Bu günün SƏBƏBKARI - Gunka13

Bu günün SƏBƏBKARI - Gunka13
Qadınlar.Co
10.09.2017 18
Salam gözəllər.... naaaamııı-diyar ,,SƏBƏBKAR,,
layihəmin yeni bölümü ilə qarşınızdayam... yəqin hər biriniz maraqla
oxuyursunuz ki, bu günün SƏBƏBKARI kimdi... sözü çox uzatmadan, sizi
dağa daşa salmadan deyirəm.... bu günün səbəbkarı saytımızın :zhappy%20birthday: Gunka13 -dü....
:zhappy%20birthday: buyurun bacımızın doğum günü ilə bağlı maraqlı
məlumatları oxuyun və öz təbriklərinizi bacımıza çatdırın....

 

Bu günün SƏBƏBKARI - Gunka13




1. Salam
canım.Əvvəlcə özünü təqdim elə qızlar da bu günkü Səbəbkarın kim olduğunu
bilsin.

Salam, mən Hacıyeva Aygün
 



2. Bu gün səbəbkar
sən olduğuna görə doğum günün bəllidi. Bəs sirr deyilsə, doğum tarixin nə
vaxtdı?

sirr deyil
canım, doğum tarixim 12 fevral 1994
 
3. İl ərzində
olan 365 gündən birinin səbəbkarı olmaq necə duyğudur?

çox gözəl duyğudu,  çox sağ olun ki, siz də mənim bu özəl günümü  unutmamısız,
 
4. Bu günə
qədər çox hədiyyələr almısan yəqin ki. Mənə maraqlıdır ki, evdəkilərin
danışdıqlarından, sənə söylədiklərindən bir yaşında sənə nə hədiyyə olunduğunu
bilirsənmi?

Bilmirəm mənə nə hədiyyə aldıqlarını,  soruşmamışam heç vaxt.
 
5. Bəs bu
günə qədər aldığın ən gözəl hədiyyə nə olub?

Hədiyyənin böyüyü  kiçiyi mənim üçün fərq etmir,  əsas odur ki,  doğum günümü  unutmasınlar. ən gözəl hədiyyə  yoldaşımdan almışam,  boyunbağı  hədiyyə etmişdi mənə
 
6. Elə
olubmu ki, sənə edilən hədiyyəni bəyənməyəsən?

Yox  olmuyub, hamısını çox bəyənmişəm.
 
7. Hədiyyə
ilə bağlı bir sual da verim. Olubmu ki, ürəyində hansısa bir şeyin sənə hədiyyə
olunmasını istəyəsən, ancaq dilinə gətirməyəsən. Və doğum günündə o hədiyyə sənə
verilə?

Hə  çox olub, ancaq mamama deyirdim filan şey istəyirəm alırdi mənə. heç qırmazdı məni,  çox istəyirəm mamamı.
 
8. Hər bir
insan doğum günü yaxınlaşdıqca ağlında planlar qurur, necə keçirəcəyini xəyal
edir. Heç nə vaxtsa doğum gününü unudublar?

unutmayıblar hər il məni təbrik ediblər.
 



9. Bəs heç
gözləmədiyin bir doğum günü süprizi ediblər sənə?

Kollecdə oxuyanda qrup yoldaşlarım mənə sürpriz etmişdilər,  tortun üstünə şəklimi vurdurmuşdular,  bir yerdə oturub qeyd etmişik, o günü heç unutmuram.
 
10. Bu
yaşına qədər səni çox xoşbəxt edən, daha çox yadında qalan bir doğum günü
partisi ediblər sənə?

Evdəkilər məni balaca vaxtı luna parka aparmışdılar, o günü  gözəl  keçirtmişdik.
 
11. Bu günə
qədər unuda bilmədiyin və ya əksinə unutmaq istədiyin bi doğum günün olub?

yox olmayıb
 
12. Ən çox
sevdiyin biri nə vaxtsa doğum gününü unudub?

yox unutmayıb, hamı xatirlayıb ad günümü.
 
13.
Bildiyim qədəri ilə bu qadinlar. biz-lilərlə keçirdiyin ikinci doğum günündür
artıq. Doğum gününü saytımızda keçirmək sənə hansı hissləri yaşadır?

Həə, 2ci ildi ad günümü  burda keçirdirəm, çox gözəl hissdi, burdakı qızlar da gözəldi hamıynan səmimidi.
 
14. Saytda
ilk təbriki kimdən və ya kimlərdən almaq istərdin?

yaxın bildiyim qızlardan almaq istəyərdim.)
 
15. Bu yeni
yaşından gözlədiklərin və Tanrıdan istəsiklərin?

yeni yaşımda ailəmlə ömür boyu xoşbəxt olmağımı,  bir də  2ci uşağımının olmasını istəyirəm.
 
Bu günün SƏBƏBKARI - Gunka13

 

Canım
mənim, doğum gününü təbrik edirəm... Sənə bu həyatda daim gülməyini,
xoş və qayğısız günlər yaşamağını arzu edirəm... hər zaman sevib
seviləsən... inşallah gələn il doğum gününü qucağında ikinci körpə
balanla qeyd edəsən... amin...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!