Mənim sevdiyim mahnım - my_angel (13)

Mənim sevdiyim mahnım - my_angel (13)
Qadınlar.Co
10.09.2017 32
Qadınlar.biz xanımlarının hər birini salamlayıram.Sizə ilk layihəmlə qonaq gəlmişəm inşaALLAH bəyənərsiz. layihəmin adi "Mənim Sevdiyim Mahnım"dır.Bu
layihəni yaratmaqda məqsədim xanımlarmızın ən sevdiyi mahnısıyla bağlı
hər hansı bir xatirəsi varmı kiməsə xitab edilirmi, maraqlı bir layihə
olacağına inanaraq təbii ki, sizlərin köməkliyi ilə yaratmaq qərarına
gəldim.Layihənin bu dəfəki qonağı my_angel-dır.Layihə də iştirak etdiyi üçün təşəkkürümü bildirirəm.

 

Salam hörmətli Qadınlar.Biz
istifadəçiləri. Öncəliklə layihəsində iştirak etməmə səbəb olan
heyatim_menim nikinə xüsusi təşəkkürümü bildirirəm. Keçək mövzuya: Mənim
sevdiyim mahnı çoxdur əslində. Bunlardan ikisini daha çox sevirəm deyə
qələmə verəcəm. Biri Toygar Işıklının "Ben kötü biri değilim"
mahnısıdır,digəri isə səsinin heyranı olduğum Alim Qasımovun "İlahi"
mahnısıdır. Toygar Işıklının "Ben kötü biri değilim" mahnısını özümə
həsr edirəm. Alim Qasımovun "İlahi" mahnısını oxunanda gözlərim
dolur,tüklərim biz-biz olur,dəhşət çox bəyənirəm o mahnını.Buyurun bu da
səsinin heyranı olduğum Alim Qasımovun "İlahi" mahnısının sözləri:

Sən məni bağladın bu yerə,bu göyə,İLAHİ

Sən mənə göz verdin dünyanı sevməyə,İLAHİ

Sən mənə yol verdin keçilməz yollardan getməyə

Sən mənə dil verdin adına dualar etməyə

Sən oldun həyatda hər sözüm,adım

Mən sənə,İLAHİ,sənə inandım

Hər axşam,hər səhər dilimdə adın

Dünyanı mən bütün gəzdim dolandım

İLAHİ,dilimdə tək sənin adın!!

Sən mənə borc verdin arzuya çatmağa,İLAHİ

Sən mənə əl verdin bir əldən tutmağa,İLAHİ

Sən mənə qəm verdin sevincin qədrini bilməyə

Sən mənə yer verdin Vətənin qoynunda ölməyə

Tanrısan,ruzi verənsən yoxu səndən digər.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!