Qadınlar.bizi-lilərin tərgidə bilmədikləri vərdişləri (6. hissə)

Qadınlar.bizi-lilərin tərgidə bilmədikləri vərdişləri (6. hissə)
Qadınlar.Co
10.09.2017 9
Salam Qadınlar.biz-in sevimli usərləri.Necəsiniz? İnşALLAH hamınız
yaxşı olarsız. Bu gün sizlərə yeni lahiyəmi təqdim edirəm ümid edirəm
ki,bəyənəcəysiniz. Deməli lahiyəmin adı TƏRGİDƏ BİLMƏDİYİMİZ
VƏRDİŞLƏRdir. Bugunki qonaqlarım  arzum-aysumDosta_inam
bacılarımdı.



arzum-aysum

Qarlı, yağışlı soyuq qış günündə hər birinizə salamlar. necəsiz
mənim canlarım. mətləbə keçməmişdən öncə Denizimmm bacıma layihəsinə
məni də dəvət etdiyi üçün çoxxxxx təşəkkür edirəm.

indi də keçim illərdir əl çəkə bilmədiyim xüsusiyyətlərimə. məndə bir
xüsusiyyət var ki, kimsə mənim yanımda kiminsə dalınca danışanda, ən
xırda bir şeyi belə söz edib qurdlu qurdlu danışanda içimdə əsəbim
qaynayır, qaynayır və mütləq partlayıram. hər dəfə özüm özümü danlayıram
ki, bax sənə nə qalıb, kiminsə vəkilisən sən. amma özümdən asılı deyil,
haqsızlıq qarşısında susub sakit qala bilmirəm. bu da hər dəfə məni
kiminsə yanında pis edir. bir insandan xoşum gəlmirsə, bunu sərhədli
davranışımla bildirirəm, həmin insanın üzünə süni süni gülə bilmirəm. bu
nə dərəcədə yaxşıdı və ya pisdi bilmirəm, amma mən beləyəm. kim olur
olsun əgər həmin adam birinin dalınca haqsız yerə danışırsa gözümdən
düşür. demək ki, bu gün mənim üzümə gülüb səhər də mənim dalımca
danışacaq.

sonra illərdir əl çəkə bilmədiyim başqa bir xüsusiyyətimi bölüşüm
sizinlə. deməli hələ mənim yadıma gəlmir ki, hamamdan çıxan kimi
saçlarımı qurudum. o məhrəba yarım saat, bir saat başımda qalmalıdı,
sonra açıb qurutmalıyam. yəni uşaqlıqdan indiyə qədər bu belədi. bundan
sonra da belə olacaq.... ooo, deyişə bilmədiyim bir vərdişimi də deyim
sizə. deməli mənim corabımı kimsə geyindisə qutardı. öldür o corabı bir
daha ayağıma geyinmərəm. bu da mənim bir qəribə əl çəkə bilmədiyim
vərdişimdi.

ağlıma gələn bunlar oldu, ümid edirəm ki, maraqla və səbrlə oxudunuz. :wiyin:



Dosta_inam

Salam canım, öncə dəvətin üçün təşəkkür edirəm.

Salam qızlar necəsiniz?

Deməli belə mənim tərgidə bilmədiyim vərdişlərim, biri yatmaqdır, bacı
gecə gündüz yatıram, yenə yuxudan doymuram, biri də çay içmək, nə edirəm
onuda tərgidə bilmirəm, hamı mənə deyir çayı az iç, quru qaxaca
dönübsən, amma əlimdə deyil, yemək günlərlə yeməsəm yadıma gəlməz, ancaq
çay olmadan bir saat belə qala bilmirəm, təsəvvür edin ki, gecə saat
4-5-də oyansam, qalxıb çay içib sonra yatıram, o qədər içirəm yəni,
bunları çox yox biraz azaltsam yaxşı olar, ancaq hələ alınmır.

Təşəkkür oxuduğunuz üçün.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!