Bu günün SƏBƏBKARI - Nazlinci

Bu günün SƏBƏBKARI - Nazlinci
Qadınlar.Co
10.09.2017 44
Salam gözəllər....
naaaamııı-diyar ,,SƏBƏBKAR,, layihəmin yeni bölümü ilə qarşınızdayam...
yəqin hər biriniz maraqla oxuyursunuz ki, bu günün SƏBƏBKARI kimdi...
sözü çox uzatmadan, sizi dağa daşa salmadan deyirəm.... bu günün
səbəbkarı saytımızın  :zhappy%20birthday:   :zhappy%20birthday: Nazlinci -dı....
buyurun bacımızın doğum günü ilə bağlı maraqlı məlumatları oxuyun və öz təbriklərinizi bacımıza çatdırın.... 

 

Bu günün SƏBƏBKARI - Nazlinci 

1. Salam canım.Əvvəlcə özünü təqdim elə qızlar da bu günkü Səbəbkarın kim
olduğunu bilsin.

Ilk öncə canım, təşəkkürlər layihənə dəvət etdiyinə görə.
Keçək cavablara))
Adim Nigardi. Nazlinci-qızlarımın adına uyğun olaraq seçmişəm nikimi)
 
2. Bu gün səbəbkar sən olduğuna görə doğum günün bəllidi. Bəs sirr deyilsə,
doğum tarixin nə vaxtdı?

23.02.1990
 
3.Bir yaşıni geridə qoyub yeni yaşına qədəm qoyursan bu gün. Necə hiss edirsən
özünü bu yaşda?

çoox şükür gözəl ailəm var, bu yaşımı da ailəm və sevdiklərimlə qeyd edirəm,
özümü necə hiss etməliyəm. Allahıma çox şükür hər şey əladı)
 
4. İl ərzində olan 365 gündən birinin səbəbkarı olmaq necə duyğudur?
çooox çooox gözəl duyğudu. Bəziləri deyir ad günü adi gündü də,  niyə belə böyüdürsüz. amma mənə görə adi gün
deyil)
 
5. Bu günə qədər çox hədiyyələr almısan yəqin ki. Mənə maraqlıdır ki,
evdəkilərin danışdıqlarından, sənə söylədiklərindən bir yaşında sənə nə hədiyyə
olunduğunu bilirsənmi?

oyyyy yalan deyərəm, amma bu yaşıma qədər hər ad günüm təm-təraqlı keçib. Bircə
keçən il 25 yaşımdan başqa ))
 
6. Bəs bu günə qədər aldığın ən gözəl hədiyyə nə olub?
Vallah hədiyyələrin hamısı gözəl olub. amma ən çox xoşuma gələn yoldaşımın
aldığı üzük olub çox gözəl və incə üzük idi
 
7. Elə olubmu ki, sənə edilən hədiyyəni bəyənməyəsən?
 Yoooo inan ki, ən xırda bir şey də
olsa mənə maraqlıdı və xoşdu. ən azından məni tanıyanlar bilir ki, elə şeyə
fikir vermirəm)
 
8. Hədiyyə ilə bağlı bir sual da verim. Olubmu ki, ürəyində hansısa bir
şeyin sənə hədiyyə olunmasını istəyəsən, ancaq dilinə gətirməyəsən. Və doğum
günündə o hədiyyə sənə verilə?

Yox, ağlımda nə isə tutmuram. kim nə alsa sağ olsun)
 
9. Sevdiyinin sənə aldığı ilk hədiyyəni xatırlayırsanmı?
Həəə tək qaş üzük almışdı, çoox bəyənmişdim. Belə demək olar ki, hər il üzük
alır yoldaşım)))
 
10. Ailə həyatı qurduqdan sonra sevdiyinlə keçirdiyin ilk doğum günün
yadındadırmı?

Bəli yadımdadı,  amma tək ikimiz
deyildik hamı gəlmişdi))
 
11. Ana üçün bu dünyada ən gözəl hədiyyə onun balaları ilə birgə
keçirməsidir doğum gününü. Bilirəm ki, şirin şəkər iki balan var. Onların sənə
ilk etdikləri doğum günü hədiyyəsi nə olmuşdur?

