Bakcell və Unibank adsız və əvvəlcədən ödənilən “ALBUKART”ı təqdim edir

Bakcell və Unibank adsız və əvvəlcədən ödənilən “ALBUKART”ı təqdim edir
Qadınlar.Co
10.09.2017 7
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti və Azərbaycanda pərakəndə bank xidmətləri bazarının
liderlərindən biri olan Unibank yeni eksklüziv ALBUKART adsız debet
kartının istifadəyə verildiyini böyük məmnuniyyətlə elan edir.

Bu
yeni kartın istifadəyə verilməsində məqsəd hansı mobil operatorun
abunəçisi olmalarından asılı olmayaraq, müştərilərə nadir fürsətlərdən
və bonus proqramlarından faydalanmaq imkanı yaratmaqdır. Eyni zamanda,
bu, müxtəlif satış nöqtələrində dərhal əldə oluna bilən, sözün həqiqi
mənasında ilk anonim plastik kartdır. Bakcell şirkətinin təklif etdiyi
bonuslardan faydalanmaq üçün ALBUKART yalnız Bakcell nömrəsinə
qoşulmalıdır.

"Azərbaycanda ilk dəfə olaraq bu təklifi irəli
sürməkdən məmnunluq duyuruq. ALBUKART bizim dəyərli müştərilərimiz üçün
saysız-hesabsız imkanlar yaradacaq və öz vaxtlarına və pullarına qənaət
etməkdə onlara kömək edəcək. İnanırıq ki, abunəçilərimiz "Bakcell”in
Unibank və Ulduzum tərəfdaşları ilə əməkdaşlığının nəticələrindən
faydalana biləcəklər. Çünki tərəfdaşlarımızla birlikdə bizim bir əsas
məqsədimiz var – abunəçilərimizin həyatını daha da asanlaşdırmaq və
onlar üçün daha sərfəli şərtlər təmin etmək”, - deyə Bakcell şirkətinin
baş icraçı direktoru cənab Riçard Şirer bildirib.

Gündəlik
xərclər üçün nəzərdə tutulan bu kart müştərilərə öz balanslarını
artırmağa, mağazalarda ödəniş etməyə, istənilən yerdə istifadə edərkən
öz mobil nömrəsinə bonus dəqiqələr qazanmağa, onlayn ödənişlər həyata
keçirməyə və onu adi plastik kart kimi istifadə etməyə imkan verəcək.
Bununla yanaşı, istifadəçilər "Unibank”ın istənilən filialında və real
zaman rejimində işləyən "cash-in” tipli bankomatların, eləcə də bütün
ölkə ərazisində işləyən Unibank tərəfdaşlarının ödəmə terminalları
vasitəsilə kartın balansına vəsait yükləyə biləcəklər.

"Müştərilərin
gözləntilərini təmin etməklə, Unibank müştəri təcrübəsini daha da
yaxşılaşdırmaq üçün daim yeni texnoloji yollar axtarır. Yüksək xidmət
keyfiyyəti və müştərilərimizin artan tələbatları üçün geniş çeşidli
məhsulların təmin olunması bankımızın fəaliyyətində ən yüksək əhəmiyyət
kəsb edən amillərdir. Böyük məmnuniyyətlə deyə bilərəm ki, ALBUKART
ölkəmizin kart biznesi tarixində yeni bir fəsildir. Bu yeni fəsli
Bakcell ilə birgə tərəfdaşlıq çərçivəsində açmağımıza çox şadam.
ALBUKART ölkəmizdə bankçılıq və telekommunikasiya sahələrində mövcud
olan ən qabaqcıl bilik və təcrübələri birləşdirən bir məhsul kimi
müştərilərimiz üçün uğurlu olacaq”, - deyə "Unibank”ın baş icraçı
direktoru cənab Xalid Əhədov bildirib.

Müştərilər "ALBUKART”
"Bakcell”in istənilən Müştəri Xidməti mərkəzindən və ya "Unibank”ın
filiallarından şəxsiyyət vəsiqələrini təqdim etmədən əldə edə bilərlər.


Bakcell abunəçiləri "ALBUKART”dan ilk dəfə istifadə etdikləri
zaman şəbəkədaxili zənglər üçün 10 dəqiqə pulsuz danışıq hədiyyə
alırlar. Müştərilər öz kartlarından hər dəfə 10 AZN məbləğində
xərclədikdə isə 5 dəqiqə pulsuz danışıq imkanı qazanırlar. Bonus
dəqiqələrini almaq üçün qazanılan dəqiqələrin kodunu cavab SMS-i olaraq
göndərmək lazımdır.



Yeni məhsul gündəlik xırda - istənilən ödənişlərdə istifadə etmək
üçün nəzərdə tutulmuş, asan əldə olunan pulsuz adsız kartdır.

Müştərilər
Bakcell və Unibank tərəfindən təqdim olunan müxtəlif xidmət və
təkliflərdən faydalana biləcəklər: ALBUKART vasitəsilə ödəniş edərkən
Ulduzum kodunu Ulduzum tərəfdaşlarına təqdim etmədən avtomatik olaraq
Ulduzum endirimləri, habelə standart kredit və debet kartları üçün
Unibank tərəfindən təklif olunan sərfəli güzəştlər qazanacaq, bank
tərəfindən keçirilən müxtəlif kampaniyalarda iştirak və karta yüklənmiş
məbləğlərə hesablanan 6% illik depozit faizi qazanmaq imkanı əldə
edəcəklər.

Kartı aktivləşdirmək üçün istənilən bankomatda kartın
PİN kodunu daxil etməli və ödəmə terminalından kartın balansına vəsait
yüklənilməlidir.

Hər bir ALBUKART sahibi "Unibank”ın təmin
etdiyi bir neçə üstünlüklərdən faydalana bilər. Onlar "Unibank”ın VISA
Gold və MasterCard Gold debet kartlarını 70%, VISA Platinum və
MasterCard Platinum debet kartlarını isə 50% endirimlə əldə etmək, eləcə
də qiymətli hədiyyə və mükafatlar oynanılan lotereyalarda iştirak etmək
fürsəti qazanırlar.



***



Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi
Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə
geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı
altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell,
ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları
vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda
davam edir.

Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal
olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində
lider olan Bakcell şirkəti öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar
vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet
xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq "The
Business Year” nəşri tərəfindən "İlin Mobil İnternet Provayderi” elan
edilib.

1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell”in 3G xidməti əhalinin
80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna
olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə
satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri
Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti
göstərilir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.




 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!