Mənim sevdiyim mahnım - Dosta_inam (2)

Mənim sevdiyim mahnım - Dosta_inam (2)
Qadınlar.Co
10.09.2017 9
Qadınlar.biz xanımlarının hər birini salamlayıram.Sizə ilk layihəmlə qonaq gəlmişəm inşaALLAH bəyənərsiz layihəmin adi "Mənim Mahnım"dır.Bu
layihəni yaratmaqda məqsədim xanımlarmızın ən sevdiyi mahnısıyla bağlı
hər hansı bir xatirəsi varmı kiməsə xitab edilirmi, maraqlı bir layihə
olacağına inanaraq sizlərin köməkliyi ilə yaratmaq qərarına gəldim.Bu
dəfəki qonağım Dosta_inam dır dəvətimi qəbul etdiyi üçün təşəkkürümü bildirirəm.

 

Salam gözəl bacılarım necəsiniz? 

İlk öncə layihənə dəvət etdiyin üçün təşəkkür edirəm canım. İnşaAllah ki, uğurlu və davamı olar. 



Mənim ən çox dinlədiyim iki mahnı var. 

Bir Elnarə Abdullayevanın ANA mahnısı. 

Birdə Elxan Şirinovun ATA mahnısı. 



 ATA 



Tərk eylədin, qoyub getdin dünyanı, 

Sən danladın,hakk yolunu azanı. 

Gözü yaşlı qoyub getdin anamı, 

O, dünyanı Tanrım versin ay ATA. 



Gözlərim yaşlıdır, ürəyim dolu, 

Qəfildən ayrıldı bu ömür yolu. 

Dolandı boynuma həsrətin qolu, 

Oy ürəyim, sənə qurban, ay ATA. 



Göydən mələklər də ensədə yerə, 

Heç zaman çıxmarsan yadımdan belə. 

Ağlasam, kor olsa gözlərim yenə, 

Yenə də borcluyam sənə ay ATA. 



Tanrım yazdı sənin bu cür yazını, 

Çəkənmədim sənin ATA nazını. 

Zaman dövr eylədi çaldı sazını, 

Telli sazlar sənə qurban ay ATA. 



Bax belə Elnarənin mahnısını yazmadım, yəqin ki, onu hər kəs bilir.
Düzdü bu mahnıların bəstəkarları, şairləri kimdir maraqlanmamışam,
doğrusu kimlər yazıb kimlər bəstələyib bilmirəm, ancaq bu iki mahnını
hər gün ağlayaraq dinlədiyim mahnılar, oda yəqin ki, artıq neçə ildir,
ATA-ANA üzünə həsrət qaldığımdandır, Allah bütün valideynlərimizi
qorusun, onların yoxluğunu bizlərə yaşatmasın, düzdür deyirik amma bir
gün gələn, bir gün gedər, bu həyatın gerçək olan bir qanunu, ancaq hər
bir uşaq doyunca ATA-ANA üzü görsün istərəm, ən azından övladların xeyir
işlərini, xoşbəxt günlərini görməyi nəsib etsin Yaradan hər bir ATA-ANA
ya, 

Oxuduğunuz üçün təşəkkür edirəm, hər birinizi öpürəm, var olasınız hər zaman.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!