Qadınlar.Biz'lilərin başına gələn gülməli və maraqlı hadisələr - Miss_Oxatan (13)

Qadınlar.Biz'lilərin başına gələn gülməli və maraqlı hadisələr - Miss_Oxatan (13)
Qadınlar.Co
10.09.2017 1
Salam qizlar necəsiz? Az fikirləşdim çox fikirləşdim birdən ağlıma
bir fikir gəldi başınıza gələn ən gülməli və ən maraqlı hadisələrin
yazsın userlər. Gəlin Miss_Oxatan userin başına gələnləri birlikdə
oxuyaq:



Əvvəlcə təşəkkür edirəm məni də dəvət
etdin.İndisə keçim əsas məsələyə. Mən sizə tələbəlik illərindən
yazacam.Deməli 4cü kursun sonlarıdır.Mən və kvartirant qızlar hamımızın
son aylarıdır.Dembilik :neww:May ayı idi. Bəlkə çoxunuz belə hiss
etmisiz,adam elə bil son vaxtlarda digər tələbə yoldaşlarınla nə gəldi
eləmək istəyirsən))Bizdə axşam evdə darıxırdıq.Nətər deyərlər uje qaş
qaralıb.Dedik çıxaq bayıra.Bizimdə qaldığımız evin sahibləri çox
ciddidilər saat 6dan sonra bayıra çıxmaq zad yoxdu.Qızlardan biri də ev
sahibəsinin qardaşı qızıdı,kefkomun biriydi.Nəysə getdi nə dedi ne
demədisə gəldi ki,bəs guya demişəm ki,sabah hamımızı 7də məktəbə
çağırıblar tez yatacağıq.Bizdə işıqları zadı söndürdük ki,yatmışıqda
guya.Nəsə arxa qağıdan çıxdıq.Nə az nə çox 7,8 qız.özdə ev paltarında.
xalastoy düşürük şəhərə doğru,girdik bir maqazinə hərəyə bir kukruz
aldıq.O vaxtlarda Rəkişin bivəfa mahnısı moddaydı xorla onu
oxuyuruq.Gələn gedəndə baxır.kimsədə nəsə desə deyirikki Nənəm ma dəli
deyitti gelif geyeni söy deyitti. :23: nəsə nə başızı ağrıdım kukruzları
yedik,paketləri boşaldı.Hardan ağlımıza gəldisə dedik gəlin 1,2,3 deyən
kimi şişirdib partladaq.təsəvvür edin,axşam vaxtı,onda da səs sanki çox
exo verir axi,hamimiz birden paketleri şişirdib partlatdiq.olanda onda
oldu zaten ağlımıza gəlməz))))birdə eşitdik polis maşınlarının
miqalkaları,viyu-viyu eliye eliye 4,5i töküldü.didox
nağaracuğa)))))elimizde de hemen paketler.bizdə dedik özümüzü elə aparaq
güya heçnə bilmirik,içimizdə bir səy varıydı dəli ceyran kimi qarğa
məndə qoz var deyib sürüdən ayrılıb bir qaçır bir qaçır bizdə həm
qorxuruq həm gülürük.indi polisin biri yaxınlaşıb ele bilirik
aparacaqlar şöbəyə zada.bilmir polis bizə baxsın qaçan o səyə baxsın.bir
kəlmə dedi o niyə qaçır yalandan dedik bəs biz tələbəyik praduktumuz
qutarıb düşmüşdük almağa pul yadımızdan çıxıb gedib pul götürməyə.O sözü
deməsəydik tapıb biyabır olmuşduq.ama səhər durduq getdik məktəbə
gördük hamı gecədən danışır bəs flan yerdə partlayış səsi eşidilib və
polis HƏLƏ DƏ axtarış tədbirləri görür o ərazidə :23: .Bizdə çox
qorxduq.dedik fso ee tapacaqlar kafalarına koymuşlar.ama tapılmadıq
üstündən isə bu ilin mayinda 10 il keçmiş olacaq .O günü heç
unutmuruq:122: nəysə tələbəlik iştə. Hə deməli bir dəfə də 1ci kursda
oxuyuram oktyabr ayı idi.Onda bu hadisə olanda çox ağlamışdın indi
gülürəm ama))))Dərsdən çıxmışam evə gəlirəm,düz qapının ağzına çatmağa
saysan 6-7addım olmazdı.Bir az aşağıda da maqazin var ora da cavan
oğlanlar yığışır.Mənimdə ayağımda kablok.Şəkidədə ferş daş deyirlər yol
elədi.Kişinin qızı forslanırda guya :wacko: bahooo bir forsla qazla
getdiyim yerde eve çatha çatda neter yıxıldımsa dalı üstə,ayə mən
yıxılmışdım ki,bu gədələr əllərini əlinə vurub indi elə gülürlər.kim
olsa gülərdi ama)))))məndə elə pis olmuşam,onda 16 yaşım varıydı.Durdum
tez getdim evə,otaq yoldaşım elə yatır daşdı elə bil məndə dırta fırt
ağlıyıram.İndi yadıma düşəndə özüm gülürəm ama.ancaq onu deyim çox pis
yıxıldım.neçə gün ayağım belim ağrıdı. Bir dəfə də elə birinci kursda
oxuyurdum evdə peçi yandırmaq istədim.odun peçi idi yanıb sönmüşdü
içində köz varıydı,sən demə köz olanda neft töküb spiçka vurmazlar məndə
bilmirdim.Közə neft toküb spicka yandirdim alov qalxdi yaxşı ki ciddi
bir şey olmadı ancaq 2aya kimi tek qaş ve bir gozum kipriksiz gəzdim
hamisi ütülmüşdü :122: çox yazaram tələbəlikdən.Ama baş ağrısı olar
sizlərə. :bookiz:
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!