Tanıyaq sizi... - Asya Müslümova (13)

Tanıyaq sizi... - Asya Müslümova (13)
Qadınlar.Co
10.09.2017 13
Salam layihəmin bugünkü qonağı Asya Müslümova nikli userimizdir
Keçək suallara:



1. Adınız və soyadınız?
-Müslümova Tomris


2. Doğum tarixiniz?

-21.iyun.1996


3. Həyatdan razısınızmı?

-Həyatdan narazı olmağıma bir
səbəb yoxdur çox şükür.İstər pis gündə istər yaxşı gündə razı olmaq
mənim borcumdur.Bəlkə o pis günüm mənim hələ gördüyüm ən yaxşı
günlərimdir?Bəlkə onnanda pis şeylər məni gözlüyür? Çox razıyam.Bəlkədə
narazı olduğum bu həyat kimlərinsə xəyalıdır? Allaha çox şükür ki,bu cür
ailədə doğulmuşam və belə bir həyatım var.


4. Saytdakı ən yaxın dostunuz?

-Bilənlər bilir bilməyənlərdə
bilsin ki,artıq 10 aydır hər gün yazışdığım,hər gün hal-əhval tutduğum
bu saytın mənə qazandırdığı dost nayino. Yaxınlarımda çoxdu,çox istərdiyim qızlarda var.Yazsam çoxdu qızlar Nəmişdən tutmuş balaca bacım Büllura kimi...


5. Hansı mahnının sizin həyatınızla bağlı olduğunu düşünürsən?

-Düzü elə bir xüsusi mahnı yoxdur
ki dinliyəndə deyim bu mənə aiddi.Belədəki nə görmüşəm ki nə dərdim
ola,o mahnıda öz dərdlərim düşə yadıma.Hələ 19 yaş həyatın
sərtliklərindən bixəbər bir qız.Görəkcəklərim hələ qabaqdadı.


6. Hansı geyimlər xoşunuza gelir?

-Mənim tərzimi,nə istədiyimi mamam
çox yaxşı bilir.O mənsizdə gedib mənə geyim ala bilər.Nə yaraşsa
odu.Dəbi çox izliyən və gözəl geyinməyin xəstəsiyəm.Birdə təkrarlıqdan
uzağam.Bu dəbdədi hamıda var məndə də olsun yox.Vitrində gələk geyim
məni cəlb edə.Etmədisə onu bəyənməyim mümkünsüzdü.


7. Sevdiyiniz müğənni?(qadın və kişi)

-Əkzilər bürcüyəm mən,ikili xarakterim var.Qəmli mahnıdan reski ritmik xarici mahniya qulaq asa bilərəm  Sevdiyim Kişi müğənniləri Kendji Girac,Talıb Tale (ikili olduğumu dedimaa başda  ) Soner Sarikabadayı.Qadın müğənnilərdən isə Burcu Güneş,Nikola Şerzinger və.b


8. Xoşladığınız reper?

-Ceza sus pus  


9. Məşğuliyyətiniz? (yəniki hobbiniz)

-sayt qoyur ki bir başqa işlədə məşğul olam?  Yuxulu
yuxulu qaçıram bura...Məşğuliyyətim məşhur xarici yazarların dediyi
ibrətli sözləri vərəqləmək,modanı izləmək,fərqli qələm kolleksiya
yığmaq.Çox idi fərqli qələmlərim 11-ci sinifdə dağıtdım uşaqlara.Yadiğar
qalsın deyə  


10. Saytda kiminlə küssünüz?

-Yox küsülü olduğum qız yoxdu.Şərhləri cinlərimi oyadanlar var  hansıki
xəbəri oxumadan başlığı oxuyan kimi ona uyğun şərh yazanlar.Nə qədər ki
saytdayam onlarla mübarizə aparacam.Bezəcəklər əlimdən axırda normal
şərh yazacaqlar.Sonda haqq yoluna qayıdacaqlar.İndi layihədə suallara
verilən cümlələrdən bir-ikisini oxuyub yazacaqlar,tanıdığıma şad
oldum,maraqlı idi tsk.Onda bax yenə biləcəm ki yola verdilər 



11.Həyatda ən böyük arzunuz nədir?

-Ən böyük diləyim yarımçıq qalan
bir işim var onu davam etdirəcəm.Bir dəfə dedim hamı məni hoydu-hoyduya
götürdü ki onnansa magistr ol nə bilim nə.İkinci Ali təhsil
arzumdur.Bunu bitirim inşAllah onuda edəcəm.Ərə getməyə bərk tələsən
biri deyiləm.Yaşımın neçə olmasından asılı olmayaraq onu
reallaşdıracam.Sonra isə ailəmin sağlam,xoşbəxt,firavan görməyimdir.



12.Həyatda ən çox kimə inanırısınız?
-Heç şübhəsizki birinci Allaha.Ancaq indi konfetin yanında söz danış,konfet də gedib dil açıb danışacaq.Yəni inam yoxdu heçkimə.


13.Dinləməyi yoxsa danişmağı xoşlayırsınız?

-O baxır məqamına və yerinə.Yersiz danışan biri deyiləm.Amma məqamı çatanda və deməyə sözüm olanda susmaram!


14.Ən yaxın dostunuz sizi necə dəyərləndirərdi?

-Mənə dəyər zad lazım deyil.Öz dəyərim özümə bəsdi.Dürüst olsun,yalansız filansız olsun o mənə bəsdi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!