Qadınlar.Biz'lilərin başına gələn gülməli və maraqlı hadisələr - Dosta_inam (10)

Qadınlar.Biz'lilərin başına gələn gülməli və maraqlı hadisələr - Dosta_inam (10)
Qadınlar.Co
10.09.2017 10
Salam qizlar necəsiz? Az fikirləşdim çox fikirləşdim birdən ağlıma
bir fikir gəldi başınıza gələn ən gülməli və ən maraqlı hadisələrin
yazsın userlər. Gəlin Dosta_inam userin başına gələnləri birlikdə
oxuyaq:



Hər kəsi salamlayıram, gözəl - göyçək
bacılarım necəsiniz? Angelim mənidə dəvət etdiyin üçün çox təşəkkür
edirəm, inşaAllah axarıncı olar layihələrin. Deməli belə, hardasa
6-7-ci sinifdə oxuyurdum, bizim həyətdə üzüm çardağı var, biraz hündür
düzəldib atam, çıxıb bəzi yerlərini düzəliş etmək üçün də, yanına
dəmirdən nərdivan bağladıb, məndə bir gün günorta idi, hamı yatırdı mən
ağacları gəzir meyvə yeyirdim, o zamanlar çox meyvə yeyən idim, indi
elədə yemirəm, nəisə qısaca çıxdım bu çardağa ki, üzüm yeyim, bir xeyli
getdim dəmirlərin üstü ilə, nərdivan uzaqda qaldı, elə bir ikisin yedim
ki, tok məni sirkələdi, əslində tok kənardan gedirdi, necə oldusa məni
sirkələdi, elə qışqırdım ki, səsimə yeddi ev qonşu oyandı, nəisə
evdəkilərdə oyanıb gəldi, dedilər nə olub, dedim tok vurur məni, indi
atam məni düşürməkdən, deyir ki, dəmirə tok dəymir axı, necə vura bilər,
mən qaldım kənarda, atam tok axtarır ki, hardan dıyir dəmir, nəisə
sonda yadlarına düşdü ki, məni düşürmək lazımdır, indi ma deyillər özünü
at, can şirindir axı atmaq olmur, bir təhər düşürdülər, qardaşım başıma
:dv: birin necə ilişdirdisə bax sənin nə işin var ağac başında, ondan
sonra ağacdan qorxdum ta meyvə yeməyə yuxarı çıxmadım. Bir dəfə də
qonşu uşaqlarla və qizlənqaç oynayırdıq, dəqiq yadımda deyil, ancaq
biraz böyük idim, məndə gizlənməyə yer tapmadım, bacım dedi get Kamaz'ın
kuzasına çıx, atamda Kamaz şoferi idi, hökümət işində işləyirdi, məndə
eləmə tənbəllik çıxdım, sən demə bacım atamın gedəsi olduğunu bilirmiş,
məndə gizləndim, atam Ya Allah maşını işə salıb yola çıxdı, ta məndə
gizləndiyim üçün çıxmadım, gedəsi olduq ata-bala, biraz keçəndən sonra
atam görər ki, insanlar maşına yaman baxır, nəisə güzgüdən məni gördü,
saxkayıb düşdü, sən burda neynirsən dedi, dedim səs eləmə gizlənqaç
oynayıram :122:  gizlənmişəm nəisə biraz danladı, sən demə hara
gedirmiş Qəbələdə ailəcə dostluq etdiyimiz ailəyə, düşüb yanında
oturdum, ata-bala getdik,gedib yeyib içib bir xeyli oturduq, orda böyük
qızlar var idi, mən çoxlu hədiyyə verdilər, hamısın qucağıma yığıb
qayıtdım evə, sonra uşaqlar biləndə bu əhvalatı hamısı paxıllıq etdi ki,
keşkə bizdə maşında gizlənərdik, bax belə, uşaq vaxtı maraqlı günlərim
çox olub, ancaq yadıma bunlar düşdü indi, heyif o gözəl uşaqlıq
illərindən, Bax belə əzizlərim məndən bu qədər, umarım oxuduqda
gözləriniz yorulmadı. Hər birinizə təşəkkür edirəm, sonda bir daha
Angelə çox sağ ol deyirəm ki, məni də dəvət etdi.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!