Bakcell abunəçilərinin balansını ikiqat artırır

Bakcell abunəçilərinin balansını ikiqat artırır
Qadınlar.Co
10.09.2017 12
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti növbəti "İkiqat Balans” kampaniyasına start verir. 2
fevral 2016-cı il tarixindən etibarən başlayan bu kampaniya çərçivəsində
bütün CIN abunəçiləri nömrələrinin balansını ikiqat artırmaq imkanı
əldə edəcəklər. İkiqat bonusu əldə etmək üçün abunəçi *525#YES kodunu
yığmalıdır.

Bonus təklifi hər bir abunəçinin fərdi sərfiyyatına
uyğun olaraq təqdim edilir və nömrənin balansının müəyyən hissəsini
ikiqat artırmağa imkan verir. Bu təklifdən faydalanmaq istəyən
abunəçilər *525#YES kodunu yığmaqla balansın hansı hissəsinin ikiqat
artırılma imkanına malik olduğunu öyrəndikdən sonra asanlıqla bu bonusu
ala bilərlər.

"Bu Bakcell abunəçiləri üçün aylıq xərclərin
optimallaşdırılması və ödədikləri məbləğ müqabilində daha çox dəyər əldə
etmələri üçün fantastik həlldir”, deyə Bakcell şirkətinin baş marketinq
direktoru Mariya Toyçeva bildirib.

Əldə edilən bonuslar ölkədaxili bütün istiqamətlərdə danışıqlara, eləcə də, SMS və MMS yollanılması üçün istifadə edilə bilər.

*100#YES
kodunu yığmaqla abunəçi bonus balansını yoxlaya bilər.Alınan ikiqat
məbləğ qoşulmadan sonra 7 gün ərzində istifadə oluna bilər. Bu kampaniya
çərçivəsində məbləğin ikiqat artırılmasını bir neçə dəfə etmək
mümkündür.



***



Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə
geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı
altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti
göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell,
ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları
vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda
davam edir.

5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin
99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna
olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti
öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən
yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell”in
3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olamqla əhalinin
93%-ni əhatə edir. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və
bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell
abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.

Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini
tapmış 3G Sü[email protected] xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell
özünün 4-cü Sü[email protected] brendinin - 4G LTE xidmətininkommersiya istifadəsinə
verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə
artmasını təmin edən 4-cü Sü[email protected] xüsusilə mobil olmaq və bütün məkanlarda
internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər
üçün nəzərdə tutulub.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!