my_angel - haqqında bilmək istədiklərimiz (SUALLARIN CAVABLARI)

my_angel - haqqında bilmək istədiklərimiz (SUALLARIN CAVABLARI)
Qadınlar.Co
10.09.2017 17
1. Adınız? Yaşınız? Təhsiliniz?

Adım Büllur. Yaşım 16. Təhsilim hələ ki orta məktəbdə oxuyuram. 10-cu sinif şagirdiyəm.



3.Bilmək istərdim elə bir sirr varki, onu heç kimə deyə bilməyəsiz? (Ekizlerin mamasi)

Əlbəttə ki var. Bir Allah bilir bir mən.



4.Bir adaya düşsən özünlə kimi və nəyi apararsan? (_damla_)

Dostumu və kitabımı ))



5.Ailəlisən? yoxsa subay? (BIR_TANEM)

Subay



6.Xoşbəxtsənmi, sevib sevilirsənmi? (Aysun2014)

Allahıma şükür,xoşbəxtəm,bəli. Sevgi-məhəbbət baxımından sevmirəm-sevilmirəm.



7.Salam xanım necəsiz sizi tanımaq xoş olar mənə bilmək istəyirəm sevdiyiniz var? (kiraz mevsimci kiz)

Aleykum Salam. Yaxşıyam,şükür. Siz yaxşı olun. Sevdiyim yoxdur.



8.Ailədə neçə uşaqsız? bacın qardaşın var? (arzum-aysum)

Ailədə 3 uşağıq. 1 bacım, 1 qardaşım var.



9.İlk dəfə "5" qiymətini hansı dərsdən almısan..? (turkan_fcb)

Riyaziyyat :)



10.Ən çətin anlarınızda sizi həyata nə bağlayır? (ulduz)

Arzularım və məqsədlərim. Ən əsası da həkim olmaq arzum.



11.Ən çox sevdiyin dizi nədi? (Sucan)

Kırgın Çiçekler. Yeter dizisi.



12.Gələcəkdə
Allah eləməsin çox sevdiyiniz sevgilinizlə ailəniz arasında qalsaz
hansını seçərdiz? yəniki ailəniz sizi sevmədiyiniz birine məcbur verse
nə edərdiz kimi seçərdiz? (savior angel)


Suala cavab vermək
çox çətin oldu mənim üçün. Bilirəm ki gələcəkdə belə bir şey olsa,ailəm
sevmədiyim birinə verməz məni. Ailəmə qulaq asardım. Onlar mənim üçüm ən
yaxşısını edir.



13.Həyatınızı kimə borclusunuz? Ümidsizlik yaşamısınız? (Teymurbəyli Mirvari)

Həyatımı ilk öncə Allaha,sonra isə həyata tutunmağıma kömək
edən,məni boya-başa çatdıran valideynlərimə borcluyam. Ümidsizlik əvvəl
yaşamışam,indi yaşamıram çox şükür.



14.Geyim tərziniz necədir? (BARBI)

Geyim tərzim adətən sport geyimdir.



15.1)
Əgər sirr deyilsə, bilmək olar niyə bir ara qrupunu dəyişmək fikrinə
düşmüşdün 2) Məni çox istəyirsənmi, qız? (Catwoman666)


1-ci sualın cavabını sənə şəxsi olaraq deyərəm ))

2-ci suala gəldikdə,əlbəttə ki. Guya özün bilmirsən mən səni nə qədər çox istəyirəm?))) sən mənim Cat`imsən.)



16.Dini inancın nədi ve o inanca sadiqsən? (lilit)

Dinim İslamdır. Bəli,sadiqəm. Ölənədək də sadiq olacağam.



17. Bilmək istərdim sevgilisi varmı? (Miss_Angel)

Xeyr sevgilim yoxdur. Çünki sevgi haqqında düşünmürəm və sevgi üçün
yaşımın hələ az olduğunu düşünürəm. Həm də hələ məktəbliyəm)) bu yaşıma
qədər olmayıb sevgili.



18. Görünüş haqda qısa məlumat vermənizi istərdim. (Vuska87)

Arıq,çəlimsiz,uzun saçlı,ağbəniz biriyəm. Çəkim yaşıma görə çox azdır 36kg. Boyumu ölçməmişəm axırıncı dəfə 13 yaşım olanda boyum 1.53 idi)



19.Salam ən böyük arzunuz nədir? (MEDİS ALİYEVA)

Aleykum Salam. Ən böyük arzum həkim olmaqdır.



20.Hansı yeməklərdən xoşunuz gəlir birdə yemək bişirməyi bacarırsız?(_sema_98)

Dolma,plov,dovğa və.s yeməkləri xoşlayıram. Yemək bişirməyi az-çox bilirəm



21.Hobbin
nədir nə ilə məşqul olmagı sevirsən? Həyata səni baglayan nədir? Nə
olmasa kim olmasa həyata maragən azalar? (lale1995)


Hobbim
Qadınlar.Biz`ə daxil olmaq,kitab oxumaq,tibbi məlumatlar toplamaqdır.
Arzularım və məqsədlərim məni həyata bağlayır,azrularım olmasa həyata
marağım azalar.



