Mənim sevdiyim mahnım - arzum-aysum (6)

Mənim sevdiyim mahnım - arzum-aysum (6)
Qadınlar.Co
10.09.2017 5
Qadınlar.biz xanımlarını salamlayıram.Sizə ilk layihəm ilə qonaq
gəlmişəm inşaALLAH bəyənərsiz.Layihəmin adı "Mənim Mahnım" idi lakin adı
dəyişib "Mənim sevdiyim mahnım" oldu.
Bu layihəni  yaratmaqda məqsədim xanımlarmızın ən sevdiyi mahnısını
bilmək və onlarla bağlı hər hansı bir xatirəsi varmı,kiməsə xitab
edillərmi öyrənmək sizlər üçündə maraqlı olacağına inanaraq hazırladım
və təbbi ki xanımlarmızın köməkliyi ilə.

 

Layihəmin bu dəfəki qonağı arzum-aysum-dur dəvətimi qəbul etdiyi üçün təşəkkürümü bildirirəm :123:

 

yenə maraqlı bir layihədə görüşürük qızlar. bu görüşə səbəb olduğu üçün layihənin müəllifinə çoxlu öpücüklər 

uzun
uzadı söhbətimə keçməmişdən əvvəl onu deyim ki, sevdiyim və dinləməkdən
doymadığım mahnılar çoxdu. amma mən lappppp əvvələ gedib hər şeyin təzə
başladığı o günlərdə həyatımda ənnnn dərin iz buraxan mahnını sizlərlə
bölüşəcəm. mahnının adını eşidəndə bəlkə də çoxlarınız lağa
qoyacaqsınız, amma bəli, bir çoxlarının bəyənmədiyi, hətta gülüş
obyektinə çevirdiyi Üzüyirin (üzeyir mehtizadə) "o mənim olmalıdır"
mahnısı həyatımda ən dərin iz buraxan mahnıdı. niyısini sizinlə bölüşüm,
sizlər də agah olun. bu hadisə baş verib 2009cu ilin isti avqust
günlərində. məzuniyyət götürüb rayona getmişdim dincəlməyə- xalamgilə.
həmişəki kimi günlərimiz çox maraqlı və şən keçirdi. bir tək xalam oğlu
hey fikirdə olardı. ala gözləri hey xəyallarda idi... sevdiyinin fikrini
çəkirdi... otağına çəkilib bu mahnını qoyub saatlarla qulaq asardı...
dostlarından ayrı qalmayan, gecəyə qədər onlarla gün keçirən oğlan
günlərdi ki, heç hara getməz olmuşdu, kim zəng eliyirdi qonağımız var
deyib qısa kəsərdi... ala gözləri hara getsəm hey məni izləyərdi... bir
sevdiyi olduğunu bilirdim. amma bu qizin kim olduğundan xebersiz idim.
amma sevgidən alışıb yanan o baxışlar məni sehirli aləmə salmışdı. özüm
də bilmədən o ala gözlərdən süzülən sevginin əsiri olmuşdum... bax
beləcə sevgimiz başlamışdı... yaxşı da başlamışdı... yaxşı da, o mənim
olmalıdır deyib əllərimdən bərk tutub heç kimə vermədi sevdiyim. bu gün
artıq iki qızım var, amma aradan illər keçsə də, telefonuma yüzlərlə
mahnı yazıb silsəm də, Üzeyirin "o mənim olmalıdır" mahnısının yeri nə
telefonumda, nə də həyatımda dəyişməyib. qızım hər dəfə o mahnını qoyub
atamla anamın mahnısı deyərək qulaq asır. bu da həyatımın mahnısının
sözləri 



hər dəqiqə fikir edirəm, tək başına otağımda 

tək onu xəyal edirəm, hey siqaret damağımda

özümdə olmuyuram tüstü otağı bürüyür 

bu otaqdan çıxacaqsanmı gələn gedən deyir 



ona bağladım ümidlərimi mən

o mənim olmalıdır hamı lo bilsin. vermərəm yad əllərə yarımı mən 

o mənim olmalıdır hamı bilsin 



o mənim olmalıdır ya heç kimin olmamalı 

ona məndən başqa kimsə nəzər salmamalı 

ona yad əl dəysə o insanı öldürərəm 

onu necə sevdiyimi dünyaya bildirirəm 



deyirlər mahnı ruhun qidasıdır, hər zaman şən mahnılara qulaq asın ki, ruhunuz da şən notlarla qidalansın...   
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!