Bakcell şəbəkəsi 2015-ci ilin “Ən Yaxşı Mobil Şəbəkəsi” adına layiq görülüb

Bakcell şəbəkəsi 2015-ci ilin “Ən Yaxşı Mobil Şəbəkəsi” adına layiq görülüb
Qadınlar.Co
10.09.2017 8
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti 2015-ci ilin "Ən yaxşi mobil şəbəkə” adına layiq
görülüb. 2016-cı il 5 fevral tarixində keçirilmiş tədbirdə şirkət
"Business Time” jurnalının təsis etdiyi "Azeri Business Award” Milli
Mükafatı ilə təltif olunub.

Öz abunəçiləri üçün daha geniş əhatə
dairəsinə və daha yüksək ötürmə qabiliyyətinə malik olan şəbəkəni təmin
edən Bakcell şirkəti ölkədə ən etibarlı və dayanıqlı şəbəkəyə sahibdir.
Bakcell, tezlik daşıyıcılarının birləşməsi texnologiyasından istifadə
edən və "LTE-Advance” Kateqoriya 6 xidmətlərini göstərən dünya üzrə 73
şəbəkədən biridir. Təkmilləşdirilmiş Bakcell şəbəkəsi daha yüksək data
sürətini (225 Mbit/saniyəyə qədər) dəstəkləməyə və HD Səs kimi innovativ
texnologiyaları təqdim etməyə texniki baxımdan tam hazırdır.

2015-ci
ilin ikinci rübündə aparılan mobil operator şəbəkələrinin müstəqil
keyfiyyət monitorinqinin (bençmarkinq) nəticələrinə görə, Bakcell yüksək
keyfiyyətli səs rabitəsi, dayanıqlı internet əlaqəsi və yüksək sürətli
LTE şəbəkəsində ən yaxşı göstəricilərə sahib olmaqla rəqiblərini
üstələyib.

"Bizim üçün ən böyük əhəmiyyət kəsb edən odur ki,
indi şəbəkəmizin üstün keyfiyyəti mütəxəssislər tərəfindən müsbət
qiymətləndirilməklə yanaşı, həm də Azərbaycanda fəaliyyət göstərən
müxtəlif biznes sahələri tərəfindən tanınır” – deyə Bakcell şirkətinin
Baş icraçı direktoru Riçard Şirer bildirib. "Bakcell şəbəkəsinin
üstünlüyü artıq özünü işgüzar müştərilərimizin sayının artmasında
təzahür etdirir və şirkətimizin "Ən yaxşı mobil şəbəkə” nominasiyasında
"Azeri Business Award” mükafatı ilə təltif olunması bunu bir daha sübut
edir. Ötən bir neçə il ərzində Bakcell öz şəbəkəsinin inkişafına və
genişləndirilməsinə böyük investisiyalar yatırıb. Biz yeni-yeni və daha
effektiv vasitələri tətbiq etməklə bu istiqamətdə fəaliyyətimizi davam
etdirməyi planlaşdırırıq” – deyə cənab Şirer əlavə etdi.

Bakcell
öz abunəçilərini daha yüksək keyfiyyətli mobil rabitə xidmətləri ilə
təmin etmək üçün öz şəbəkəsinin inkişafına daim investisiyalar yatırır.



***



Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə
geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı
altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti
göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell,
ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları
vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda
davam edir.

5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin
99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna
olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti
öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən
yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell”in
3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olamqla əhalinin
93%-ni əhatə edir. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və
bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell
abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.

Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini
tapmış 3G Sü[email protected] xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell
özünün 4-cü Sü[email protected] brendinin - 4G LTE xidmətininkommersiya istifadəsinə
verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə
artmasını təmin edən 4-cü Sü[email protected] xüsusilə mobil olmaq və bütün məkanlarda
internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər
üçün nəzərdə tutulub.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!