22.Həyatda ən çox nəyə güvənib yaşayırsız? (♡NURANE♡)

Allaha.



23. Həkimliyə bu qədər həvəsin hardandı gözəlim? )Lola_Maya_)

Heç özüm də bilmirəm)) sanki bu həvəsi mənə Allah verib..



24.Həkimlik
eşqi ilə ürəyi az qala od tutub yanır.Sualım: Evdən desələr ki,həkim
yox başqa bir peşənin sahibi olassan.Daşın o arzundan! Nə edərsən?
Arzularının kiminsə görmək istədiyi xəyallarda dəfn edərsən?(Asya
Müslümova)


Həkimlik eşqi ilə ürəyim od tutub yanır da
sözdür?)) HƏKİM adı gələndə gözlərim dolur,özümü saxlaya bilmirəm ki.
Srağagün səhər yuxudan duranda getdim Kimya oxumağa,birdən xəyalıma
gələcəkdə həkim olacağım gəldi və yenə gözlərim doldu.O günlərdə də
hazırlıqda idim,birdən həkimlikdən söhbət düşdü,müəllim dedi "Büllur,nə
həkimi olmaq istəyirsən?". dedim "oftalmoloq-cərrah". sonra da əlavə
etdim "müəllim,mən gələcəkdə savadlı,qayğıkeş,anlayışlı həkim olacam"
dedim və yenə də adəti-üzrə gözlərim doldu. Yaxşı ki müəllim görmədi.
Həkim olacağımı düşünəndə belə danışıq zamanı səsim titrəyir,gözlərim
dolur. Eynən müəllimə dediyim sözdən sonra yaşadığım hiss kimi. Nə
isə))haşiyədən kənara çıxmayım. Gələk sualın cavabına: xeyr,bacı can.
Arzularımı başqasının görmək istədiyi xəyallarda dəfn edə bilmərəm,əsla.



25.Daha çox hansı fənnlərə və gələcəkdə təhsil almaq üçün hansı ixtisasa həvəsin var? (Miss_Oxatan)

Daha çox Kimya və Biologiya fənninə həvəsim var. İxtisas isə həkimlik.



26.Sualım budurki gələcəkdə özünü necə təsəvvür edirsən? (yarpaq33)

Gələcəkdə özümü peşəkar,savadlı,mütəxəssis,qayğıkeş,anlayışlı həkim kimi təsəvvür edirəm.



27.Salam.Sualım budur ki,həyatda ən böyük uğurunuz nə olub? (anonim)

Aleykum Salam. Həyatda ən böyük uğurum gələcəkdə həkim olsam olacaq inşaAllah.



28.Fikirində hansı həkim olmaq var? yəni nə həkimi olacaqsan? (Dj_Vampir)

Fikrimdə Oftalmoloq-cərrah olmaq var. Yəni göz həkimi,göz cərrahı.)



29.Adı nədir, neçə yaşı var? (Balacam)

Adım Büllurdur, 16 yaşım var.



30.Həyatda ən çox kimə güvənirsiz? Adınız nədir? (_gozel_)

Həyatda ən çox Allaha güvənirəm. Adım Büllurdur.



31.Necə insanları xoşlayırsız.Birdə harda qalırsız? (hazal♡)

Açıqsözlü,səmimi,sədaqətli,vəfalı,mehriban,boşboğaz olmayan, şit
hərəkətlərdən,zarafatlardan qaçınan insanları xoşlayıram. Naxçıvanın
başqa bir rayonundanam.



32.Billur saytda xətrini istədiyin bir user kimdi? (aziz a)

Saytda xətrini istədiyim user çoxdur. Ad yazmaq istəmirəm,inciklik
olar deyə)) tanış olduğum hər kəsin xətrini çoooox istəyirəm bunu
bilin.)



33.Ən çox sevdiyin cizgi filmi? (heyatim_menim)

Maşa və Medved. Tom and Jerry. Shaun the sheep. Oscar oasis.



34.Maraqlıdır ki elə bir sirriniz varmı ki heç vaxt heç kəslə bölüşməmisiz və bölüşmək istəmirsiz? (AykaNus)

Bəli,var.



35.İsmin nədi? Neçə yaşın var? (beasloove)

İsmim Büllur. Yaş 16.



36.Xəyalınızdakı oğlan namizədi necə olmalıdı və yaxud hansı məşhura bənzəməsini istiyərdiniz? (Aydan Habili)

Mülayim rəftarlı,vəfalı,sadiq,anlayışlı biri. Məşhur isə Oğuzhan Koç.



37. Ən böyük qorxun nədir? (Leylaxanim88)

Ən böyük qorxum iftiraya,böhtana uğramaqdır.



38.Əgər üç dilək haqqın olsaydı,nə istərdin? (melek_ayka)

1-Həkim olmaq

2-Həkim olmaq

3-Həkim olmaq



Layihəsində iştirakıma şərait yaratdığı üçün Narın Yağış nikinə xüsusi təşəkkürümü bildirirəm. İnşaAllah cavabları bəyənirsiz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!