Bu gün Su Çərşənbəsidir

Bu gün Su Çərşənbəsidir
Qadınlar.Co
10.09.2017 22
Novruz qədim ənənələrə söykənən Azərbaycan
dövlətinin milli ünsürlərini özündə birləşdirən əsas bayramlardan
biridir. Novruz gəlməmişdən öncə onun ilk carçısı kimi hər həftə ocaqlar
qalanır. Bu demək olar ki, 4 həftəni özündə birləşdirir. Yəni ilk yanan
ocaq çox vaxt yalançı çərşənbə adlanır. Bəzən bu tonqalı heç insanlar
qalamır və nəzəre də almırlar. Ancaq bundan sonrakı hər yanacaq tonqal
mühüm əhəmiyyət kəsb edir. Hər insanın qapısında, evinin qarşısında,
müasir zamanımızda isə binalarının önündə yandırılır. Bu əsrlərdən bəri
Azərbaycan mədəniyyetinin ən bölünməz bir hissəsine çevrilmişdir. Hər
yanan ocaq isə özlüyündə bir çərşənbə kimi qeydə alınmışdır. Bu gün mən
sizə bu çərşənbələrdən birincisi haqqında məlumat vermək istərdim.

 

 

Bu gün Su Çərşənbəsidir  Bu gün Su Çərşənbəsidir  Bu gün Su Çərşənbəsidir

 

 Bütün Azərbaycan xalqının təmtaraqlı şəkildə qeyd
etdiyi və yandırdığı ilk tonqal su çərşənbəsidir. Su çərşənbəsi qədim
zamanlardan "əzəli” çərşənbə də adlanır. Bəlkə də ilk çərşənbənin su
kimi adlandırlıması da təsadüfi deyil. Çünki dünyada, insanların
həyatında su öz əvəzedilmez rolunu həmişə qoruyur. Su çərşənbəsi günü
səhər açılan zamandan etibarən siz bizim ənənlərimizə sadiq qala
bilərsiniz. Yəni səhər üzünüzü yuyanda bele həmin günün sizin üçün
uğurlu olması barədə dua edin. Bəzən yaz fəslinin gəlişini xəbər verən
bu Novruz bayramı ilin başlanğıcı kimi də təqvimə salınır. Yəni elə məhz
buna göre də insanlar sudan onun kimi şəffaf və gözəl bir ilin
keçməsini arzulaya bilərlər. Bunu da qeyd etmək yerinə düşərdi ki, su
çərşənbəsinin ilk tonqal kimi yandırılması buzların açılması, artıq
qışın arxada qalmasının göstəricidsidir. Çünki kiçik çillə artıq öz
yerini boz aya verir və havalar atalarımız demişkən "ağara – bozara"
düzəlməyə başlayır.

 Su çərşənbəsi günü kənd yerlərində olan qadınlar, qızlar çaya
yollanır. Orada çimərək özlərini saflaşdırırlar. Hətta bütün insalar
çaya gedərək, yaxud axan suda əllərini, üzlərini yuya bilər və suyun
üzərindən atılaraq "ağırlığım – uğurluğum" suya deyə bilərlər. Bu inanca
görə onların bütün üzərlərində olan pisliklər həmin suya düşərək məhv
olacaqdır və onlar da yeni ilə saf daxil olacaqlar. Su çərşənbəsində
stolun üzərində su qoymaq, stolda suyun aşması xeyirliyə yozulur. Əgər
süfrənizdə su aşıb, tökülərsə həmin ilin sizin üçün bol bərəkət
gətirəcəyi gözlənilir. . Hər tonqal yandırılan gün çərşənbəyə düşür və
su çərşənbəsində çoxlu sayda "Vəsfihal” adlanan nəğmələr oxunulur.

