Həyatınız bir film olsaydı adını nə qoyardınız? - arzum- aysum (4)

Həyatınız bir film olsaydı adını nə qoyardınız? - arzum- aysum (4)
Qadınlar.Co
10.09.2017 23
Xoş gördük sizləri saytımızın səmimi mehriban xanımları.Layihəmə hər biriniz xoş gəlmisiz :04:

"Həyatınız
bir film olsaydı adını nə qoyardız?!" adlı layihəmin indiki qonağı  isə
"arzum- aysum" nikli userimizdir.Gəlin görək arzum -aysum nikli
bacımızın həyatı bir film olsaydı adını nə qoyardı?! :08:



Həəə, Qadinlar.biz-in gözəl, göyçək, şirin şəkər qızları... ilk
öncə savior angel bacımın yeni layihəsinin baxımlı və maraqlı olmasını
diləyirəm və məni də dəvət etdiyi üçün çoxxxx böyük təşəkkürümü
bildirirəm... layihənin adı da, məğzi də məni cəlb etdiyi üçün sevə sevə
qatıldım... ümid edirəm ki, sizlər də maraqla oxuyacaqsınız. 

 əvvəlcə onu deyim ki, həyatım bir film olsa idi, adını "sevginin
üzü" qoyardım. niyə? çünki bu qızın qəlbi sevgi ilə doludur... dünyaya
gəldiyi ilk gündən Tanrı ürəyinə ata ana sevgisini salır... aylar illər
keçdikcə qəlbini bacı sevgisi bürüyür... bu sevgilər hər zaman onunladı,
qoruyur, xoşbəxt edir... vaxt vədə gəlib çatır, məktəbə gedir...
sevginin başqa üzü ilə tanış olur... müəllimlərini sevir... sinif
yoldaşlarını sevir... dərslərini sevir... dərslərini sevdikcə
universitet istəyi yaranır qəlbində... çox oxuyur, çalışır, gecəsini
gündüzünə qatır xəyalını qurduğu universitetə qəbul olur... bu illərdə
də həyatı çox xoşbəxt günlərlə keçir... qrup yoıdaşları ilə keçirdiyi o
günlər ömrünün ən xoş səhifələrini yazır... vaxt ötdükcə yaşı da artır
və o artıq gənc qızdı... işə gedir, işləyir və öz əməyi ilə, öz zəhməti
ilə pul qazandığı üçün çox sevinir... burdakı iş yoldaşları o qədər
mehribandı ki, yedikləri bir tikə çörək belə bir birlərindən ayrı
boğazlarından keçmir... deyib gülüb şənlənirlər, hər işlərində bir
birlərinə kömək edirlər... sevinclərinə sevinib, kədərlərinə bir yerdə
kədərlənirlər... kədərlənirlər çünki artıq sevginin tam başqa üzünü
görüblər...hansı ki, üzlərini güldürdüyü qədər də kədər bəxş edir, göz
yaşı bəxş edir... o sevir, özü də çox sevir... xəyallar qurur, gözəl
həyatı, isti yuvası barədə... amma bu xəyallar onu çox incidir, hər gecə
göz yaşı tökür, çünki sevdiyinə qovuşa bilmir...

çünki başqa sevdiyi ona göz yaşı tökdürür, sevdiyinə qovuşmağa
mane olur... bu onun atasıdı... heç cür razılıq vermir, iki sevən qəlbi
incidir... bidənəsi qaçaq deyir, amma o atasını yerə vurmaq istəmir,
dost düşmən arasında dilini gödək etmək istəmir... ürəyi ağrısa da
dözür, səbr edir... uca Allaha dua edir... uca Allah o qədər
mərhəmətlidir ki, iki sevən qəlbin iztirab çəkməsinə razı olmur... onu
sevdiyinə qovuşdurur... qovuşdurur... vəəəəə... bu dəfə də o sevginin
başqa üzü ilə tanış olur.. ailəsinin, qohumlarının, yaxın insanlarının
sevgisindən başqa indi onun ürəyi bala sevgisi ilə döyünür... sevginin
ən gözəl üzü, ən şirin üzü...


 

P.S.Layihədə iştirak etmək istəyənlər mənə şəxsi mesajla yazıb göndərə bilərlər :02:скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!