Xoşbəxtdir ona görə ki... - heyatim_menim (28)

Xoşbəxtdir ona görə ki... -  heyatim_menim (28)
Qadınlar.Co
10.09.2017 5
Salam gözəl xanımlar! Layihəmin bu səfər qonağı :girl_in_love: heyatim_menim   :girl_in_love: nikidir Gəlin görək o nəyə görə xoşbəxtdir  :128: :128: :128: 

 

Mən xoşbəxtəm ona görə ki, ALLAHIM və ALLAHIMIN mənə baxş etdiyi gözəl və məni sevən Ailəm var SÜKÜR



Mən həyatı sevirəm ona görə ki,
həyatda
yaşamağa dəyər, nə qədər acılar çəksəm də yenə də ALLAHIMIN nə qədər
ömür veribsə onu layiqincə yaşamağa çalışıram? etdiyim səhvləri görüb və
bilib yaşayıram və ALLAHIMIN qarşısında günahkar bəndəyəm? buna görə də
ALLAHIMDAN yalnız bağışlanmaq isdəyirəm.A LLAH BİZİ BAĞIŞLAYAN
BƏNDƏLƏRDƏN ETSİN in şə ALLAH.

Yaşadığım həyata görə isyan edə bilmərəm? çünki buna haqqım yoxdu,
demək belə məsləhətimiş. ŞÜKÜRLƏR olsun hər gününümə ki, RƏBBİM məni
oyandırır və yaşamaq üçün yeni bir gün daha nəsib edir.



Dinimi sevirəm ona görə ki, ALLAHIMIN bizə bəxş etdiyi, səhvlərmizi anlayacaq,  Biz insanlara
dünyanın ən gözəl kıtabı olan QURANİ KƏRİM. Hər gününümüz üçün
oyanacağımız dünyanın ən gözəl çağrısı olan AZANI bizlərə bəxş edib.
Dünyanın Ən gözəl saf və təmiz dini UCA RƏBBİM bizlərə nəsib edib,
ŞÜKÜRLƏR OLSUN.



Sevgi gözəl hisdir ona görə ki, İnsan özünü önəmsiz hiss edəndə onu necə sevən, qoruyan, hörmət edən
biri üçün nə qədər önəmli olduğunu, ən azından yaşamağa bir səbəbi
olduğunu hiss edir və yaşamaq lazım olduğunu və nə olursa olsun həyatı
üçün mübarizə aparmalı olduğunu öyrənir.



Anamla mübahisə edirəm bəzən ona görə ki, arada sözlərmiz üst-üstə düşmür, amma yenə də Mən çox Xoşbəxt biriyəm ki, mənim bu cür ANAM var, ŞÜKÜRLƏR olsun REBBİMƏ



Bəzən məni başa düşmürlər ona görə ki,  məni özümdən başqa heç kim başa düşə bilə bilməz, amma arada özüm-özümü başa düşmürəm:)))



İşlərimi çatdıra bilmirəm ona görə ki, vaxt ancaq qaçır gözləmir, amma çalışdığım qədər çatdırıram işlərimi



Bəzi gecələr ağlayıram ona görə ki, etdiyim səhvlərim gözümün qarşısına gəlir və ALLAHIMDAN bağışlanmağımı
isdəyirəm, elə vaxt da olur ki, necə yuxuya getdiyimi bilmirəm. Amma
yenə də şükür edirəm, çünki həyatım bundan da pis ola bilərdi, RƏBBİMƏ
MİNLƏRCƏ ŞÜKÜRLƏR OLSUN.



Bəzən hər şeydən yoruluram ona görə ki, sanki hər şey üstümə gəlir, bu da məni yorur, əvəllər bu hallar cox olurdu, amma indi bir tək axşamlar yuxuya gederkən olur



Gözəllik qurban tələb edir ona görə ki, müəyyən yaşda bəli tələb edir, əgər ehtiyacı varsa.



Darıxıram ona görə ki, darıxanda insan gərək ALLAHA bağlansın, amma düzünü desəm çox vaxt özum
özümə qapanıram və bəlkə də belə etməklə günah qazanıram, çalışıram
darıxanda ALLAHIMA sığınım.



Heyvanları və bitkiləri çox sevirəm ona görə ki, çünki ALLAH İstəmədiyi canlıları yaratmaz, ona görə də ALLAHIMIN yaratdığı canlı cansız hər seyi SEVİRƏMM. 



Qısqancam ona görə ki, Əvvələr qısqanc deyildim, bir səbəb oldu, ondan sonra hər kəsi qısqanmağa başladım. içimdəki yatmış qısqanclığı oyandırdım. 



Sevdiklərimi heç kəslə paylaşa bilmərəm ona görə ki, qısqancamm, mənə aid olan mənə aiddir o qədər.



Bəzən hər şeydən uzaqlaşmaq istəyirəm ona görə ki, bəzən
yazmayacam çox zaman uzaqlaşmaq isdərdim. Çünki insan özünü başa düşmək
isdəyir, nəyin sehv etdiyini, nəyin düz etdiyini dərk etməyə çalışmaq
isdəyir



Məni nə sevindirir bilmirəm ona görə ki, Ailəm var və buda dünyanın ən gözəll hədiyyələrindən biridir ki RƏBBİM mənə baxş edib Şükür.



Arzularım, xəyallarım, ümüdlərim bir gün gerçəkləşməyəcək deyə qorxuram ona görə ki

ALLAH QİSMƏTİMƏ NƏ YIZIBSA ONU YAŞAYACAM. ƏGƏR DUAM QƏBUL OLMAYIBSA, O
QƏDƏR DƏ PİS OLMARAM, ÇÜNKİ ALLAHIM MƏNİM ÜÇÜN XEYİRLİSİ NƏDİ BİLİR VƏ
ŞÜKÜR EDİB YAŞAYARAM.



P.S cox sagolsun Ulduz bacı ki məndə bu layihə üçün göndərdiyim təklifimi qebul edib teşəkkür edirəmm♥♥скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!