Yazı tərzləri - Müzakirə

Yazı tərzləri - Müzakirə
Qadınlar.Co
10.09.2017 5
Salam, hörmətli Qadınlar.biz saytının istifadəçiləri. Sizləri
çoxdandır ağlımda olan bir mövzu ətrafında müzakirəyə dəvət etmək
istəyirəm. Mövzu yazı tərzidir.



1) Yazı zamanı Azərbaycan hərflərinin sıxışdırılıb çıxarılmasına- ə
əvəzinə e, ö əvəzinə o, u əvəzinə ü, ş əvəzinə s, sh və ya w, ç hərfi
əvəzinə c, ch, ğ əvəzinə g, gh, ı əvəzinə i kimi hərflərin işlədilməsi
sizcə nə dərəcədə düzgündür? Sizcə biz (yazıda ü, ş və sair kimi
hərflərdən istifadə etməyənlər) niyə bu hərflərdən boyun qaçırıb digər
"əvəzləyici" hərflərlə yazırıq və sözü gülünc vəziyyətə salırıq?

Əlimiz o hərflərə öyrəşməyib kimi bəhanələr qəbul olunmur.



2) Bəs Azərbaycan dilinin qrammatik qaydalarının kobud şəkildə
pozulub yerlə süründürülməsinə (sözlərin yersiz qısaldılmasına, sözlərin
deyiliş şəklində yazılmasına, duyğu işarələrinin səhv qoyulmasına)
münasibətiniz necədir?



3) Sizcə öz doğma dilimizə bu cür hörmətsizlik etmək düzgündürmü?
Əgər biz belə ediriksə kənardan dilimizə qarşı hörməti gözləmək nə
dərəcədə düzgündür?

Əvvəlcədən təşəkkürlər.

скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!