Qadinlar.Biz'li arzum-aysum keçmisə qayıtsa nələr dəyişərdi? (6)

Qadinlar.Biz'li arzum-aysum keçmisə qayıtsa nələr dəyişərdi? (6)
Qadınlar.Co
10.09.2017 8
:03: Salam olsun Qadınlar.biz`in şirin qızlarına.

Bu
lahiyə də hər kəs ki, keçmişə qayıtsa nələr dəyişərdi? Həyatında nə
dəyişiklik olardı?. Bizimlə paylaşacaq. Lahiyəmin qonaği arzum-aysum nikidir, buyurun. :04: bacimizin yazdiğlarini oxuyaq.  :01:



Yenə
salamlar olsun mənim şirin şəkər, gözəl göyçək bacılarıma. Xəbərin
adından da bilindiyi kimi, mən de işdi şayətdi keçmişə gedib düşəsi
olsam, nəyi dəyişdirmək istərdim, ondan yazacağam. Bütün insanlar kimi,
mənim də bəzi səhvlərim var, onları dəyişərdim deməyəcəyəm. Çünki bunun
mümkünsüz olduğunu bilirəm. Bunun üçün sadəcə Allahıma bilərəkdən
etdiyim o günahlarımı bağışlaması üçün gecə gündüz dua edirəm. 

Amma
keçmişdə etmədiyim iki böyük peşmanlığımı bölüşmək istəyirəm sizinlə.
Birincisi təhsilimlə bağlı. Düzdü ali təhsilim var, Xarici Dillər
universitetini bitirmişəm. Amma o zamanlar indiki ağlım olsa idi, tibb
universitetini oxumağı seçərdim. Çünki rayonda hal hazırda sənətimə
uyğun iş tapa bilmirəm. Ailəmizdə atamdan tutmuş balaca bacıma kimi hamı
tibb sahəsində işləyir. O zamanlar hər kəs mənə çox dedi ki, tibb
universitetini seç. Mən qandan qorxduğum üçün seçmədim. Denən ay
ağılsız, qandan qorxursan tibbin qan olmayan sahəsini seç. Uzi həkimi və
ya rentgen. Nə bilim, Allahın qismətimi deyim, öz ağılsızlığımmı
bilmirəm. Belə oldu... 



İkinci
isə, ən çox etmək istədiyim və ömrümün sonuna qədər peşmanlığını
çəkəcəyim şey,rəhmətlik babamın və nənəmin bir an belə olsa yanlarından
ayrılmazdım. Hər an qulluqlarında durardım, onları nə qədər çox
istədiyimi dəfələrlə deyərdim. indi onlar yoxdu, və mən onlar üçün o
qədər çox darıxıram ki. Əziz bacılarım, sevdiklərinizin qədrini sağ ikən
bilin, sonra gec olur və insanın əlindən heç bir şey gəlmir araya ölüm
girdikdən sonra.




P.S İştirak etmək istəyənlər mənə şəxsi mesajla müraciyət edə bilərlər :heart:скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!