Qadınlar.Biz qızlarının gerçək adları və mənaları (1. hissə)

Qadınlar.Biz qızlarının gerçək adları və mənaları (1. hissə)
Qadınlar.Co
10.09.2017 24
Salam  çox sevdiyim sayt olan Qadınlar.biz-in şirin şəkər mehriban userləri.    Deməli bu lahiyəmin adı  "Qadınlar.Biz qızlarının gerçək adları və mənaları".    Bu
dəfə ki xəbərimdə sizlərə Qadınlar.biz  bacılarımın;
 profil yox gerçək adlarını adlarının mənasını və o adı kim qoyub necə
ağlına gəlibdir o adı qoymaq bax bunları biləcəyik.  Bu layihəm də mənə
kömək edən Yasemin :mucux: bacıma da sonsuz təşəkkür edirəm.  

Buyurun başlayaq.  



arzum-aysum :love:


Həə
qızlar, ilk öncə hər birinizin hüzurunda canım, gözüm Gülərimə yeni
layihəsinə məni də dəvət etdiyi üçün təşəkkür edirəm və layihəsinin
uğurlu və baxımlı layihələrdən olmasını diləyirəm. Indi də keçim əsas
məsələyə. Deməli əminəm ki, artıq çoxlarınız adımın Türkan olduğunu
bilirsiz. Bilməyənlər də öyrənmiş oldu. Mənim adım əsl türk adıdır, və
mənası bildiyim qədəri ilə türklərin anası deməkdir. Amma indi bu yazını
yazarkən girib internetdə baxdım, kraliça, gözəl qız deməkdir. Yəni
mən... Adımı atamın əmisi qızı məşhur türk aktrisası Türkan Şoraya
heyranlığına görə belə qoyub. Mən olan zaman atamdan xahiş edib, və
adımı Türkan qoyub. Sizinlə bir sirrimi bölüşüm. Əvvəllər adımdan heç
xoşum gəlmirdi. Məktəb vaxtı uşaqlar gah tükan, gah Türkiyə, nə bilim
eee 50min cür çağırırdılar. Ona görə də həmişə böyüyəndə adımı
dəyişəcəyimi deyirdim. Və böyüyüb universitetdə oxuyarkən hər kəs adımı
eşidən zaman çox gözəl adımın olduğunu deyirdi. Beləliklə də, yavaş
yavaş adımı sevdim və indi adımın vurğunuyam. Həm əsl türk adı olduğuna
görə, həm də mənasına görə.




_Mira_Yaman_ :03:

Butun
herkesi salamlayiram.Layiheye gore tesekkurler edirem. Menim adim evvel
Deniz idi. Anamgil qoymusdular duzdu yaxsi ad idi.. Amma uje 1il olar
ki, adimi deyisdirim Aytac olmaq istedim cox dusundum tasindim karar
verdim)) indi dusunersizki nece olare baha basa gelir. Amma tanisimiz
vardi deye rahat oldu.Adim Aytacdi indim.1il olar...Sevirem
adimi..Menasida ele Ay ve Tac demekdi...Her kese tesekkurler o gozel
gozlerinizi ayirib oxudunuz.)



yasemin :papatya:

Salam
canim evvela layihə super layihədir… çox xoşum gəldi.. Layihən xeyirli,
uğurlu olsun. Indi keçək adıma. Mənim adımı yəqin ki çox adam bilər
adım Gülərdir. Adımın mənasınıdakı başa salmağa ehtiyac yoxdur:)…
Əəslində mənim adımı əvvəlcə başqa ad qoymaq istəyirmişlər mamamın
sevdiyi ad var imiş, o deyəndə hamının xoşu gəlibdir artıq seçmişdilər
adımı, lakin həmin addan bizim uzaqdan qohumuzunda nəvəsinin adı həmin
addan imiş. Onun da biraz gözünde var imiş  biləndəki
adımı onun nəvəsinin adından qoymaq istəyirmişlər deyib ki mənim də
nəvəmin adı elədi.nəsə adımın üstündə çox danışıb bizimkilərdə məcburən
başqa ad fikirləşiblər nəhayət adımı Gülər adını qoyublar. Yaxşıki də
qoyublar öz adımın Gülər olduğu üçün şadam. Bu qədər canım.. Bir daha
təşəkkürlər 



