Məktəbdə ilk günüm - guler19 (15)

Məktəbdə ilk günüm - guler19 (15)
Qadınlar.Co
10.09.2017 6
Salam.Layihəmin bugünkü qonağı guler19 nikidi.Buyrun baxaq



Mənim
məktəbdə ilk günüm çox maraqlı olub.Uşaq idim məktəbə getməyimə 1 2 ay
qalıb. Bir gün anam qonşuya gedirdi. Məndə gəlmək istədim anam qoymadı
qışqırdı üstümə. Sözünə qulaq asmadım düşdüm arxasıyla getməyə Elə yola
çıxanda bir məllim varıydi məllim olduğun bilirdim Niman məllim üstümə
necə qışqırdısa qorxumdan qayıtdım dala. Çox qorxurdum o məllimdən
Dedilər məllimin o olacaq lap deli olmuşdum. Anama yalvarırdım ki
məktəbə getmək istemirəm. Həmişə də uşaq vaxtı bir mahnım vardı. Niman
ölsün oxuyurdum  Kimsə
gedib çatdırmışdı o mahnını ona. Demişdi məktəbə gəlsin gör onu
neynəyəcəm Zarafat edirmiş ama mən yenə də çox qorxurdum. Belə məktəbə
ilk günüm gəlib çatdı. Özümü vurdum yuxuluğa anam bilirdiki bijdik
eliyirəm. Yalvar yaxar durğuzdu məni getdim məktəbə.Mən elə bilirdim ki
məktəbdə tək olacam))) Çoxlu sinif yoldaşlarım var idi. Uşaqlara hədiyyə
dəftər qələm verirdilər. Mənə verəndə elə qorxdum ki dedim heçnə yaza
bilməyəcəm. Nə biləydim xəttim o qədər gözəl olacaqki qəzeti məllimlərin
jurnalların mənə verəcəklər yazmağa. Birinci məni Sənan adlı sinif
yoldaşımla otuzdurdular. Bu məndə saç qoymadı. Sora keçdim Əlbəşirlə
oturdum. Bu da sumkamı eşirdi. Yeməyimi yeyirdi. Özüdə mənə deyirdiki
yeməyin hanı tapanmarsan mən yemişəm  Sonra
keçdim Ülviyyə ilə oturdum. İndidə əlaqəmiz var bacımla Hə bu yaxşı
oldu Bəyəndim. Maraqlı keçirdi günlərimiz. Əlaçı idim. Niman məllimidə
başqa məktəbə dərs deməyə çağırmışdılar. Heç görmədim onu. Bir dəfə də
məllimimi iclasa çağırdılar Sinifkom idim deyə gedəndə mənə dedi ki məni
soruşan olsa denənki iclasa gedirəm. Məndə yaxşı dedim. Nə demişdisə
hamısı yadımdan çıxmışdı))) Direktor gəldi nə biləydimki direktor
gələcək qaynatam olacaq. Soruşdu məlliminiz hanı Dedim qoyun otarmağa
gedib  Məllimim
gəldi dedi gülər ALLAH seni güldürsün o nə sözdü demisən direktora.
Utanmışdım Uşaqlar məllimim necə gülürdülər dediyimə  Çox maraqlı unudulmaz günlər idi. Oxuduğunuz üçün də sonsuz təşəkkürlər.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!