Mənim toy günüm - roksi1995 (27)

Mənim toy günüm - roksi1995 (27)
Qadınlar.Co
10.09.2017 11
:toy: ...Mənim Toy Günüm... :toy: layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın roksi1995-dı..

bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı,
əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın
cavablarını oxuyaq..
 

Mənim toy günüm - roksi1995 (27)




1. Canım mənim,
ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?

Əvvəla  salam. Elə də uzun tanışlığımız olmuyub.  xalam oğlu idi, amma Azərbaycana gəlmədikləri üçün tanımırdım.  Bizə  gəldilər qonaq,  sadəcə salam verdim və getdim çay hazırlamağa.
Belə oldu tanışlığımız
 
2.
Sevdiyinin evlənmə təklifi necə olmuşdu?

artıq vermişdilər məni,  o da gəldi bizə və öz xasiyyətindən danışdı,  əsəbiyəm eləyəm beləyəm, bir az da evlilikdən danışdı, sonar da əgər sevdiyin
yoxdursa mənnən evlənərsən? sevdiyin varsa söhbəti bağlıyarıq. Istəmirəm evləndiyim adamın ürəyi başqasının olsun, mən də başımı tərpədib hə dedim, o da yanağımdan öpdü
 
3. Neçə
müddət nişanlı qaldınız?

5 ay qaldıq nişanlı , heç kəsə uzun müddətli nişanlı qalmağı arzulamıram, nələr çəkdim nələr
 
4. Toy
hazırlıqları necə irəlilədi?

2 həftəyə qədər çəkdi hazırlıqlar
 
5.
Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var
idimi?

Kifayət qədər zamanım oldu cehiz falan, heç nə almadıq, güzgü,  qənd,  bəzənmək və gəlinlik lazım idi, sadəcə  seçmək
 
6. Bütün
hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?

xarici
pasportumu götürməyə  Lənkərana getdik, gələndə kafedə oturduq sadəcə o

7. İndi dəb
halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?

Xeyir, yoldaşım elə şeylərdən uzaqdır,  həm də  o toyuma  1 həftə qalmış gəldi Azərbaycana,  vaxtımız da olmazdı heç.


8. Adını çəməmək
şərti ilə, toy məkanına necə qərar verdiniz?

atam seçmişdi,  biz seçmədik,  rayondakı ən böyük salon idi, qonaqlar çox olar deyə onu seçmişdi

9. Toy
fotoşəkillərinizi kimə çəkdirdiniz?

restoranın öz fotoqrafı  var idi

10. Toy
günündən əvvəl fotosessiya etdirmişdiniz?

Yox,  nişanlı olanda bir azşəkil çəkmişdik,  nişanlanandan sonra Lənkərana getdik,  gələndə kafedə oturduq,  orda çayın ətrafında çəkmişdik şəkillər

11. Bilirəm
ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə
sahib ola bildinizmi?

Yox,  heç  bir gəlinlik xəyalımdakı deyildi

12. Gəlinlik
axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...

Bəli çətindi,  əvvəlcədən seçdiyimi vermişdilər başqasına, çəhrayı rəngdə seçmişdim,  məcbur olub ağ rəngdə  seçdim, bu seçimimi toydan bir gün qabaq etdim, salona getdim, üzümü təmizləməyə, gördüm başqasına veriblər, mən də məcburən təzəsini seçdim 

13. Bəs
nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?

Yox,  necə istiyirsən elə al demişdi,  amma qız toyunun gəlinliyinin qabağı çox açıq idi, sinəm çöldə qalmışdı gəlinlik
olmasaydı cırardım  onu dedi, şəkillərə baxanda hətta özüm utandım


14. Əvvəlcədən
gəlin saçı və makiyajı seçmişdiniz?

Bəli seçmişdim, sadə buruqlu saç və sadə makyaj
 
15. Saçınız
və makiyajınız ürəyiniz istəyən kimi idimi?

Yox, heç biri istədiyim kimi deyildi,  makyajım  məni  18 yox 25 yaşlı eləmişdi,  toyda məni  ilk dəfə görənlər toydan sonra 'a bu uşaq imiş ki' dedilər

16. Biz tərəflərdə
belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?

Bəli, bizdə də belədir, biz aldıq


17. Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin
ki, ömür boyu unutmarsınız...

unutmaram
desəm  yalan olar, həm də ən pis günüm idi, unutsam yaxşı olar  05. 10. 2013 və  26. 10.
2013


18. Toy
günü başınıza gələn komik bir hadisə oldumu?

Mənim həyəcanlanmamağım, hamı  gülürdü , mən həyəcanlanməram deyəndə
 
19. Toy
günü unutduğunuz bir şey oldumu?

Xeyir, heç nə olmadı
 
20
Toyunuzun ən gözəl anı nə idi?

Nişan taxma mərasimi
 
21. İlk rəqs
parçanız hansı idi?

yadımda deyil, toy diskinə o qədər də yaxşı baxmamışam



22.
Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.

22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.

ad
gunum ve toy gunum eyni gunde idi nisanlim. ad gunume uzuk almisdi.
nisan uzuyumu ve hediyye aldigi uzuyu taxmasi idi romantik an



23. Bir tərslik yaşandımı toy günü?

toyda
iki defe dava oldu. gelinliyimin eteyi cirildi. qaynatam. ad gunume
uzuk almisdi (uzuklerim balaca oldugu ucun boygeltdirmisdik zerger cox
boyuk elemisdi qalmirdilar barmagimda) hemin uzuyu itirdim toydan sonra
xinayaxti oldu xinayaxtida itirdim. sonra qaynatam kglan toyuna tezesini
aldi



24.Ən çox nə vaxt həyəcanlandınız?

oglan evi bize gelende toy gunu



25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?

balduzum qaynatam. nisanlim hediyye olaraq uzuk almisdilar onuda tpydan qabaq barmagima yoxladiqlari ucin surprizi qalmadi



26. Bal ayınızı harada keçirdiniz?

bal ayi olmadi



27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?

2il 3ay(bir yas 6ayliq oglumuz var)



28. Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?

tovsiyem yoxdur cunki bilmirem ne deyim

XOSBEXTLIK ARZULAYIRAM HAMIYA.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!