 Su çərşənbəsində stolun üzərində bir çox şirniyyatlar və yeməklər də
qoyulur. Bu hər ilin həmin formada keçməsi üçün əhəmiyyətli rol oynayır.
Hətta qadınlar, qızlar su çərşənbəsində birbaşa su ilə bağlı olan
fallara da baxırlar. Onlar öz üzüklərini çıxararaq suyun içərisindəki
tavaya atır və üzərini də parça ile örtürlər. Daha sonra isə bayatı
deməyə başlayırlar. Hər bayatının sonunda tavadan onun içərisinə
baxmayaraq bir üzük çıxarılır və hər çıxan üzük sahibinə verilərək eyni
ile bayatıdakı kimi bir həyatın onu gözləyəcəyi vurğulanır.

 Su çərşənbəsində baxılan fallardan birinə göre stəkana su doldurub,
saçınızdan bir tel qopardaraq ona üzük bağlayıb, suya salıb çıxartmaq
lazımdır. Əgər sapa bağlanmış üzük stəkanın kənarlarına neçə dəfə dəyib
səs çıxarsa siz həmin yaşda evlilik həyatına qədəm qoyacaqsınız.
Xatırladaq ki, üzüyün nişan üzüyü olması daha vacib rol oynayır. Bu
başqasının da nişan üzüyü ola bilər.

 Bəzən su çərşənbəsi zamanı qadınlar, qızlar gedib, lal axan su
dərələrindən su gətirirlər. 2 iynənin arxasına pambıq bağlayıb, suya
buraxmaq lazımdır. Əgər iynələr bir tərəfə getsə deməli sevgililər
qovuşacaqlar, əgər ayrı dayansalar deməli ümid yoxdur. Bəzi hallarda isə
iynə suda batır bu isə lal vəziyyət adlandırılır. Həmçinin xanımların
çoxu bir evə toplaşaraq söhbətləşir və əylənirlər. Kişi ve oğlanlar isə
həyətlərdə tonqal işi ile məşğul olub, axşamı səbirsizliklə gözləyirlər.
Yandırılan tonqallar uşaqlar tərəfindən xüsusi ilə sevilir və seçilir,
çünki bütün bayramlarda olduğu kimi Novruzun da gəlişi balacaların
həddsiz sevincinə səbəb olur. Hər məhlədə yandırılan tonqal üçün sanki
insanlar yarışa girərək, ən hündürün məhz onlara aid olmasını istəyir və
bunun üçün əziyyət çəkirlər. Sonra isə həmin tonqalın üzərindən
tullanaraq bütün ağırlıqlarını odda yandırıb, gələn ilə xeyirli çıxmağı
istəyirlər. 

 Qeyd edek ki, su çərşənbəsi günü lal axan suyun üzərindən keçmək
uğursuzluq nişanı kimi vurğulanır, həmçinin övladı olmayan bir qadının
başından bu günü qırxaçar qabla su töksən onun övladı dünyaya gələ
bilər. Deməli su çərşənbəsi günü hamının həyətində tonqal qalanır və
bayram əhval ruhiyyəsinin yaxınlaşdığı nəzərə çatdırılır. Həmin günü
insanların bir – birinin üzərinə su atması və yaxud su çiləməsi də uğura
işarədir.


 Əlbəttə bu edilən işlərin hamısı qədim inanclara
əsasen yerinə yetirilir. Ancaq unutmaq lazım deyil ki, su şəffaflıq,
aydınlıq və təmizlik deməkdir. İlk öncə ise suyun həyat mənbəyi olduğunu
heç vaxt yaddan çıxarmaq olmaz

 

Bu gün Su Çərşənbəsidir

 

Qızlar,
su çərşənbəniz mübarək! İşləriniz su kimi axarlı olsun, bütüüüüüünn
problemlərinizi, kədərinizi qəmminizi su yuyub aparsin. Özü ilə ancaq
gözəl və sevincli günlər gətirsin. Ümidləriniz çiçəklənsin, gerçək
olsun. Amin! Öpürəm hər birinizi...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!