Məktəbdə ilk günüm - Angela7 (17)

Məktəbdə ilk günüm - Angela7 (17)
Qadınlar.Co
10.09.2017 12
 Salam Qadınlar.Bizin şirin-şəkər xanımları.layihəmin bugünkü qonağı Angela7 nikli userdir



Hər
kəsin həyatında unudulmaz, şirin və əvəzolunmaz dediyi günlərdən biri
də məktəbdəki ilk gündür. Bu gün öz həyatımızda atdığımız ilk önəmli
adddımlardan biridir. 6- 7 yaşlı ayaqlarımızla atdığımız ilk kiçik addım
bizi 11 illik böyük bir yola doğru aparır. Həmin gün 2003-cü ilin 1 sentyabrında anam məni səhər tezdən yuxudan oyatdı, geyindirdi, saçlarımı da 2 dənə(keçi  )yığdı.  Saçlarım
qısa idi deyə başqa cür alındıra bilmədi. Özümdən də böyük bir gülü
əlimə verdi, anam, atam, bacım və mən məktəbə doğru yola düşdük. Evlə
məktəb arasındakı məsafə çox az idi deyə piyada getdik. Məktəbə çatdıq,
gözüm müəlliməmi axtarırdı ki, bəs haradadır. Nəhayət, direktorun
danışığı bitdi və biz sinfə daxil olduq. Valideynlərim şəkillərimi
çəkdilər. Və axır ki, özümdən böyük olan gülü müəllimimə verdim.  İlk
dəfə qapı tərəfdə, 2-ci partada oturmuşdum. An gəldi və valideynlər
sinfi tərk etməli oldu. Biz sinifdə tək qaldıq müəllim və şagirdlər,
ağlayan kim, gözü qapıda qalan kim... Mən normal qəbul etdim. Müəllim
başladı tipik suallar verməyə, himn, bayraq, gerb haqqında və bəzi
misallar. Bunların da hamısını anam və babam mənə məktəbdən öncə
öyrətmişdilər deyə sıxıcı gəlirdi. Odur ki, çantamı açdım və anamın
qoyduğu boş dəftərlərin birini açıb yazı yazdım. Yazı deyərkən ibtidai
sinif uşaqlarına ilk həftələrdə öyrədilən xətləri nəzərdə tuturam.
Axırda müəllim dedi ki, qızımız neyləyir orada dərsə qulaq assın. Mən də
məcbur dəftəri bağladım və sıxıcı dərsə qulaq asdım.( Tarixə yazılası
şagirdəm ona görə ki, məktəbin ilk günkü dərsinə sıxıcı, maraqsız
demişəm  .)
Sonra müəllim bizə məktəbdə ilk günümüz olduğumuz üçün hədiyyələr(
çanta, xətkeş, qələm və sair) payladı. Müəllim hamının çantasını
yığmağına kömək etdi,sıra mənə gəlib çatmamış, hər şeyimi özüm yığıb-
yığışdırdım ki, müəllimə heç nə qalmasın. O da gəlib gördü
yığışdırmışam, dedi ki, afərin qızıma! Nəysə,
vaxt- vədə çatdı, müəllimimiz qapını açdı ki, bəs çıxın çölə
valideynləriniz gəlib. Qorxa- qorxa valideyn izdahımının içərisinə
daldım).Ona görə qorxurdum ki, birdən valideynlərim məni unudub məktəbdə
qoyarlar, ardımca gəlməzlər, halbuki yazıqlar demişdi ki, saat 12-də
gələcəyik. Axır ki, atamı gördüm, və xoşbəxt oldum ki, məni
unutmayıblar  Atam
məni evə gətirdi, çatar- çatmaz anama şıkayətləndim ki, bəs ayaqqabı
məni incidir, anam da ayağıma yüngül çimdik qondurdu ki, atan kamera ilə
çəkir  Məktəbdən mənə hədiyyə verilən çantanı bacım mənimsədi. Çantamda anam qoyduğu, lakin yemədiyim yeməyi də açıb yedi  Mən
də yemək yeyib yatdım, axşam qonaqlarımız gəldi, bibimoğlu da birinci
sinfə getmişdi, onunla tort yemək üstündə yarış keçirdik, oynadıq,
böyüklərin xoş arzularına qulaq asdıq  Sonra
qonaqları yola saldıq, müəllimin verdiyi balaca tapşırığı da yazıb
yatdım. Həəə yadımda, həmin gün babam mənim şəkilsiz şəxsiyyət vəsiqəmi
çıxartdırıb Bakıya göndərmişdi, anamın da o şəklə baxdığı yerdə şəkli
var( amma kim çəkib bilmirəm).  
Bax belə, bu da mənim sizlərlə bölüşdüyüm məktəbdəki ilk günüm. Oxuduğunuz üçün təşəkkürlər 
 
P.S: Layihədə iştirak etmək istəyənlər mənə müraciət edə bilərlərскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!