Yox canım, mənim şirin şəkər 3 balam var. 2 qız 1 oğlan) amma hələ  hədiyyə verəcək yaşda deyillər. inşaallah o
günləri də görərəm
 
12. Hər bir insan doğum günü yaxınlaşdıqca ağlında planlar qurur, necə
keçirəcəyini xəyal edir. Heç nə vaxtsa doğum gününü unudublar?

Yaxınlarım qohumlarım heç vaxt unutmayıblar. Məktəb vaxtı sinif yoldaşlarım
1 ay qabaqdan hazırlaşırdılar ad günümə))
 
13. Bəs heç gözləmədiyin bir doğum günü süprizi ediblər sənə?
Hə, yoldaşım biz nişanlı olanda sürpriz edib gəlmişdi. (hərbiçi olduğuna
görğ gələ bilmirdi tez tez. Ad  günümə
gəlməyi həqiqi sürpriz idi mənə)
 
14. Bu yaşına qədər səni çox xoşbəxt edən, daha çox yadında qalan bir doğum
günü partisi ediblər sənə?

dediyim kimi hər ad günüm təm-təraqlı keçib, sağ olsun anam atam, yoldaşım
bütün qohumlarım
 
15. Ən çox sevdiyin biri nə vaxtsa doğum gününü unudub?
Hələ ki, elə bir şey olmayıb. inşaallah olmaz
 
16. Bilirəm ki, bu gün doğum günün olsa da çoxlu işləyəcəksən. Doğum
günündə işləmək necədi? Axı necə də olmasa doğum günümdür deyə insan bir az
ərköyün olur.

qoymurlar işləməyə məni ad günümdə sağ olsunlar))
 
17. Bildiyim qədəri ilə bu qadinlar. biz-lilərlə keçirdiyin birinci doğum
günündür. Bu il doğum gününü saytımızda keçirmək sənə hansı hissləri yaşadır?

Hə, birinci doğum günümdü burdakı qızlarla. xoşdu mənə, çünki çox
öyrəşmişəm bura və burdakı qızlara) hər kəsi yaxın bilirəm özümə.
 
18. Saytda ilk təbriki kimdən və ya kimlərdən almaq istərdin?
Hər kim təbrik eləsə çooooooooooooooox sag olsun canım. Nə fərqi var ki,
birinci və ya sonuncu))
 
19. Bu yaşına qədər keçirdiyin doğum günlərində səni çox adam təbrik edib
yəqin ki.Bəs o təbriklərin içində sənə təəccüblü gələni, maraqlı, süpriz olanı
hansı olub?

 Məktəb vaxtı qızlar oğlanlar həmişə
hədiyyə alırdılar ad günümdə. amma 11ci sinifdə oxuyanda oğlanlar ayrıca
hədiyyə alıb evimə gətirmişdilər. Mənə bir bacı kimi münasibətləri çooox
başqaydı .(sinif nümayəndəsi idim, həmişə oğlanlar dərsdən qaçanda ört-basdır
eliyirdim onları,  ona görə çox
istəyirdilər məni))) .o sürprizləri heeeç vaxt yadımdan çıxmaz.
 
20. Bu yeni yaşından gözlədiklərin və Tanrıdan istəsiklərin?
Təbii ki, ilk öncə ailəmə sevdiklərimə Tanrıdan sağlam can arzu edirəm ki,
hər yaşımı onlarla birgə qeyd edə bilim. Çox  şükür Allah mənə gözəl ailə, gözəl yoldaş nəsib
edib. Mən daha nə istəyə bilərəm ki? Allah qismet eləsin yoldaşımla birgə
balalarımızın gözəl günlərini görüm. Tək özümə yox burdakı hər bir bacıma gözəl
ailə, sağlam can arzu edirəm. bu ikisi varsa, deməli hər şeyi var insanın. Təşəkkürlər
hər kəsə və xüsusən də sənə canım... 
 
Bu günün SƏBƏBKARI - Nazlinci

 

Canım
mənim, doğum gününü təbrik edirəm... diləyim o isti yuvandan sevgi,
səadət, xoşbəxtlik əskik olmasın... hüzur və sevinc içində balalarını
böyüdüb xoş günlərini görmək nəsibin olsun... amin...

 



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!