdim. Indi ise deyirem ki "Ne
yaxsi ki adim "Zeyneb" dir"



Lola_Maya_ :05:

Salam  saytımızın
dəyərli xanımları.İlk növbədə təşəkkür edirəm Gülər bacıma belə gözəl
lahiyə hazırlayıb mənidə dəvət etdiyi üçün.Deməli belə,gerçək adım Mətanətdir.Mənasını
araşdırmışam hər zaman.Ərəb mənşəlidir.İgidlik,möhkəmlik mənasını
verir.Hərə bir cür çağırır adımı çox vaxt Mətiş,Məti çağırırlar.Qardaşım
məsi pisi o qədər çağırdıkı uje hamının dilinə düşüb,atamda arada
Mətanət xanım çağırır zarafata bilir ki,tam adımı deyəndə ciddi səslənir
deyə qoymuram evdəkilər tam desin adımı.Qrup yoldaşlarımda həmişə
deyirdiki,Mətanət bacı Elşən hardadı?  Anamdan
soruşmuşam ki,necə olub bu adı qoymusuz mənə? Deyir təzə olmuşdun bibim
xəstəxanaya məktub yazmışdıki,xoş gəlmisən Çinarə,anamda deyir heç
xəbərim yoxdu uje bibin adını Çinarə qoyubmuş.Elə indi ona görə Çinar
kimi uzun olmuşam  Nəysə
bir neçə ay adım qalıb elə.Sonradan nənəm yuxusunda görübki,deyillər
adını Mətanət qoy uşağın.Nənədə deyib atagilə olarda razılaşıb.Adım
beləcə olub Mətanət.  
Dollardanda bahalı və dəyərli vaxtınızı ayırıb oxuduğunuz üçün minnətdaram dəyərli xanımlarımız. 



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!