Xatirə dəftəri - ayshen (31)

Xatirə dəftəri - ayshen (31)
Qadınlar.Co
10.09.2017 36
Salam
saytımızın dəyərli xanımları.Yəqinki xəbəri görəndə təccübləndiniz
çünki zamanında ruzgargülüm xanım müəllif olaraq hazırlayırdı bu
xəbəri.Bu gündən mən davam etdirəcəm.Davam etdirdiyim layihədə müsahibim
ayshen-dir. Buyurun cavablarla tanış olun.



1. Soyadınız Adınız?

Hacıyeva Aynur.

 

2. Doğum Tarixiniz?

28.09.1987.



3. Bürcünüz/iliniz?

Tərəzi bürcü / dovşan ili.

 

4. Ən böyük arzunuz? 

Mənim
Ən böyük arzum, Ən gözəl arzum, ümumiyyətlə bütün arzularım övladımla
baglıdır. Övladımı saglıqlı və Xoşbəxt görmək, onun hər zaman Xoş
günlərini, ugurlarını görmək ən böyük arzularımdandır.

 

5. Ən yaxın dostunuz sizi haçansa satıb/yalan deyib?

Heç vaxt ən yaxın dostum deyib də, sirrimi verdiyim biri olmayıb həyatımda...ki,  sonradan da bunun peşmançılıgını çəkim..

 

6. 5-inci sinifi hansı qiymətlərlə qurtarmısınız?

Yaxşı.

 

7. Həyat sizcə maraqlıdır?

Əslində
həyat özlüyündə elədə maraqlı deyil.. Mənim fikrimcə, həyatı maraqlı
Edən insanlardı.. Birinci növbədə də insanın özüdür.. Hər bir insan öz
həyatınin memarıdır və həyatıni necə qurursa, elədə yaşayir.. Daha sonra
isə həyatı maraqlı Edən  ətrafımızdakı Insanlardır..sevdiyimiz, dəyər
verdiyimiz insanlar...hansı ki, öz varlıqları ilə həyatımıza rəng qatan
insanlar..



8. Möcüzəyə inanırsınız?

Inanıram... Çünki, Rəbbimin yaratdigi hər bir şey Möcüzədir..

 

9. Yenidən uşaq olmaq istərdinimzi?

Istərdim.. O qaygısız, şən, dünyanin işindən, həyatin enişindən, yoxuşundan xəbərsiz o balaca qızı Geri Istərdim..((

 

10. Dünyaya yenidən gəlməy istərdiniz?

Istərdim.. Amma başqa xasiyyətdə və xarakterdə biri olaraq.. 

Dünyaya
yenidən gəlmək də, Yenidən uşaq olmaq da mümkün deyil, bilirəm.. Amma
bəzən insanin içindən belə mümkünsüz şeylər də, keçir.((

 

11. Həyatda kimə və nə üçün minnətdarsınız?

Ilk öncə, Rəbbimə...həyatı bəxş etdiyi üçün.. Və Valideynlərimə...nə Olursa, Olsun hər zaman arxamda olduqları üçün...

 

12. Necə insanları xoşlayırsınız?

Sadə, səmimi, paxıllıqdan uzaq, heç kəslə Işi olmayan, qelbi təmiz insanlara hər zaman rəgbətim var..

 

13. Sizcə gözəllik nədən başlayır?

Gözəllik
içdən, daxildən başlayır.. Insanin ruhu gözəl olmalıdır. Qəlbi,
düşüncəsi gözəl olmalıdır. Eger yoxdursa  , bir insanda bunlar, xaricdən
nə qədər bəzək vursa da , heç bir menasi olmaz..

 

14. Dünyanın hansı şəhərlərində olmaq istərdiniz?

Gəzməyi çox da sevən biri deyiləm, amma bir tək Roma da olmaq istərdim..

 

15. Sayta girən kimi ilk kimin saytda olub-olmadıgına baxırsınız?

Xüsusi izlədiyim biri yoxdu..

 

16. Saytda özünüzü ən çox kimlə yaxın hesab edirsiniz?

Bəlkə de çox  yaxın sayılmarıq , amma remse ve arzum-aysumla ünsiyyətim var və hər ikisinin də xətrini çox istəyirəm..

 

17. Saytda kimin xəbərlərini boyük maraqla oxuyusunuz?

Bütün xəbərlərə baxiram, hamisina şərh yazmasam da..

 

18. Kimin bu saytda olmasi sizi qıcıqlandırır?

Elə Birisi yoxdu..

 

19.Saytda ən çox sizi nə cəlb edir?

Maraqli xəbərlər, layihələr, gözəl kollektiv və s..

 

20. Nə kimi təklifləriniz var saytda?

Elə bir təklifim yoxdu.. Meni qane edir, burdaki her şey..

 

21. Kimin şərhlərini hər xəbərdə oxuyursunuz?

Bəzən bütün şərhləri oxuyuram..

 

22. Nə üçün məhz Qadınlar.biz?

Çünki,
burda ailə ab- havasi var. Burda dogmaliq, səmimilik, dostluq var..
Qisacasi, mən düşünürəm ki, bir Qadının axtardıgı hər şey burda var..

 

23. Bu saytda sizə nə maraq doğurur?

Bütünlükde maraqlidir bura, menim üçün...

 

24. Saytdakı ən yaxın dostlarınız?

Yuxarida da qeyd etdiyim kimi, arzum-aysum ve remse ile münasibetim var..

 

25. Özünüz haqda qısa və tam!

Öz dünyamda özüm üçün yaşayiram, mən..

 

26. Burada hansısa bir haqsızlıq görmüsüz?

Xeyr, görməmişəm..

 

27. Saytda başınıza gələn maraqlı bir hadisə

Elə bir hadisə olmayib..

 

28. Sayta olan ürək sözləriniz

Hər
zaman və hər yerdə birinci Olsun, öndə Olsun... Ugurlari Bol Olsun və
hər zaman var Olsun, biz istifadəçiləri ilə birlikdə, inşALLAH..

 

29. Baş Admindən Razısız ?

 Bəli.

 

30. Həyatda ən çox kimə inanırısınız?

ALLAHdan başqa heç nəyə və heç kimə inanmiram..

 

31. İki dostun hakimi olardınız,yoxsa iki düşmənin(fikirləşməyə dəyər)

İki dostun hakimi olardım...dostluqlari bitmesin, düşmənə çevrilməsinlər deyə..

 

32. Həyatınızda əsas məqsəd nədir?

Övladımı gözəl şəkildə yetişdirmək..

 

33. Gələcəydə özünüzü kim görürsünüz?

Xoşbəxt ana, Xoşbəxt qaynana, Xoşbəxt nənə... InşALLAH...

 

34. Bir gün Sayt bağlansa (ALLAH ELƏMƏSİN) kim(lər) üçün darıxarsız və kim(lərlə) münasibətiniz həmişə qalar?

Bu
haqda heç düşünmək belə istəmirəm.. Bura o qədər bagliyam ki, mən..
Ikinci evimdi sanki  mənim..ailəmdi.. Bir gün bura baş çəkməsəm, elə
bilərəm ki, nəsə çatmir... Odur ki, heç vaxt baglanmasin.. Düzdü, burda
hər kəslə elədə yaxin tanişligim yoxdu.. Amma buna baxmayaraq, bu
ailenin her bir üzvü menim üçün deyerlidi..



P.s.. Sonda sizə də öz təşəkkürümü bildirirem ki, mənə də bu xatirə dəftərində yer verdiniz..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!