Ona sevgi məktubum - guler19 (8)

Ona sevgi məktubum - guler19 (8)
Qadınlar.Co
10.09.2017 20
Dəyərli Qadinlar.biz ailəsi indi "Ona sevgi məktubum" adlı
layihəmlə sizin qarşınızdayam. Ona eşqinizi ən qözəl və romantik
sözlarlə izah edən məktubunuzı yazın. Bu layihəyə hər kəs qatıla bilər.
Həyət yoldaşınıza, sevgilinizə, nişanlınıza və hətta sözlünüzə eşq
məktubunuzu şəxsi mesajla mənə yazaraq bu layihəyə qatıla bilərsiz.
Qonağımız  guler19

 

Salam həyat yoldaşım bilirsən həyat çətin olsada əslin də dünyaya
gəlmək gözəldir.Bu sevinci biz bilməsəkde analarımız daha çox bilir.Arzu
etdiyimiz ən gözəl arzu isə imanlı olmaq imanla yaşayıb imanla
ölməkdir.Dünənimiz keçmişdə qalır sabahımız xəyal olur. Dünənimizi
xoşbəxt sabahımızı ümüdlü edən bu gündür.Bu gün könlümüz nəyi ümüd
edirsə RƏBBİM bizə onu qismət etsin. Sevmək arzu etməyə bənzəməz dua
edəcəksən. Məndə belə dua etdim. Və çox şükür dualarım qəbul oldu və sen
çıxdın qarşıma. Can yoldaşım sən mənim həyat yoldaşım olmadın həyatımın
yoldaşı oldun və nə yaxşıki oldun. Sənə sevgimi özüm sənin üçün
qoşduğum şeirimlə ifade etmək istəyirəm.

 

Gözlərinə baxanda mən inanmaq istərəm.

Məndən ayrı olan da taleyimdən küsərəm

Göydə ulduzlar dolu ayrılıq acı həsrət

Sən ən parlaq ulduzum ayrılıq yox məhəbbət



Sən uzağa gedəndə yaman fikirləşirəm

Dərd əlindən soluram sonra bir ah çəkirəm

Sən yanım da olanda elə bil cənnətdəyəm

Mələklər adasının sevimli mələyiyəm



Sənsiz keçən günlərim ölümə bərabərdi

Həyat mənə bir ölüm sevginse təsəllimdir

İnan sevirəm səni həyatım da sənindir

Sənsiz yaşamaq mənə ölümnəndə betərdir



Sevgisi olan insan dünyanın xoşbəxtidir.

Xoşbəxtliksə insanın üzünün bəzəyidir.

Bülbülün qızıl gülün gəncliyin sevincidir

Çünki həyat gözəldir həyat sevgi deməkdir



Sevgilim bu dünya sevgisiz ola bilməz

Sevgisiz heç bir şey gül belə aça bilməz

Sevən şəxs sevgisiz artıq ölüm deməkdir

Sənsiz yaşamaq mənə ölümnəndə betərdir.



Xoşbəxt dolu həyatda mənim xoşbəxtim sensen

Sevgi dolu həyatda sən mənə çox gərəksən

Sənsiz yaşamaq çətin çünki özümdə sənsən

İlk məhəbbət taleyim mən əbədi səninəm



Sevgi dolu ürəyim göydə parlayan ayım

Bu qara gözlərimdə sevgi dolu baxışım

Ürəyimdə sevgi var bu sevgi sənindi yar

Sənsə mənə ALLAHın bəxş etdiyi vəfadar

Burda şeirimin sonu soz sözümü qoy deyim

Mən səni çox sevirəəəm ilk və son məhəbbətim..



Müəllif: Ağamirli Gülər.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!