Bu günün SƏBƏBKARI - adsiz-a

Bu günün SƏBƏBKARI -  adsiz-a
Qadınlar.Co
10.09.2017 20
Salam
gözəllər.... naaaamııı-diyar ,,SƏBƏBKAR,, layihəmin yeni bölümü ilə
qarşınızdayam... yəqin hər biriniz maraqla oxuyursunuz ki, bu günün SƏBƏBKARI
kimdi... sözü çox uzatmadan, sizi dağa daşa salmadan deyirəm.... bu günün
səbəbkarı saytımızın :zhappy%20birthday: adsiz-a-dı.... :zhappy%20birthday: buyurun bacımızın doğum günü
ilə bağlı maraqlı məlumatları oxuyun və öz təbriklərinizi bacımıza çatdırın....
 
Bu günün SƏBƏBKARI -  adsiz-a 
 

1. Salam canım.Əvvəlcə özünü təqdim elə qızlar da bu günkü Səbəbkarın kim
olduğunu bilsin.

salam mənim canlarim, adim Ayseldi
 
2. Bu gün səbəbkar sən olduğuna görə doğum günün bəllidi. Bəs sirr deyilsə, doğum tarixin nə vaxtdı?
sirr deyil 12.02.1994-cü il
  
3.Bir yaşıni geridə qoyub yeni yaşına qədəm qoyursan bu gün. Necə hiss
edirsən özünü bu yaşda?

Yaşım o qədər də çox olmasa yenə də
fikirləşirəm ki, qocalıram,  yaş üstə yaş qəlir.
  
4. İl ərzində olan 365 gündən birinin səbəbkarı olmaq necə duyğudur?
Çox gözəldir ona görə ki, hər kəsin diqqəti səndə olur, özünü ərköyün bir uşaq kimi hiss
edirsən.
 
5. Bu günə qədər çox hədiyyələr almısan yəqin ki. Mənə maraqlıdır ki,
evdəkilərin danışdıqlarından, sənə söylədiklərindən bir yaşında sənə nə hədiyyə
olunduğunu bilirsənmi?

Heç vaxt soruşmamışam, fikirləşmişəm ki, nə verərlər verərlər.
 
6. Bəs bu günə qədər aldığın ən gözəl hədiyyə nə olub?
mən aldığım hədiyyələrdən çox mənə dəyər verib doğum günümü undmadıqlarına sevinmişəm həmişə, hədiyyələrimin
hamısı gözəl olub, hamısı ürəyimcən olub
 
7. Elə olubmu ki, sənə edilən hədiyyəni bəyənməyəsən?
 Olub, məktəb vaxtı, öz-özümə
deyirdim qızların hədiyyəsinə
yox olmayib, biz həmişə sinifdə pul yığıb qızlarla dəyərli hədiyyələr alardıq 
 
8. Hədiyyə ilə bağlı bir sual da verim. Olubmu ki, ürəyində hansısa bir
şeyin sənə hədiyyə olunmasını istəyəsən, ancaq dilinə gətirməyəsən. Və doğum
günündə o hədiyyə sənə verilə?

Olub, amma ad günümdə alınmayıb o istədiyim, sonra alıblar
 
9.  Ailə qurduqdan sonra qeyd etdiyin ilk doöum günündə sevdiyinin sənə
etdiyi hədiyyə nə olub?

 1 dənə qızıl gül, birdənə də yekə ayı
 
10. Hər bir insan doğum günü yaxınlaşdıqca ağlında planlar qurur, necə
keçirəcəyini xəyal edir. Heç nə vaxtsa doğum gününü unudublar?

planlarım olmayıb, yalan deyə bilmərəm, yox bu yaşıma qədər mənə əziz olanlar unutmayıblar doğum günümü
 
11. Bəs heç gözləmədiyin bir doğum günü süprizi ediblər sənə?
yox etmiyiblər
 
12. Bu yaşına qədər səni çox xoşbəxt edən, daha çox yadında qalan bir doğum
günü partisi ediblər sənə?

 yox parti etməyiblər, amma qohum
əqraba yığılıb stol açmışıq yeyib içmişik.
 
13. Ən çox sevdiyin biri nə vaxtsa doğum gününü unudub?
 yox unutmayıb, unutsa çoox pis olaram
 
14. Bilirəm ki, bu gün doğum günün olsa da çoxlu işləyəcəksən. Doğum
günündə işləmək necədi? 

Axı necə də olmasa doğum günümdür deyə insan bir az ərköyün olur.
nəbilim mən o qün o qədər kövrəy oluram ki, mənnən olsa hec işləmərəm o
günü heç nə rahatlamaram, amma o günü qonaqlar olur deyə məcburam.
 
15. Bildiyim qədəri ilə bu qadinlar. biz-lilərlə keçirdiyin ikinci doğum
günündür. Bu il doğum gününü saytımızda keçirmək sənə hansı hissləri yaşadır?

çox gözəl hissdi, birinci ad ünümdə sürpriz olmuşdu mənə.girdim bura gördüm
ad qünü xəbəri və səbəbkarıda mənəm coox sevinmişdim, sağ olsun qizlarımız
mənim bacılarım, ikinci ailəmdi bura mənim.
 
16. Saytda ilk təbriki kimdən və ya kimlərdən almaq istərdin?
Hər kəsin təbriki mənə dəyərlidi, təbrik yazanda sağ olsun yazmayan da 
 
17. Bu yaşına qədər keçirdiyin doğum günlərində səni çox adam təbrik edib
yəqin ki.Bəs o təbriklərin içində sənə təəccüblü gələni, maraqlı, süpriz olanı
hansı olub? 

ən maraqlı ailəmin, əzizlərimin təbrikləridi
 
18. Bu yeni yaşından gözlədiklərin və Tanrıdan istəsiklərin?
Tanrıdan istədiyim, Allah bütün övlad həsrətində olanları sevindirsin, mən də
oların içində Amin.
 Canım Türkan bacım doğum günümü
unutmadığın üçün sənə sonsuz təşəkkür edirəm. Allah hər bir zaman köməyin
olsun. 
 
Bu günün SƏBƏBKARI -  adsiz-a

 

Canım
mənim, ad günün mübarək... Allahdan diləyim bu yeni yaşında ürəyindəki
ənnnn böyük arzunu gerçək edər və gələn il doğum gününü qucağında şirin
bəbişinlə qeyd edərsən... amin...

 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!