Məktəbdə ilk günüm - arzum-aysum (7)

Məktəbdə ilk günüm - arzum-aysum (7)
Qadınlar.Co
10.09.2017 10
Salamlar :03:

Layihemin qonagi arzum-aysum nikidir.

 

Ay canim, sənin bu layihə məni
düzzzzz 25 il bundan öncəyə apardı. Dildə deməsi çox asandır, amma dönüb
geriyə baxdığımda çox uzaqlarda qalan 25 il. Mən məktəbə 1991-ci ildə
getmişəm. Bizim vaxtımızda dərs ili sentyabrın 1i başlayırdı. O gün
indiki kimi yadımdadır deməyəcəyəm, çünki desəm yalan olar. Uşaq ağlımla
həmin günün bəzi hadisələrini yaddaşıma həkk etməyi bacarmışam o
zamanlar. Səhər yuxudan necə durmuşam, necə hazırlaşmışam, məktəbə necə
getmişəm və kiminlə getmişəm - bütün bunları demək olar ki,
xatırlamıram. Heç məktəbin həyətində düzüldüyümüz, nə etdiyimiz də
yadımda qalmayıb. Yadımda sinif otağında baş verən bir iki hadisə qalıb.

Deməli qızlar, hamı bilir ki, ilk gün sinif otağına girəndə
qarmaqarışıqlıq olur. Həm də, uşaqlarin çoxu valideynini onu sinifdə
qoyub gedəndə ağlayır, qalmaq istəmir. Girdik sinifə, valideyin müəllimə
qarışıb, müəllim şagirdə. Nəysə... Davud adlı bir sinif yoldaşım var
idi - Zeynalov Davud... Anası gedəndə, əlindən tutub buraxmırdı, elə
hey ağlayırdı. Müəllimə onu nə qədər dilə tutdusa xeyri olmadı. Bu anda
direktorumuz gəldi - Elşad müəllim. Bu Davuda nətər bir şillə vurdusa
oğlan altını islatdı. Onda uşaq idik, amma sonralar böyüdükcə həmişə
danışıb gülürdük. Ara sakitləşəndən sonra sinif rəhbərimiz Pərvaz
müllimə bir bir uşaqları yerlərinə oturdurdu. Məni pəncərə tərəfdə
üçüncü partada oturtdu. Yanımda da sarışın ala ğöz bir oğlanı Həsənov
Araz adında. Anası başımı sığalladı, dedi ki, Araza da dərslərində kömək
edərsən. Amma Arazla çox oturmadıq bir yerdə, iki üç aydan sonra
müəllimə məni orta sırada birinci partada oturtdu. Sarışın ala göz bir
qızla - əfsanə adında. Dərs ilinin əvvəlində mənimki də sarışınlarla
gətirmişdi :-) o qız da birinci sinifin axırında çıxdı məktəbimizdən :-(

Nə qədər dimanlı və az şey xatırlasam da, Uşaqlığımın və bütün ömrümün
şirin xatirəsini sizlərlə bölüşmək çox xoş oldu mənə... Ümid edirəm ki,
oxumaq da sizlərə xoş oldu..
.

 

P.S.Lahiyəyə qatılmaq istəyən mənə müracət edə bilər :mail:скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!