Bu günün SƏBƏBKARI - Marta

Bu günün SƏBƏBKARI - Marta
Qadınlar.Co
10.09.2017 5
Salam
gözəllər.... naaaamııı-diyar ,,SƏBƏBKAR,, layihəmin yeni bölümü ilə
qarşınızdayam... yəqin hər biriniz maraqla oxuyursunuz ki, bu günün
SƏBƏBKARI kimdi... sözü çox uzatmadan, sizi dağa daşa salmadan
deyirəm.... bu günün səbəbkarı saytımızın :zhappy%20birthday: Marta -dı.... :zhappy%20birthday:
buyurun bacımızın doğum günü ilə bağlı maraqlı məlumatları oxuyun və öz təbriklərinizi bacımıza çatdırın....

 

Bu günün SƏBƏBKARI - Marta 

 

 


1. Salam
canım.Əvvəlcə özünü təqdim elə qızlar da bu günkü Səbəbkarın kim olduğunu
bilsin.

 


Salam, dəyərli
bacım,  əvvəlcə sənə öz təşəkkürümü
bildirirəm diqqətinə  görə.

Mən
Hüseynova Zülfiyyə,  yəni sizin Marta))

 


2. Bu
gün səbəbkar sən olduğuna görə doğum günün bəllidi. Bəs sirr deyilsə, doğum
tarixin nə vaxtdı?

4.03.1995
 


3.Bir
yaşıni geridə qoyub yeni yaşına qədəm qoyursan bu gün. Necə hiss edirsən özünü
bu yaşda?

Bəli
bacım, artıq 21 yaşım var, əslində bi raz  qəribə duyğudur,  hem sevincli, həm də  kədərli, çünki insan sanki böyüdükcə  həyatdakı  qayğılar da artır..

 


4. İl ərzində
olan 365 gündən birinin səbəbkarı olmaq necə duyğudur?

Özəl və
gözəl bir duyğudur...

 


5. Bu
günə qədər çox hədiyyələr almısan yəqin ki. Mənə maraqlıdır ki, evdəkilərin danışdıqlarından,
sənə söylədiklərindən bir yaşında sənə nə hədiyyə olunduğunu bilirsənmi?

Nəsildə  ilk nəvə olduğuma  görə  çox hədiyyələrim olub deyilənə  görə)) Amma ən özəli Atamın mənə aldığı ağ
göyərçin suveniri olub, hansı ki,  indiyə
qədər saxlayıram..

 


6. Bəs
bu günə qədər aldığın ən gözəl hədiyyə nə olub?

Bu günə
qədər aldığım ən gözəl hədiyyə Allahımın mənə bəxş etdiyi Mükəmməl Valideynlərim,
Canım qardaşım, və uğrunda canımdan belə keçəcəyim Həyat Yoldaşımdır...

 


7. Elə
olubmu ki, sənə edilən hədiyyəni bəyənməyəsən?

 Xeyr, olmayıb, mənim üçün alınan kiçik bir çöp
də  mənim üçün dəyərli və önəmlidir.

 
8. Hədiyyə
ilə bağlı bir sual da verim. Olubmu ki, ürəyində hansısa bir şeyin sənə hədiyyə
olunmasını istəyəsən, ancaq dilinə gətirməyəsən. Və doğum günündə o hədiyyə sənə
verilə?

Bəli,
olub, çox bəyəndiyim bir şey var idi, amma heç vaxt deməmişdim ki, mən onu istəyirəm
hədiyyə, yoldaşım sağ olsun almışdı))

 


9.
Sevdiyinin sənə aldığı ilk hədiyyəni xatırlayırsanmı?

Bəli,
bizə elçi gəldiyi zamanlarda,  düzü ad günümdən
keçmişdi və hələ məni ona verməyə razı olmamışdı valideynlərim))), böyük bir mişka
almışdı,  hansı ki,  yan yana dayananda mişka məndən böyükdü))  gəlmişdi bizə bacısıyla vermişdi.




10. Ailə
həyatı qurduqdan sonra sevdiyinlə keçirdiyin ilk doğum günün yadındadırmı?

Bəli
yadımdadır, həmin gün çox xoşbəxt və sevincli idim)))

 


11. Hər
bir insan doğum günü yaxınlaşdıqca ağlında planlar qurur, necə keçirəcəyini xəyal
edir. Heç nə vaxtsa doğum gününü unudublar?

Yox
canım, olmayıb ki, doğum günüm unudulsun. Yəqin ki,  pis olar insan doğum günü unudularsa....

 


12. Bəs
heç gözləmədiyin bir doğum günü süprizi ediblər sənə?

Yox
surpriz olmayıb,  yəni bu günə qədər
bütün doğum günlərimdə bilmişəm ki,  qeyd
olunacaq)))




13. Bu
yaşına qədər səni çox xoşbəxt edən, daha çox yadında qalan bir doğum günü
partisi ediblər sənə?

Belə bir
şey olmayıb yəni parti) mama bu günə qədər qeyd olunan doğum günlərimin hər
biri özəl və yaddaqalan olub...

 


14. Ən
çox sevdiyin biri nə vaxtsa doğum gününü unudub?

Xeyr,
belə bir şey olmayıb, inşAllah da olmaz...

 


15.
Bilirəm ki, bu gün doğum günün olsa da çoxlu işləyəcəksən. Doğum günündə işləmək
necədi? Axı necə də olmasa doğum günümdür deyə insan bir az ərköyün olur.

Subay
olanda işləmirdim ərköyünlük edirdim doğum günümdür deyə)))  Ailə qurduqdan sonra iş başa düşdü))

 


16.
Bildiyim qədəri ilə bu qadinlar. biz-lilərlə keçirdiyin birinci doğum günündür.
Bu il doğum gününü saytımızda keçirmək sənə hansı hissləri yaşadır?

Bəli ilk
doğum günümdür sizlərlə keçirəcəyim, çox sevincliyəm aranızda olmaqdan.
inşAllahki qarsılıqlıdır))

 


17.
Saytda ilk təbriki kimdən və ya kimlərdən almaq istərdin?

Gözlədiyim
biri yoxdur , təbrik edənlər də etməyənlər də sağ olsun)))

 


18. Bu
yaşına qədər keçirdiyin doğum günlərində səni çox adam təbrik edib yəqin ki.Bəs
o təbriklərin içində sənə təəccüblü gələni, maraqlı, süpriz olanı hansı olub?

Sinif
yoldaşımın mənə verdiyi təbrik dolu açıqca (otkritkası)))) olub,  mənali təbrik idi mənim üçün. Şablon sözlərdən
istifadə olunmamışdı...

 


19. Bu
yeni yaşından gözlədiklərin və Tanrıdan istəsiklərin?

Hüzur
dolu, sevgi dolu, sağlam,  xoşbəxt ailə  həyatı, sevdiklərimin canının sağlığı,  bir də Xeyirli övlad... təşəkkür hər birinizə, oxuyan gözləriniz var olsun...

 

Bu günün SƏBƏBKARI - Marta

 

Canım mənim,
doğum günün mübarək... dilərəm Tanrıının sənə bəxş etdiyi bu həyatı
sevdiklərinin yanında böyük bir xoşbəxtlik və hüzur içində yaşayasan....
yeni yaşın sənə arzusunda olduğun hər şeyi nəsib etsin və inşallah
gələn il doğum gününü bap balaca, şip şirin bəbişinlə qeyd edərsən...
amin... öpürəm canım...

 



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!