Ona sevgi məktubum - savior angel (7)

Ona sevgi məktubum - savior angel (7)
Qadınlar.Co
10.09.2017 38
Dəyərli Qadinlar.biz ailəsi indi "Ona sevgi məktubum"
adlı layihəmlə sizin qarşınızdayam. Ona eşqinizi ən qözəl və romantik
sözlarlə izah edən məktubunuzı yazın. Bu layihəyə hər kəs qatıla bilər.
Həyət yoldaşınıza, sevgilinizə, nişanlınıza və hətta sözlünüzə eşq
məktubunuzu şəxsi mesajla mənə yazaraq bu layihəyə qatıla bilərsiz.
Qonağımız savior angeldir.

 

Özəlimə özəl sevgi mektubum  Sən mənim solumda böyük bir
dünyamsan.Səninlə hər şeyi yenidən tanıyıram.Təşəkkür etsəm çox azdı.Bir
insan ömrünü gözəlləşdirdiyi üçün bu qədər az təşəkkür edib qaça
bilərmi.?!Sən hardan gəldin Sevgilim!?  Bir anlıq hər şeyim
oldun.Həyatımın anlamı oldun.Səninlə böyümək nə gözəldir
Sevgilim!Doğrularımda üzümə sənin qədər ürəkdən sevinib gülən,dəstəy
olan,səhvlərimdə isə qollarını boynuma sarıb möhkəm qucaqlayıb özünə
çəkən heç olmadı.Heç bir səhvimi üzümə vurmadın.Ən pis anlarımda məni
tək buraxmadın.Mənə verdiyin ömrün üçün, hər zaman sevinc bəxş etdiyin
üçün sonsuz teşekkür edirəm Birdənəm.İnan mənə sevgilim səninlə
qurduğumuz bütün xəyallar ALLAHIN izni ilə gerçəkləşəcək,xəyallarda
olduğunnan daha şirin və gözəl olacaq.Sevgim,hörmətim,gözəl ailə verə
biləcəyim xoşbəxtlik sənə ömür boyu hədiyyəm olsun.Yaxşı ki sən bu
dünyaya gəldin və mənə bəxş edildin.Sən məni xoşbəxt etmək üçün
doğuldun.Sən mənim qalan yarımı tamamlamaq və sevmək üçün
doğulmusan.Mənə güclü olduğumu sevimli , dəyərli olduğumu göstərmək üçün
doğulmusan.Sən məni o qədər xoşbəxt edirsən ki,inan səndən başqasıyla
olmaq heç aglımnan belə keçmir və keçmiyəcəkdə.Bütün varlığımla sənə söz
verirəm ki ömrümün sonuna kimi sənə sadiq qalacam və yalnız sənin olub
sənə aid olacam.Yorulmadan, bezmədən səni gözlüyəcəm .Səbirsizliklə
sənin evinə köçəcəyim günü gözlüyürəm Sevgilim.Öldürsələrdə sənə və
sevgimizə xəyanət etməyəcəm.Bir tək sənin olacam.!Həyatın qanunudu hər
bir oğulun vəzifəsidi əsgər olmaq. Əsgərliyə gedəndə də ürəyini buz kimi
saxla.Mən səninəm .unutmaki həmişə yolunu gözlüyəcəm.Sənin üçün çoox
darixacam  özüdəə çoox..Gözümü yollarda qoyma inşallah sağ salamat gedib
gələrsən.Hələ getməmisən ama mən indidən ölürəm sənsiz nəfəsim
kəsilir.Yəqin ki bu sozlərimi oxuyan da səndə mənim qədər pis
olassan.Allah bizi ayırmağa qıymaz.Biz bir birimiz üçün doğulmuşuq,ayrı
qalmamız mümkün deyil.Vaxt gələr bütün bu çətinlikləri geridə
qoyarıq.Səninlə hər çətinliyə razıyam yetərki sən bir ömür yanımda ol
,bu çətin həyat yolunda bir birimizə dəstəy olaraq bir addımlıyaq.Səndən
bir xahişim var ömrüm.Nə olursa olsun məni yarı yolda qoyma və məni hər
gün çoxalan sevginlə sev mənim kimi .Unutmaki mən yalnız yaxşı
günlərində yanında deyiləm.Pis günlərində də yanındayam.Canım səni heç
bir şeyə dəyişmərəm.SƏNİ ÇOOOOX , SONSUZ SEVGİMLƏ SEVİRƏM ÖMRÜMƏ ÖMÜR
QATAN SEVGİLİM.imza.SONSUZADƏK SƏNİNLƏ OLACAQ SEVGİLİN!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!