Ona sevgi məktubum - Miss_Oxatan (9)

Ona sevgi məktubum - Miss_Oxatan (9)
Qadınlar.Co
10.09.2017 5
Dəyərli Qadinlar.biz ailəsi indi "Ona sevgi məktubum" adlı
layihəmlə sizin qarşınızdayam. Ona eşqinizi ən qözəl və romantik
sözlarlə izah edən məktubunuzı yazın. Bu layihəyə hər kəs qatıla bilər.
Həyət yoldaşınıza, sevgilinizə, nişanlınıza və hətta sözlünüzə eşq
məktubunuzu şəxsi mesajla mənə yazaraq bu layihəyə qatıla bilərsiz.
Qonağımız Miss_Oxatan

 

Ey əsl sevgim,bəxtim,taleyim,alın yazım!Səni alnıma yazana sonsuz
şükürlər olsun.Həyatıma yenidən doğan günəş,zülmətimin parlaq
ayıaydınladan ulduzum,,yarım,İlahinin mənə lütfü,özümdə gizli əzablarım
səbəbli Rəbbimin mənə hədiyyəsi,həbibim,təbibim, tək sevgim,son sevgim
və axirətim.Bütün bunların tək sahibi olan "SƏNİ", mənə yar edən
Yaradana həmd sənalar olsun.Sənə olan sevgimi,tutkumu ifadə edə biləcək
kəlmələr yoxdur,çünki,sevginin bir lisanı yoxdur.Sevginin dili sözlərdən
ibarət deyildir axı.Eşqin dili baxışlardadır,sevgini sübut edə biləcək
əməllərdədir,bacardığımız sübutlardadır.İnşəAllah ki,sevgimi n
sonsuzluğunu sübut emişəm sənə.Necə ki,sən etdin.Edə bilməmişəmsə bu
mənim qəbahətim olsun.Ancaq inan mənə içimdəki bu böyük sevgini sənə
qarşı ifadə və sübut edə bilməmişəmsə bu nə sevgimin azlığındandır,nə də
yoxluğundan.Bu sadəcə istəmədən yaşadıqıarımızdan,ya da bizə
yaşadılanlardan irəli gəlmişdir.Lakin,İnan mənə sevgilim,bu dünyaya
yenidən gəlsəm və mənə seçimlər verilsə tərəddüd etmədən SƏN,SƏN,SƏN
YENƏ DƏ SƏN deyərəm.Səni zaman-zaman çox incitdim bilirəm,günahına
girdim,səhv anladım,sevgindən şübhələr
etdim,qısqanclıqlarım,kaprizlərimlə cox əziyyətlər verdim sənə,iş
burasındadır ki,bunları bir daha edib etməyəcəyimi də bilmirəm.Bu
səbəbdən etdiklərim və edəcəklərim,edə biləcəklərim və edə
bilməyəcəklərim üçün məni bağışla.Ey kğnül limanım!Səndən öncəki və
səninləykən sənə qarşı etdiyim sehvlerimi bağışla.Sənin ürəyinin
genişliyinə,istiliyinə,səbrinə heyranam və tək eytiyyac duyduqlarımda
məhz budur.Səninlə Allahdan hüzurlu,sözsüz-söhbətsiz,kasıb ama sevgi
dolu həyat istəyirəm və birdə eşqimizin meyvəsini.Başqa heç nə yox.Biz
birlikdə nələr yaşadıq,nə çətiniklərə sinə gərdik,nələr gördük,kimlərin
tikanlarına məruz qalmırıq ki,gün ərzində yaşadıqlarımız,qırılıb
qaldığımız nə maneələr var bir biz bir ALLAH şahiddir.Ancaq gün
bitir,axşam olur,gündüzün bu mənəvi çətinliklərindən doğan yorğunlugunu
sənə sarılaraq,bərk-bərk qucaqlayaraq çıxardıram.Eləcə də sən.Bax bu hər
şeyə dəyər.Allah Səni mənə çox görməsin.Sən mənim səbəbi-varlığımsan.

Ey
təbibim!Səndə tapdım hüzuru,rahatlığı,dərmanı.Bu fani dünyadan
hansımızın birinci gedəcəyi naməlum.Allah bilən məsləhətdir.Ancaq bizi
Axirətin sonsuzluğu birləşdirəcək,tək buna əminəm.İnanıram ki,biz çox
xoşbəxt olacağıq.Onsuzda varsan deyə xoşbəxtəm.Həyatımızdakı
maneələrin,alaq otlarının,aramıza söz salmaq istəyənlərin ətrafımızdan
qeybindən başqa bir istəyim yoxdur.Artıq yaxşı şeylər olsun istəyirəm bu
sevgi yuvamızda,bir balacamız və onunla gələcək
uğur,ruzi-bərəkət,xoşbəxtlik,səadət.Merhemetli Allah (c.c) bizdə içində
olmaqla hər kəsə bu şirin əmanətindən lütf etsin İnşəAllah.O zaman
sevgimiz daha da böyüyər,qol-budaq atar və sonsuzluğa doğru yol açar.

Səni çox sevirəm Həyatım.Bu sevgini heç kimsə bitirə bilməz səndən
başqa.Bu sətirlərdə bəhs etdiyim sonsuz sevgini xəyanət bitirər
ancaq.İnşəAllah ki,bu zəhərli ilan həyatımıza heçvaxt daxil olmaz və hər
iki cahanda bizim üçün CƏNNƏT olar.



Eşq bir oyundur deyirlər.Əgər bu bir oyundursa heç bitməsin bu şirin
oyun,nə sən Şah ol nə mən Mat olum.Bu oyun varsın uzansın
sonsuzluğadək.Bu oyunda olmasın əğyarlar.Bir sən ol bir də mən.

Hər yaşanan sevgi bir nağıldır deyirlər.Heç bitməsin bu nağıl,düşməsin
almalar.Özümüz qoparaq və birlikdə nuş edək eşq bağçalarında bu tər
meyvələri.

Eşq dəyişər insanı deyirlər.Qoy dəyişək.Sən Mən ol,Məndə Sən.

Sevda dastan olar deyirlər.Bitsədə sonda qoy qovuşsun iki yar.Biri sən ol,biri mən.

Əsla vaz keçməyək,sevməkdən,yorulmayaq,bezməyək,sonsuzluq qorxutmasın
bizi.Sevgimizi qısqananların acığına hər zaman əl-ələ,göz-gözə,qəlb
qəlbə olaq,andımızı pozmayaq.Ən gözəl və ən çətin,dözülməz anlarımızda
belə istər romantik,istər qəzəblə bir birimizə SƏNİ SEVİRƏM deyək.

(bu yazdıqlarım hamısı vegülünə kimə öz iç dünyama aiddir,kimsə paylaşsa istinad etməyi unutmasın)
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!