Ona sevgi məktubum - Asya Müslümova (6)

Ona sevgi məktubum - Asya Müslümova (6)
Qadınlar.Co
10.09.2017 18
 Dəyərli Qadinlar.biz ailəsi indi "Ona sevgi məktubum"
adlı layihəmlə sizin qarşınızdayam. Ona eşqinizi ən qözəl və romantik
sözlarlə izah edən məktubunuzı yazın. Bu layihəyə hər kəs qatıla bilər.
Həyət yoldaşınıza, sevgilinizə, nişanlınıza və hətta sözlünüzə eşq
məktubunuzu şəxsi mesajla mənə yazaraq bu layihəyə qatıla bilərsiz.
Qonağımız Asya Müslümovadır

 

15.Sentyabr.2007

Səhər tezdən,durdum əynimi,geyindim
məktəbə,ilk zəngə tələsirdim.Getdim məktəbin həyətinə çatar-çatmaz sinif
yoldaşlarım qızlar tələsik gəlib mənimlə görüşdülər.İkinci sözləri mənə
o oldu ki 

-"Tomris sinfimizə qəşəy oğlan gəlib" 

-Dedim dəlib xoş gəlib,neyniyim? 

-Dedilər yoxe bax gör nə gözəl oğlandı.Çox isrardan sonra dedim göstərin
görüm hansıdır?Baxdım və naz eliyib gözümü süzdürüb dedim ki:

-Budu qəşəy oğlan? Bunun harası qəşəydi?

İlk dəfə heç bəyənməmişdim səni.Bəlkədə bəyəndiyimi özüm belə etiraf
eləməişdim.Qara kostyumda idin və mamanın yanında ciddi dayanmışdın.

Sinfə girdik.Boyum uzun idi deyə mən həmişə ən axırda oturdum.Getdi bu
düz mənim yerimdə oturdu.Hisrli-hirsli yaxınlaşdım və dedim ki:

-Dur burdan bura mənim yerimdir!! Oda yazıq durdu yerini dəyişdi.Sonra
müəlliməmiz uşaqları yığdı arxaya bir-bir boya uyğun
otuzdurdu.İnanmazsız ən axıra bir bu qaldı birdə mən.Üzümü turşutdum ki
indi mən bunnan oturacam? İkinci parta və mənim parta yoldaşım!! Üzünü
çevirdi mənə dedi ki: -Yerindən narazısansa müəllimə deyim yerimi
dəyişim.Dedim:

-Yox əşi nə fərqi var? Oturaram.

Günlər beləcə keçdi və biz çox yaxın dost olduq.Tənəffüslərdə belə
söhbət edirdik,deyib gülürdük amma bu dostluq elə dostluqdan deyildi
sanki.İçimdə qəribə bir hiss var idi.

08.Noyabr.2008 Məktəbdən bizi xəstəxanaya iynə vurmağa
aparmışdılar.Əmisi oğluda mənimlə birgə 1-ci sinfdən oxuyurdu.Gəldi mənə
onun məni sevdiyini dedi.Çox əsəbləşdim,acıqandım buna.Amma
acıqlanmağım düşünürəmki yersiz idi.Çünki məndə onu sevirdim.

Səhəri gün məktəbdə nə salam verdim nə də üzünə baxırdım.Buda stulunu çəkib partanın bir küncündə sakitcə oturub.

31.May.2008 Son zəng günü ilk sevgim olana "HƏ" dedim  

16.Sentyabr.2009 İlk danışdığımız gün.Bu gün isə 2016 cı il.Sinif
yoldaşım,parta yoldaşım və seçim edib uğrunda əziyyət çəkdiyim gələcək
həyat yoldaşım!Bu yola çıxanda elə bilirdim ki çox asan bir işdir və
bizi hər kəs dəstəkləyəcək.Heç ağlıma gəlməzdi ki mən nə vaxtsa kimisə
sevərəm,kiminləsə danışaram və canımdan çox sevdiyim anama belə qarşı
çıxaram onun üçün.Amma illər keçdikcə həyat ikimiziə burulğana
saldı  .Yadındadı məni başqasına verəndə evə dirənə bilməmişdim və
sənnən ayrılıram demişdim.Səbəbini soruşdun amma demədim.Səndə tərs
adam,zorla nə olduğunu,niyə ayrılmaq istədiymi soruşdun.Mən isə səbəbi
dedim.Mən ayrılmaq istəsəmdə belə dedin ki:

-İstiyirsən söy mənə,dalaş neyniyirsən elə ayrılan deyiləm.Ayrıldım heç
üstündən bir gün keçməmiş yenidən yazdım sənə.Yadındadı evdən məni çölə
qoymurdular,telefonumu aldıalar əlimdən,2 ay nə sənini eşitdim nə sms ni
gördüm.Dururdum səhər evdəkilərə salam veirdim heç kim üzümə də
baxmırdı.Artıq səhərlər oyanmaq belə istəmirdim ki onusuzda evdə heç kim
danışdırmır məni,üzümə belə baxan yoxdu..Yadındadı evdən gördülər ki
çox dirənmişəm getmirəm heç kimə atrıq məcbur qalıb atam gəldi ağzına
gələni mənə dedi ki "Səni ona verən deyiləm,ağlını başına yığ biz kimi
deək odu!".Yerimdəcə donub qalmışdım,gözümü yerdən çəkə
bilmirdim,dayanmadanda yaş süzülürdü.Otağımnan çölədə çıxa
bilmirdim.Mənnən neçə ay bir xəbərin çıxmadığını gördün və
08.Yanvar.2015 ci ildə elçi göndərdin.Danışdılar getdilər.Qonaqlar evdən
çıxan kimi evdə qiyamət qopdu.Hamı bir-birinə dəydi ki biz deyirik
vermiyəciyik amma bizim üstümüzə elçi gəlir.Bəlkədə mamam evdə olmasaydı
atam məni öldürmüşdü.Gecə telefon göndərdin mənə,artıq 1 ildir ki
gizlin telefon işlədirəm.Qadağanda olsam sənə gizlin-gizlin görüşlər
məni çox xoşbəxt edirdi.Hələdə evdə narazıçılıqdır,hələdə söz-söhbət
gedir.Bu günə kimi yox dediyim 32 eçlinin sayı daha 32 də olsa belə heç
kimə getmiyəcəyimə dair sənə söz vermişəm.Cahid və Kəlamləni birgə
böyüdəiyik.Bizim arzularımız var.Bir qız bir oğlan.Fikrimdə tutduğum
gəlinliyim var onu məhz sənə qismət olanda geyinməcəm.Seçdiyimiz salon
var birgə toyumuzu orda qeyd edəcəyik.Kim görür məni,səni soruşur.Hələdə
birlikdəsiz? Bu gündən sonra ayrılmağımız ayıb olar,bu illər hədər,hər
şey bizə haram olar.Sənin qədər mənim
kaprizimə,küsməklərimə,qısqanclığıma dözən ikinci bir adam ola bilməz!
Sənin o səssiz gülüşün elə nəyə desən dəyər.Səni çox sevirəm.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!