Ona sevgi məktubum - guli (11)

Ona sevgi məktubum - guli (11)
Qadınlar.Co
10.09.2017 7
Dəyərli Qadinlar.biz ailəsi indi "Ona sevgi məktubum" adlı
layihəmlə sizin qarşınızdayam. Ona eşqinizi ən qözəl və romantik
sözlarlə izah edən məktubunuzı yazın. Bu layihəyə hər kəs qatıla bilər.
Həyət yoldaşınıza, sevgilinizə, nişanlınıza və hətta sözlünüzə eşq
məktubunuzu şəxsi mesajla mənə yazaraq bu layihəyə qatıla bilərsiz.
Qonağımız guli dir



Mənim 10ildir dərdimi böldüyüm,qeydimə qalıb,mənim üzüm düşərkən
məni güldürməyə çalışanım,həvsələsiz vaxtımda mənə görə narahat olanım
hər dərdimizi böldüyümüz iş yoldaşım,yol yoldaşım,can
yoldaşım,dostum,sirrdaşım. Bilirəm bu məktubumu heç vaxt
oxumayacaqsan.Amma məni duyduğunu bilirəm. Bu gün 10 gündür ki, səni
itirmişəm.Bilmirəm o soyuq torpaqda necə yatmısan? Sən ki,mənim
ağlamağıma dözməzdin. Nə oldu qəbrinin üstündə dururamda ayağa qalxib
meni qarşılamırsan. Ağlayıram durub mənə təsəlli vermirsən.Sənə ölüm
yaraşırdımı?! Son sözlərin yadımda. Duracaqdın sənlə yay tətili gəzməyə
gedəcəkdik,paltarlar alacaqdıq özümüzə çoxlu.Hələ edəcəyimiz o qədər şey
varkən niyə məni tək buraxıb getdin?Bəzən küsürəm sənə məni tək buraxıb
getdiyin üçün.Sənə heç vaxt səni necə çox istədiyimi deməmişdim.Çox
peşmanam kaşki deyərdim.İndi demək üçün artiq gecdir,səni birdə görə
bilməyəcəyəm.Hər gün işə gedərkən görüşdüyümüz yerdə gözləyirəm bəlkə
gəldin. Nömrənə zəng vururam bəlkə cavan verdin deyə. Amma yox
yoxsan.Mənim bala həsrəti çəkənim,iyisini duymadan dünyadan
çökənim.10gündür sanki yuxudayam. Ayılıb görəcəyəm ki,yuxu imiş
hamısı.Sənin gedişin elə sarsdı ki,sevdiyim illerimi verdiyim,uğruna
ezablara dözdüyüm,xəyallarım olan,arzularım olan,ömrümü,həyatımı
verdiyim insandan ayrıldım onun ağrısınımı yaşayım,ya sənin acınımı?Hər
gün sənə olan sözlərimi yazıram gecələr bəlkə mən yatdıqdan sonra gəlib
oxuyarsan.Mənə haqqını halal et dostunu yarıda qoyub gedənim.Bağışla
məni.Sənə kömək edə bilmədiyim üçün Bağışla.Kaşki geri dönəsən.Hər
dəqiqə keçirdiyimiz günleri,xəyallarını xatırlayıram.Mənə deyərdin
kimsəyə görə ağlama indi göz yaşım durmur.Mənə əmanət etdiyin öz
uşaqlarının yerinə qoyduğun şagirdlərinə muğayat olmağa çalışıram.Son
sözlərin ağlımda hələ yayda tətilə gedəcəkdik,özümüzə çoxlu paltar
alacaqdıq.Mən sənə bəyəndiyin çökələrimdən,keklərimdən,bişirib
gətirəcəkdim.Olmadı be dostum olmadı.Məni bağışla.Bağışla
ki,istəklərimiz,arzularımız yarımçıq qaldı bəxtsiz qadın.Övlad həsrəti
çəkərək torpağa qovuşanım.Səndən qalan anan,bacın mənə səndən
əmanetdirlər.Haqqını hala et mənə.Mən səni çox istəyirəm,hər dəqiqə dua
edirəm cənnətdən məni görüb, duyasan deyə. Mələk qədər təmiz
ürəkli,həyatı ezablarla yaşayan BƏXTSİZ MÜƏLLİM.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!