Ona sevgi məktubum - Fi-Ra (12)

Ona sevgi məktubum - Fi-Ra (12)
Qadınlar.Co
10.09.2017 6
Dəyərli Qadinlar.biz ailəsi indi "Ona sevgi məktubum" adlı
layihəmlə sizin qarşınızdayam. Ona eşqinizi ən qözəl və romantik
sözlarlə izah edən məktubunuzı yazın. Bu layihəyə hər kəs qatıla bilər.
Həyət yoldaşınıza, sevgilinizə, nişanlınıza və hətta sözlünüzə eşq
məktubunuzu şəxsi mesajla mənə yazaraq bu layihəyə qatıla bilərsiz.
Qonağımız Fi-Ra

 

Ilk  öncə mənə bu lahiyədə yer verdiyi üçün adsız-a xanıma öz təşəkkürümü bildirirəm.

Canım
həyat yoldaşım! Sevgilim, sevdiyim, hər şeyim! Ailəmin başçısı, evimin
dayağı! Səni çox sevirəm! Səninlə olarkən o qədər xoşbəxtəm ki, hər şeyi
unuduram. Allah bu xoşbəxtliyi bizə çox görməsin. Allah səni evimin -
mənim, körpə qızımızın başı üstündən əksik etməsin Amin.

İlk
və son eşqim! Dünyaya min dəfə gəlmək şansı verilsə hər dəfə səni tapıb
səni sevərəm. Səninlə ilk tanış olanda o qədər sevgi dolu gözlərlə
baxdın ki, mənə... O qədər gözəl davrandın ki mənə... Səni sevməmək
mümkünmü? Allah bu sevgimizi daimi etsin. Həmişə sevib sevilək İnşallah.

Dünənim,
bugünüm, sabahım! Səni bilirsən ən çox niyə sevirəm? Çünki sən
insanlara dəyər verməyi bacarırsan. Mənə dəyər verirsən, hörmət edirsən.
Bir dəfə də olsun sevgisiz gözlə baxmamısan mənə. Həmişə can deyib can
eşitmisən eşidəcəksən də. Səni daima sevəcəm. Hər gün biraz daha artan
sevgi ilə. Buna zərrə qədər şübhən olmasın. Allah bizi ayırmasın. Ən xoş
sevgi diləkləriylə həyat yoldaşın.

Oxuyanlara indidən təşəkkürlər.  


 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!