Antikvar :21:

Salam
saytımızın gözəl, şirin, şəkər, mamlimatan qızları:) ilk öncə gülərimə
təşəkkürümü bildirirəm lahiyəsinə mənidə dəvət etdiyi üçün) 

 
Əsl
adım Nigardı) Bu adı mənə xalam qoyub həmən xalamıda bir başqa
istəyirəm, yeddi xalam var amma bu xalamın yeri qəlbimdə bir başqadı heç
əvvəllər bilmirdim adımı xalam qoymasını o zamanlarda məhəbbətim ona
hər zaman çox olub adımı o qoyduğunu biləndən sonra bu məhəbbət iki qat
artdı :)) Düzü mənasını bilmirəm nədi əyər Nigar adının mənasını
bilənlər varsa burdan qeyd etsinlər məndə bilim;)



emis :02:

Salam baji hemiseki kimi maraqli leyihelerini dokturmussun  menim
eslinde iki adim var Refiqe ve Vusale esl adim Refiqedi dakmentde ele
yazilib Refiqe menim esl nenemin adidi adimin mene nece qoyulmasi biraz
uzun olacaq ama yazmaq isteyirem. Refiqe nenemin xalasinin ovladi
olmadigi ucun atami ovladliq goturub nenemin xalasi ele bil oz bacisi
nevesini yeni atami goturub saxlayib esl nenem Refiqe nenem de atami
saxlayan nenemnen evvel rehmete gedib menede Refiqe adi verilenden sonra
mene Refiqe deyin seslenende atami saxlayan neneme pis tesir edirmis
ona gorede nenem de atami saxlayan nenem deyib ki men rehmete gedennen
sonra Refiqe deyersiz ona gorede atamgil basqa ad qoymali olublar Vusale
qoyublar ele o  gunnende
nenem olenden sonrada Refiqe demediler Vusale dediler meni ancaq
mektebde Refiqe deyin cagiriblar demeli mamamgil o qeder Vusale adna
oyresibler eve muellimler zeng calib deyendeki Refiqeni telefona cagirin
mamam deyib ki sehf dusubsuz Refiqegilin evi deyil  telefonu
uste qoyandan sonra catib mamama bunuda deyimki menim emim qizininda
adi Refiqedi cunki emim qizi, Refiqe nenemin hem ad gunu gunu hemde olum
gunu dogulub emimde yuxusunda gorub deye onunda adini Refiqe qoydular
mennen kicikdi bele qizlar biraz uzun oldu ama oxudugunuz ucun
tesekkurler 



pozitiv :sapka:

Evvala salam Qadinlar.Bizin sirin,seker,duzlu,agilli qizlari  Demek
adimi evvelce atam qoymaq isteyirdi.Nenemin adini fikirlesmisdiler amma
alinmadi.Atamin bir dostu var idi.Hemise arzulamisdiki bir qizi olsun
adini Aytac qoysun amma atalar demis qismet deyilmis.Hemin o kisinin 3
oglu oldu amma qizi olmadi.Sonra atama dedi ki,senin bir qizin olsa
adini menim xetrem ucun Aytac qoyarsan.Belece atamgilde menim adimi
Aytac qoydular.Adimi cox sevirem.Menasi aylarin taci,gozel natiq
demekdir))ehh bele  

 
Ve sonda mene oz layihesinde yer verdiyi ucun guler19-a canim,sirin-seker bacima oz minnetdarligimi bildirirem.Opdum haminizi    



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!