Qadinlar.Biz'lilərin kaşkiləri (3. hissə)

Qadinlar.Biz'lilərin kaşkiləri (3. hissə)
Qadınlar.Co
10.09.2017 13
Dəyərli Qadinlar.biz
ailəsi indi "Qadınlar.Biz'lilərin kaşkiləri" adlı layihəmlə sizin
qarşınızdayam. Bu layihəyə hər kəs qatıla bilər. şəxsi mesajla mənə
yazaraq bu layihəyə qatıla bilərsiz.



Fi-Ra 

Ilk öncə məni öz lahiyəsinə dəvət etdiyi üçün adsız-a nikli xanıma təşəkkürümü bildirirəm. Keçək mənim "kaşki"mə.

Həyatda
kaşki dediyim çox hadisələr olub. Ama bu aralar kaşki dediyim bir
hadisəni yazacam. Kaşki mən Qadınlar.biz saytında sayta ilk daxil
olduğum gündən yəni, 3 il bundan qabaq qeydiyyatdan keçsəydim. İlk
telefonum 3 il bundan qabaq alınıb. Bir defe internetdə "ayaqqabi
modelləri" yazıb axtarışa verdim və Qadınlar.biz saytına daxil oldum.
Çox xoşuma gəldi sayt. Hər dəfə girib yayımlanan xəbərləri oxuyurdum ama
heç vaxt qizların lahiyələrini oxumurdum. Kaşki oxusaydim. Bilmirdim
belə maraqlı qızlar var saytda. Kaşki elə 3 il bundan qabaq qeydiyyatdan
keçsəydim. 

Qızlar, sizi tanıdığıma çox şad oldum. Təşəkkürlər bir daha lahiyəyə görə.

 

Dosta_inam

Layihəndə mənidə dəvət etdiyin üçün təşəkkür edirəm, uğurlu və davamlı olsun inşaAllah. 

Bilirik ki, bu həyatda hər kəsin keşkə dediyi şeylər bar, hər ötən
gün keşkələrimiz də artır, keşkə bu olmasaydı, ili keşkə olsaydı, nə
qədər çalışsaqda keşkə dediyimiz günlərimiz olur maləsəf, mənim də bir
neçə keşkə dediklərim var, birinci keşkə medsestra olmadım, əslində mən o
qədər qəlbi yumşaq biriyəm ki, kiməsə iynə vurmağa ürəyim gəlməz, ona
görə o sənətdən vaz keçdim, ama keşkə olsaydım. Birdə bir keşkə dediyim
bir şey var, 10-cu sinifdə oxuyurdum, bir oğlan vardı sinifdə Sahil
adında, dediyinə görə məndən xoşu gəlirmiş, mənimlə dost olmaq istədi,
mənsə mənkm dost olan vaxtım deyil deyə acıladım, hardan bilim ki, onun
ömrü çox qısa olacaq, mən onunla dost olmadım deyə məndən küsdü, bir
neçə həftə mənimlə danışmadı, bir ay sonra iki mərtəbəli binanın
üstündən yıxılıb, başı daşa dəyib, dünyasını dəyişdi, ancaq məndən
küsülü olaraq getdi, sonuncu dəfə geyindiyi geyimin cibindən mənim
fotomu tapıb bacısı, məktəbdə kollektiv kəçilən fotoda mən olan yeri
kəsib cibinə qoyub, həyat bu, indi yadıma düşəndə deyirəm keşkə qəlbini
qırmazdım,ən azından mən danışdırıb barışardım, küsülü olaraq köçməzdi
bu həyatdan, Allah bütün ölənlərə rəhmət etsin, Sahil də onlarla birgə. 

Belə əzizlərim hər kəsin keşkə dediyi şeylər var, Allah hər birinizə
elə gözəl bir həyat bəxş etsin ki, keşkə sözü ağlınızın ucundan belə
keçməsin, Amin inşaAllah. 

Hər birinizi öpürəm, var olasınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!